Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-473/2023 14.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin ərizəsini və mülki işi nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı Maraqlı şəxs qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov Quba rayon Məhkəməsinin hakimi cənab Rahim Həsənova X1 tərəfindən VƏSATƏT Quba rayon Məhkəməsinin 2(027)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı Ərizəçinun maraqlı Quba Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda zərurət aradan qaldırıldığından qeyd olunanlara əsasən, X A H İ Ş E D İ R Ə M: Quba rayon Məhkəməsinin 2(027)-50/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi və işin icraatının təzələnməsi barədə qərardan qəbul edəsiniz. İmza: Svetlana Məstanova
Məhkəmə qərarları › İş №2(027)-473/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-473/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver