Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-512/2023 28.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb olunmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxs1 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş uşağı X2 xx.xx.2016-cı il tarixdə Quba rayon Xınalıq kəndində doğulması faktının müəyyən edilməsi, X4 doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında "Maraqlı şəxs1", ana qrafasında "Ərizəçi" kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 ilə 2003-cı ildə el adəti ilə ailə qurmuş və nikah rəsmi olaraq xx.xx.2010-cu ildə Maraqlı şəxs2ndə qeydə alınmışdır. Birgə ailə münasibətlərindən 4 uşağı doğulmuşdur. Üç uşağı üçün doğum haqqında şəhadətnamə almışdır. xx.xx.2016-ci ildə Quba rayon Xınalıq kəndində Rayəddin adlı oğlu doğulmuşdur. Yaşayış yeri Quba şəhər xəstəxanasından uzaqda olduğundan və nəqliyyat vasitəsi olmadığından doğuşu Quba MRX-na çatdıra bilmədiklərindən, uşaq ev şəraitində doğulub. Ondan sonra maddi imkanı pis olduğundan uşağın doğumunu rəsmiləşdirə bilməmiş və bu səbəbdən uşağa doğum haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Bu yaxınlarda Maraqlı şəxs2nə müraciət edərək, uşağın doğumun qeydə alınması ilə bağlı müraciət etmişdir. Lakin doğum haqqında tibbi şəhadətnamənin olmadığı səbəbindən onun doğumunun qeydə alınmasından imtina olunmuş və bu barədə ona imtina məktubu və arayış verilmişdir. Uşağın doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığı üçün məktəbə getmir və həmyaşıdlarından geri qalır. Uşağın artıq 7 yaşı tamam olmaq üzrədir və ona görə də ona doğum haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 izahatında bildirdi ki, o, Ərizəçi ilə 2003-cı ildə ailə qurmuş və ailə münasibətlərindən dörd övladı doğulmuşdur. Ən kiçik övladı Sərkərov Rayəddinə doğum haqqında şəhadətnamə ala bilməmişdir və məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs2 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşının yoldaşıdı, onların dörd övladı olub. Rayəddin ev şəratində doğulduğundan ona doğum haqqında şəhadətnamə ala bilməyiblər və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına qəliblər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba rayon Xınalıq kəndində Xinalıq İƏD üzrə nümayəndəsi N. Məmmədov, müavini İ. Qəribov, Xınalıq kənd sakinləri N.Əhmədov, V. Yarəmmədov və Y.Sərkərovun iştirakı ilə tərtib edilmiş aktdan götünür ki, Xınalıq kəndində qeydiyyatda olan və hal-hazırda həmin kənddə yaşayan Ərizəçi 2016-cı ildə doğulmuş Rayəddin adlı oğlu vardır və aktın doğruluğu onların imzaları və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan AZ-İ 635874 seriya və nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X6 xx.xx.2010-cu ildə nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli, 535 nömrəli arxiv məlumatına əsasən, X7 barəsində qeydiyyat şöbəsi üzrə 2013-2019-cu illər doğum haqqında akt qeydləri yoxlanılmış, Maraqlı şəxs2ndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli, 05Q/-708 nömrəli məlumatından məlum olur ki, tələb olunan sənədləri və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba RMX Bostankeş tibb məntəqsindən verilmiş xx.xx.2022-ci il tarixli 14 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən xx.xx.2016-cı ildə bir oğlu olmuş, adını Rayəddin qoymuşlar. Uşağın sağlam və səhətində heç bir problem olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin iddia tələbi uşağın doğum faktının müəyyən edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi doğum faktının müəyyən edilməsi və onların adına doğum haqqında şəhadətnamənin verilməsinin uşağın məktəbə getməsi, habelə onların təhsil, sağlamlıq və sair hüquqlarının təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşaqların üstün mənafeyinin təmin edilməsi, habelə uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutararq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.2016-cı il tarixdə Quba rayon Xınalıq kəndində oğlan cinsli uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Həmin uşağa doğum haqqında şəhadətnamə verilərkən soyadı “Sərkərov”, adı “Rayəddin”, ata adı “Ramil”, ata qrafasında "Maraqlı şəxs1", ana qrafasında "Ərizəçi" qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-512/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-512/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver