Məhkəmə qərarları › İş №2(027)-501/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-501/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-501/2021 17.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, o, aralarında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehlərdən ünvan 1 ünvanındakı 11 saylı mənzili satın almışdır. Həmin ünvandakı mənzil hazırda onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq mənzildən istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Cavabdehlərə bununla əlaqədar dəfələrlə müraciət etsə də, heç bir nəticəsi əldə etməmişdir. Həmin şəxslər onun ailə üzvləri deyildir və hazırda harada yaşadıqlarını bilmir. Cavabdehlərin onun mülkiyyətindəki mənzildə qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır, əlavə kommunal xərclər yaradır və mənzilin həmin mənzildən sərəncam hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır. O, qanuni əsaslarla əldə etdiyi mənzilinə sərbəst şəkildə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli «daşınmaz əmlakın alqı-satqısı müqaviəsindən» görünür ki, həmin tarixdə X1 şəhəri, Tofiq Əhmədov küçəsi, ev 8 ünvanında yerləşən 11 saylı mənzili İddiaçı 15700 manata satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən, “üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi öhdəsinə götürür”. Eyni müqavilənin 13-cü bəndinə əsasən, müqavilənin notarial qaydada təsdiq olunduğu tarixdən 10 gün müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən 8 saylı evin 11 saylı mənzili xx.xx.2012-ci il tarixdən İddiaçı mülkiyyətindədir; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsindən mənzilin texniki paspotundan görünür ki, reyestr nömrəsi **********11-05101-093004 olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən 8 saylı evin (bina) 11 saylı mənzilin hüquqi subyekti İddiaçıdur; Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Quba şəhərində doğulmuş və ünvan 1, mənzil 11 ünvanında yaşayır. Cavabdeh1 və Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadırlar. Beləliklə, faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən 8 saylı evin 11 saylı mənzili İddiaçı mülkiyyətindədir. Hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan evdə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq başqa ünvanda yaşayırlar. Cavabdehlərin hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçı şəxsin məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdeh şəxslərin mənzildə qeydiyyatda qalmaları iddiaçıya müvafiq mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. ‘‘Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-i maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur: “hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.” İddiaçının izahatından və işin faktiki hallarından aydın olur ki, sözügedən evi satan şəxs X2 İddiaçı ilə alqı-satqı müqaviləsini bağlayarkən, müqavilənin 8-ci bəndinə əsasən, “üçüncü şəxslərin hüquqlarından azad mənzili verməyi öhdəsinə götürür”. Eyni müqavilənin 13-cü bəndinə əsasən, müqavilənin notarial qaydada təsdiq olunduğu tarixdən 10 gün müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Həmin razılaşma xx.xx.2011-ci il tarixdə notarial qaydada təsdiq edilmişdir. Buna baxmayaraq həmin evdə qeydiyyatda olan cavabdehlər bu günədək sözügedən mənzildə qeydiyyatda qalmaqda davam etmişlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun öz əmlakına sərbəst şəkildə sərəncam vermək hüququnu,eyni zamanda mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən 8 saylı evin (bina) 11 saylı mənzildə qeydiyyatda olmaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları, onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə əsas verir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən 8 saylı evin (bina) 11 saylı mənzilinə istifadə hüquqları itiilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırki qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar