Məhkəmə qərarları › İş №2(027)-50/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-50/2023

24.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-50/2023 24.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X4 Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışa əsasən onların mülkiyyətində olan Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,079 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçılar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya İddiaçılar bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X9 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə JN - 1316F KOD 30319018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən onların mülkiyyətində olan Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdeh - Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X9 iddia tələbini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı lorpağın mülkiyyətə verilməsinə dair rayonu ilə JN - 1316F KOD 30319018 saylı şəhadətnamə əsasında ümumi mülkiyyətlərinə Quba ərazisindən 0,20 ha həyətyanı toıpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,02 ha hissəsi qonşu 2-ci Nügədi kəndi mülkiyyətçi olan Cavabdeh istifadəsindədir. Onun bu barədə aidiyyatr üzrə müraciətindən sonra torpaq sahələrinə yerində baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Cavabdeh hal-hazırda da həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə yanaşı, özü onlara qarşı torpaq sahəsindən çıxarılma barədə iddialarla çıxış edir. Onunla bu mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail ola bilməmişlər. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçıların torpaq sahəsini zəbt etmədiyini və iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı4, İddiaçı5 və X9 məhkəmə iclasında gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair JN-1316F, KOD30319018 saylı Şəhdətnamədən görünür ki, X10, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X6 Quba rayonu AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə, Quba rayonu, İİ Nügədi kəndi ərazisində 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş AN-İ ******* saylı, xx.xx.2018-ci il, 4Ə-2791 reyestr nömrəli tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi X3 tərəfindən 14500 manata Cavabdeh satılmışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Quba rayonu, İİ Nügədi kənd Bələdiyyəsinin sədri, DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin Quba rayon Şöbəsinin yerquruluşu mühəndisinin və X1 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, Quba rayonu, İİ Nügədi kəndində **********00 reyestr nömrəli çıxarışa əsasən və 4Ə-1621 nömrəli, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən X2 verilmiş 0.10 ha torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı torpaq sahəsinin faktiki döngə nöqtələri yerində dəqiq ölçüldükdən sonra koordinatları dəqiqləşdirilmiş və təsdiq olunaraq sxematik planla işə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayonu, İİ Nügədi kənd Bələdiyyəsinin sədri, DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin Quba rayon Şöbəsinin yerquruluşu mühəndisinin, Quba RİHB-nın İİ Nügədi İƏV üzrə nümayəndəsinin və X5 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Quba rayonu, İİ Nügədi kəndində JN-1316F saylı Şəhdətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsinə Dövlət reyestrindən məhdudlaşdırmaya və yüklülüyə dair arayış almaq üçün torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsinə DTXK-nin Quba rayon Şöbəsi tərəfindən şəhadətnamədə torpaq sahəsinin cizgiləri daxilində tikili olduğu göstərilmiş, torpaq sahəsindəki tikili uçulub dağılmış və istifadəyə yarasız hala düşmüşdür. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, iddiaçılar məhkəmədən Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə JN - 1316F KOD 30319018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən onların mülkiyyətində olan Quba rayonunun İİ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdeh - Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq onlara qaytarılmasını tələb edir. Belə ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-1316F, KOD30319018 saylı Şəhdətnamədən əsasən, X10, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X6 Quba rayonu AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə, Quba rayonu, İİ Nügədi kəndi ərazisində 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Lakin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.10 ha torpaq sahəsini AN-İ ******* saylı, xx.xx.2018-ci il, 4Ə-2791 reyestr nömrəli tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 14500 manata almışdır. Mübahisə predmetini təşkil edən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün ekspertiza təyin edilsə də, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin döngə və koordinantlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçılar isə cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin zəbt edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və X4 Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar