Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-49/2024 10.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı ******* nömrəli, 27 fevral 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən ona məxsus 1,029 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) cavabdehlər X5 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, X5 və Cavabdeh2 ona məxsus torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin X5 və Cavabdeh2 hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, 27 fevral 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu. Birinci Nügədi kəndində yerləşən 1,029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Ona məxsus həmin torpaq sahəsini cavabdehlər zəbt etmişdir. Həmin torpaq sahəsində qanunsuz olaraq tövlə tikilmişdir. Dəfələrlə cavabdehlərə həmin tikilini sökmələrini və ona məxsus torpaq sahəsindən çıxmalarını bildirsə də, cavabdehlər buna əməl etmir. Bununla da onun təbii hüququ olan mülkiyyət hüququnu kobudcasına pozurlar. Ona görə də o, pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi üçün ilkin olaraq hazırki iddia tələb ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ilkin olaraq mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Bu zaman İdarənin mütəxəssisləri elektron xəritələr gəlmədiyindən rəyin verilməsinin mümkün olmadığını, torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra rəyin verilməsinin mümkün olacağını bildirmişlər. Hal-hazırda torpaqların elektron kadastrı uçotu informasiya sistemi yaradılaraq elektron xəritələr tərtib edilmiş və mütəxəssislər həmin xəritələr əsasında rəy verə bilər. Hal-hazırda onun istifadə etdiyi torpaq sahəsinin faktiki ölçüsü, çıxarışla onun mülkiyyətində olan torpaq sahəsindən azdır. Bu halın özü də onu göstərir ki, onun mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. O, torpaq sahəsindən tam istifadə edə bilmədiyi üçün ona ziyan dəyir. Bu onun mülkiyyət hüququnu pozur ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1,029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizasının 10/5253 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09 iyun 2023-cü il tarixli 3-21-3-34/2-7750/2023 nömrəli mütəxəssis rəyinə əsasən,Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, **********97 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonunun Birinci Nügədi kəndində yerləşən 1.029 ha torpaq sahəsinə dair çıxarışın koordinatları müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli,**********97 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonunun Birinci Nügədi kəndində yerləşən 1.029 ha torpaq sahəsinə dair çıxarışın koordinatları daxilində tövlə tikilisinin mövcud olduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, **********97 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonunun Birinci Nügədi kəndində yerləşən 1.029 ha torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mançini İtaliyaya qarşı” işdə qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1,029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən ona məxsus 1,029 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) cavabdehlər X5 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin onların hesabına sökülməsi xahiş etmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizasının 10/5253 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09 iyun 2023-cü il tarixli 3-21-3-34/2- 7750/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, **********97 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonunun Birinci Nügədi kəndində yerləşən 1.029 ha torpaq sahəsinə dair çıxarışın koordinatları müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli,**********97 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli. ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonunun Birinci Nügədi kəndində yerləşən 1.029 ha torpaq sahəsinə dair çıxarışın koordinatları daxilində tövlə tikilisinin mövcud olduğu müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, **********97 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonunun Birinci Nügədi kqndində yerləşən 1.029 ha torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinə aid heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. İş üzrə keçirilmiş mütəxəssis və ekspert rəyləri ilə, iş materialları ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehlər tərəfindən tövlə inşa etmələri, istifadə və müdaxilə edildiyi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı ******* nömrəli, 27 fevral 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən İddiaçı məxsus 1,029 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər X5 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalı, cavabdehlər X5 və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən çıxarılmalı, İddiaçı məxsus torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililər cavabdehlər X5 və Cavabdeh2 hesabına sökülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı ******* nömrəli, 27 fevral 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən İddiaçı məxsus 1,029 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər X5 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın; cavabdehlər X5 və Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən çıxarılsın; İddiaçı məxsus torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililər cavabdehlər X5 və Cavabdeh2 hesabına sökülsün. Cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-49/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-49/2024
10.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver