Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-470/2023 22.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “uşağın anadan mənşəyinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 avqust 2018-ci ildə Quba rayonunun Muçu kəndində doğulmuş Aysun adlı uşağın ondan, Ərizəçi doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan AR MPM-in 53-cü maddəsinə əsasən ərizəsini dəqiqləşdirərək məhkəmədən qızı X9 20 iyun 2014-cü il tarixdə Quba rayonunun Muçu kəndində doğulması faktının müəyyən olunması, doğum haqqında şəhadətnamə verilərkən atasının X12, anasının Ərizəçi qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, o, X12 ilə xx.xx.1994-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə bir uşaqları anadan olmuşdur. Uşaq evdə doğulmuşdur, onun üçün vaxtında həkim arayışı alınmamışdır. O, hal-hazırda sağlamdır və valideynlərinin himayəsindədir. Qızları ev şəraitində anadan olduğu üçün ona doğum barədə tibbi şəhadətnamə ala bilməmişlər. Uşağın doğumundan uzun müddət keçdiyi üçün Qeydiyyat Şöbəsindən məhkəmənin qərarı olmadan doğum haqqında şəhadətnamə ala bilmirlər. Bunun üçün 20 iyun 2014-cü il tarixində doğulmuş qızları Aysunun ondan doğulması, yəni mənşəyinin məhkəmə qaydasında müəyyən olunması tələb olunur. Qızlarının atası X10r. O özü də bunu inkar etmir. Doğum haqqında şəahdətnamə verilərkən atası kimi qeyd olunmasına razıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə xx.xx.1994-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 5 uşağı var. Aysun qızlarıdır. Hal-hazırda sağlamdır və onlarla birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. X2 ilə birgə nikahından 5 uşağı var. Aysun adlı qızları 2014-cü ildə anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. O həmin vaxt kənd xəstəxanasında feldşer işləyirdi. Aysun 2014-cü ildə anadan olmuşdur. Anası Ərizəçidır. Aysun hazırda valideynləri ilə yaşayır. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının Xaltan kənd Həkim Məntəqəsinin 01 dekabr 2022-ci il tarixli, 23 №li arayışdan görünür ki, 20 iyun 2014-cü il tarixdə doğulmuş X15 hal-hazırda sağ və salamatdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyətinin Xaltan İƏD üzrə nümayəndəliyinin 18 noyabr 2022-ci il tarixli, 187 №li arayışdan görünür ki, X4 Rayon İHBnin Xaltan kənd İƏD-in Muçu kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyətinin Xaltan İƏD üzrə nümayəndəliyinin 18 noyabr 2022-ci il tarixli, 186 №li arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli, AZ-T seriyalı, 038777 №li nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X5 arasında 05 dekabr 1994-cü il tarixdə nikah bağlanmış, nikahdan sonra arvada “Fətullayeva” soyadı verilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 27 oktyabr 2022-ci il tarixli, 471 №li arayışından görünür ki, X15 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Quba Rayon Qeydiyyat X1 ünvanlanmış 28 oktyabr 2022-ci il tarixli, 05/Q-589 №li məktubundan görünür ki, uşaq ev şəraitində doğulduğu, bu barədə tibb müəssisəsinin arayışı və ya doğuma kömək edən həkimin sənədi olmadığı üçün uşaqların doğumunun qeydə alınmasından imtina olunmuş və bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan 03 dekabr 2022-ci il tarixdə Quba rayonu, Muçu kəndində X3, X6 və X7 iştirakı ilə tərtib edilmiş, Quba Rayon İcra Hakimiyyəti yanında Xaltan İƏD üzrə nümayəndəliyi tərəfindən möhürlənmiş aktdan görünür ki, həqiqətən onlar 20 iyun 2014-cü il tarixdə Ərizəçi ev şəraitində doğumunda iştirak etmişlər. Həqiqətən həmin tarixdə onun bir qız uşağı doğulmuşdur və hal-hazırda sağ-salamatdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi ilə X12 05 dekabr 1994-cü ildə evlənib nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından 20 iyun 2014-cü il tarixdə X15 doğulmuşdur. Lakin Aysun tibb müəssisəsindən kənarda, yəni evdə anadan olduğundan və onun tibb müəssisəsindən kənarda doğulmasını təsdiq edən həkim arayışı olmadığından, uşağın doğulması qeydiyyat orqanında rəsmi olaraq qeyd edilməmişdir. Bu faktın müəyyən olunması həmin uşağın doğum haqqında şəhadətnamə almaq, ad və vətəndaşlıq əldə etmək, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək və sair hüquqlarının təmin olunması üçün lazımdır. Həmçinin ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, qeyd edir ki, uşaqla anası arasında hüquq münasibətləri onların qan qohumluğu faktı əsasında yaranır. Doğum haqqında sənəddə uşaq haqqında məlumatlar və uşağın doğum tarixi ilə yanaşı, ananın adı, ata adı və soyadı yazılır. Uşağın anadan mənşəyi, əgər uşaq tibb müəssisəsindən kənarda anadan olmuşdursa və uşağın doğulmasını təsdiq edən sənədlər yoxdursa, onda şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 7.1-ci maddəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X9 20 iyun 2014-cü il tarixdə Quba rayonu, Muçu kəndində Ərizəçi doğulması faktı müəyyən olunmalıdır, akt qeydləri kitabında uşağın doğumu qeydə alınarkən ata qrafasında “X12”, ana qrafasında “Ərizəçi” göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X9 20 iyun 2014-cü il tarixdə Quba rayonu, Muçu kəndində doğulması faktı müəyyən olunsun, Akt qeydləri kitabında uşağın doğumu qeydə alınarkən ata qrafasında “X12”, ana qrafasında “Ərizəçi” göstərilsin. Doğum faktının müəyyən edilməsi uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrilk edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-470/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-470/2023
22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver