Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-51/2020 29.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddaçı Ləğv prosesində olan «xxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə Ləğv prosesində olan «xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ləğv prosesində olan «xxxxxxxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixli 2652 kredit müqaviləsinə xitam verilməsi; həmin kredit müqaviləsi üzrə hesablanmış 14892.32 manat əsas borc, 649.84 manat məbləğində faiz borcu olmaqla, cəmi 15542.16 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması; tələbin ipotekaya qoyulmuş DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş seriya RX 0523013) Çıxarışa əsasən Zamin mülkiyyətində olan Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində 1 mərtəbəli , 3 otaqlı, 67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiymətinin 25000 manat məbləğində müəyyən edilməsi, İpoteka ilə yüklü edilmiş DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş seriya RX 0523013, Çıxarışa əsasən Zamin mülkiyyətində olan Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində Zamin ailə üzvləri ilə birlikdə çıxarılması, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin açıq hərracda satılması,satışdan əldə olunan vəsaitdən Ləğv prosesində olan «xxxxxxxxx” ASC-yə olan borcunun ödənilməsi, vəsaitin artıq qalan hissəsinin cavabdeh tərəfə qaytarılması barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir. Ləğv prosesində olan «xxxxxxxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixli 2652 kredit müqaviləsi bağlanmış, ASC tərəfindən Cavabdeh əsasən 36 ay müddətinə illik 6% olmaqla, 15 000 manat kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi DƏDRXnin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş seriya RX ******* xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində 1 mərtəbəli , 3 otaqlı, 67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini ipotekaya qoymuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə, şifahi və yazılı xəbərdrlığların edilməsinə baxmayaraq , öhdəliyini tam icra etməmişdi. Nəticədə cavabdehin ASC-yə 14892.32 manat əsas borcu, 649.84 manat məbləğində faiz borcu, olmaqla, cəmi 15542.16 manat məbləğində qalıq borcu yaranmışdır. Qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53- cü maddəsini əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Ona görə də, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan «xxxxxxxxx” ASC Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli “iddia tələbinin dəqiqlədirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 2652 saylı kredit müqaviləs üzrə 14892.32 manat əsas borcu, 1540.79 manat məbləğində faiz borcu, Konstitusiya Məhkəməsinin pleniumunun qərarına əsasən hesablanan 124.12 faiz borcu olmaqla, cəmi 16 557.23 manat məbləğində qalıq borcunun Cavabdeh tutularaq, Ləğv prosesində olan «xxxxxxxxx” ASCnin hesabına ödənilməsi; İpoteka qoyulmuş Zamin şəxsi mülkiyyəti olan Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, yaşayış evinə tutma yönəldilməsi, həmin ünvanda yaşayan şəxslərin evdən istifadə hüquqlarına xitam verilərək, həmin ev açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində evin boşaldılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasında Ləğv prosesində olan «xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan «xxxxxxxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixli 2652 saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Cavabdeh 36 ay müddətinə, illik 6% olmaqla, 15 000 manat kredit ayrılmışdır. İş materiallarında olan maliyyə arayışından görünürki, cavabdehin banka 14892.32 manat əsas borcu, 1540.79 manat məbləğində faiz borcu, 124.12 manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu vardır. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli 2652 saylı notarial qaydada təsdiq olunmuş Zamin ilə Ləğv prosesində olan «xxxxxxxxx” ASC arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********12, qeydiyyat nömrəsi **********, seriya RX 0523013) xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində 1 mərtəbəli , 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulub. Lakin qeyd edilən müqavilə yüklü edilməmişdir. İş materiallarında olan 21.07. 2017-ci il tarixli TT899256 nömrəli qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilib. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi 3071412-10301, qeydiyyat nömrəsi **********, seriya RX 0523013) xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində 1 mərtəbəli , 3 otaqlı ,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Zamin məxsusdu, onun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 93 nömrəli qiymətləndirmə hesabatından görünürki, Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən fərdi yaşayış evinin qiyməti 10 000 manat, Quba rayonu, Vəl- Vələ kəndində yerləşən fərdi yaşayış evinin 0.1348 ha torpaq sahəsinin qiyməti 25 000 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 30.03 2020-ci il tarixli hesabatından görünür ki, ipoteka predmeti olan Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli , 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininin qiyməti 16 000, torpaq sahəsi isə 25.000 manat dəyərində təşkil edir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Ləğv prosesində olan «xxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixli 2652 kredit müqaviləsi bağlanmış, ASC tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə illik 6% olmaqla, 15000 manat kredit ayrılmışdır. Cavabdeh 36 ay müddətinə illik 6% olmaqla, 15 000 manat kredit ayrılması öz təsdiqni tapmışdır. Lakin digər cavabdeh Zamin ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlansa da ipoteka predmeti dövlət qeydiyyatında yüklü edilməmişdir. Beləki Mülki Məcəllənin 309.1 və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddələrinin tələblərinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə DƏDRX-də qeydiyyata alınmalı və yüklülüklə bağlı Çıxarış işin materiallarına əlavə olunmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 309.1 maddəsinə əsasən Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdı. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı Ləğv prosesində olan «xxxxxxxxx” ASC ilə Cavabdeh bankın xeyrinə əsas borc üzrə 14 892.32 manat və faiz borc üzrə 1540.79 manat, Konstitusiya Məhkəməsinin pleniumunun qərarına əsasən hesablanan 124.12 faiz borcu olmaqla, cəmi 16 557.23 məbləğində pulun tutulması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli 2652 saylı notarial qaydada təsdiq olunmuş Zamin ilə Ləğv prosesində olan «xxxxxxxxx” ASC arasında bağlanmış İpoteka müqaviləsi Mülki Məcəllənin 309.1 və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddələrinin tələblərinə uyğun olarağ, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş, bu səbəbdən iddia həmin hissədə təmin olunmamalıdır. Həmçinin Cavabdeh bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq «xxxxxxxxx” ASC-niin xeyrinə, əlavə olaraq ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb dövlətin hesabına ödənılməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan «xxxxxxxxx” ASC-nin xeyrinə əsas borc üzrə 14892.32 (on dörd min səkkiz yüz doxsan iki manat otuz iki qəpik) manat, faiz borcu üzrə 1540.79 (on beş min qırx manat yetmiş doqquz qəpik) manat, Konstitusiya Məhkəməsinin pleniumunun qərarına əsasən hesablanan 124.12 (yüz iyirmi dörd manat on iki qəpik) faiz borcu olmaqla, cəmi 16557.23 (on altı min beş yüz əlli beş manat iyirmi üç qəpik) manat məbləğində borc pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçının hesabına ödənilsin. Ödənilməmiş əlavə 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə ödənılsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-51/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-51/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver