Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-52/2024 06.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi İddiaçı "xxxx" Müəssisəsinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsi MMC-nin Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və X2 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kiçik Müəssisəsi MMC-nin Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və X2 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı "Fərid” Kiçik Müəssisəsi MMC-nin daimi istifadəsinə verilmiş Quba şəhəri. 29-cu məhəllə ünvanında yerləşən 1.50 ha torpaq sahəsindən "Fərid” Kiçik Müəssisəsi MMC-nin istifadə edilməsinə Cavabdeh tərəlindən yaradılmış maneələrin aradan qaldırılması, "Fərid” Kiçik Müəssisəsi MMC-nin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla dördüncü sırada) ümumi sahəsi təxminən 60 kv.m olan tikilinin meyvə tərəvəz məhsullarının satışı mağazası onun öz hesabına sökülməsi, tikililərin "Fərid” Kiçik Müəssisəsi MMC-nin istifadə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehlə aralarında bağlanmış barışıq sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. Cavabdeh iddiaçı "xxxx" Müəssəsi MMC- nin Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasını qəbul edir.
2. İddiaçı "xxxx" Müəssəsi MMC və Cavabdeh "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində Cavabdeh tikdiyi mağazanı 10000 (on min) manat məbləğində dəyərləndirilməsinə etiraz etmirlər.
3. Cavabdeh hazırda istifadə etdiyi "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində tikdiyi mağazanı (mağazanın dəyəri olan) 10000 (on min) manat qarşılığında "xxxx" Müəssəsi MMC tərəfindən sökülməsinə razıdır.
4. Cavabdeh hazırda istifadə etdiyi "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində tikdiyi mağazanı "xxxx" Müəssəsi MMC-nin ona xəbərdarlıq etdiyi vaxta kimi istifadə edəcəkdir. "xxxx" Müəssəsi MMC hal-hazırda Cavabdeh həmin mağazadan istifadə etməsinə etiraz etmir. "xxxx" Müəssəsi MMC Cavabdeh hazırda istifadə etdiyi mağazadan çıxması ilə bağlı xəbərdarlıq etdikdə, 10 gün müddətində həmin mağazanı boşaldacaq, razılaşmaya əsasən 10.000 manat məbləğində pulu alacaqdır.
5. Cavabdeh istənilən zaman 10 gün qabaqcadan məlumat verməklə mağazanı boşaldıb çıxa bilər və razılaşmaya əsasən 10000 (on min) manat məbləğində pulu tələb edə bilər. Bu zaman "xxxx" Müəssəsi MMC 10000 (on min) manat məbləğində pulu verəcəkdir.
6. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra iddiaçı "xxxx" Müəssəsi MMC-nin Cavabdeh qarşı müəssisə daxilində yerləşən sözügedən mağaza ilə bağlı heç bir tələbi olmayacaqdır.
7. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra Cavabdeh müəssisə daxilində yerləşən sözügedən mağaza ilə bağlı (ondan yaranan mübahisələrlə bağlı) Fərid Kiçik” Müəssəsi MMC-nə qarşı heç bir tələbi olmayacaqdır.
8. Cavabdeh bu şərtlərlə razıdır.
9. "xxxx" Müəssəsi MMC-nin direktoru X1 bu şərtlərlə razıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" Kiçik Müəssisəsi MMC-nin Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və X2 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh iddiaçı "xxxx" Müəssəsi MMC- nin Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasını qəbul edir.
2. İddiaçı "xxxx" Müəssəsi MMC və Cavabdeh "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində Cavabdeh tikdiyi mağazanı 10000 (on min) manat məbləğində dəyərləndirilməsinə etiraz etmirlər.
3. Cavabdeh hazırda istifadə etdiyi "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində tikdiyi mağazanı (mağazanın dəyəri olan) 10000 (on min) manat qarşılığında "xxxx" Müəssəsi MMC tərəfindən sökülməsinə razıdır.
4. Cavabdeh hazırda istifadə etdiyi "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində tikdiyi mağazanı "xxxx" Müəssəsi MMC-nin ona xəbərdarlıq etdiyi vaxta kimi istifadə edəcəkdir. "xxxx" Müəssəsi MMC hal-hazırda Cavabdeh həmin mağazadan istifadə etməsinə etiraz etmir. "xxxx" Müəssəsi MMC Cavabdeh hazırda istifadə etdiyi mağazadan çıxması ilə bağlı xəbərdarlıq etdikdə, 10 gün müddətində həmin mağazanı boşaldacaq, razılaşmaya əsasən 10.000 manat məbləğində pulu alacaqdır.
5. Cavabdeh istənilən zaman 10 gün qabaqcadan məlumat verməklə mağazanı boşaldıb çıxa bilər və razılaşmaya əsasən 10000 (on min) manat məbləğində pulu tələb edə bilər. Bu zaman "xxxx" Müəssəsi MMC 10000 (on min) manat məbləğində pulu verəcəkdir.
6. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra iddiaçı "xxxx" Müəssəsi MMC-nin Cavabdeh qarşı müəssisə daxilində yerləşən sözügedən mağaza ilə bağlı heç bir tələbi olmayacaqdır.
7. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra Cavabdeh müəssisə daxilində yerləşən sözügedən mağaza ilə bağlı (ondan yaranan mübahisələrlə bağlı) Fərid Kiçik” Müəssəsi MMC-nə qarşı heç bir tələbi olmayacaqdır.
8. Cavabdeh bu şərtlərlə razıdır.
9. "xxxx" Müəssəsi MMC-nin direktoru X1 bu şərtlərlə razıdır. İddiaçı "xxxx" Kiçik Müəssisəsi MMC-nin Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və X2 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rahim Həsənov