Məhkəmə qərarları › İş №2(027)-520/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-520/2020

24.08.2020 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-520/2020 24.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Ərizəçi XXX iştirakı ilə, Ərizəçi XXX maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı oğlu – X3 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi XXX məhkəməyə müraciət edərək, xx.xx.1987-ci ildə anadan olmuş oğlu – X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi XXX bildirdi ki, oğlu X5 xx.xx.1987-ci ildə anadan olmuşdur. Oğlu daun xəstəsidir və Quba rayon X1 Poliklinika Şöbəsinin psixatrik kabinetində xx.xx.1991-ci il tarixdən dispanser qeydiyyatındadır. O, müstəqil olaraq heç bir hərəkəti yerinə yetirmək iqtidarında deyildir. Kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Onun hər bir hərəkətinə daimi nəzarət olunması tələb olunur. Ümmətə o, qulluq edir. Amma hal-hazıradək onun üzərində qəyyumluq təyin edilməmişdir. Onunfəaliyyət qabiliyyətinin olmaması məhkəmə qaydasında müəyyən edilmədiyindən qəyyumluğun təyin edilməsi mümkün olmamışdırş. X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi yalnız məhkəmə qaydasında müəyyən edilə bildiyi üçün məhkəməyə müracdiət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi XXX ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, X5 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. X9, anası isə Ərizəçidır. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X2 rayonu, İ Nügədi kəndində yaşayır və heç bir yerdə işləmir. İş materiallarında olan Quba RMX-nın xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X2 RMX-nın Konsultativ Poliklinika Şöbəsinin psixatrik kabinetində xx.xx.1991-ci il tarixdən “Daun xəstəliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan TSEK-də müayinə aktından çıxarışdan görünür ki, komissiya tərəfindən X3 İ qrup əlil olması öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1288 saylı rəyindən görünür ki, X4 Daun sindromulu şəxsdə kəskin ağıl zəifliyi aşkar olunur. Bunu anamnestik məlumatlar, (anamnestik məlumatlara görə düçar olduğu xəstəliklə əlaqədar erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixi inkşafda geri qalması, nitqi inkşaf etməməsi, qeriaydın və tək-bir sözlərdən ibarət olması, fikrlərini ifadə edə bilməməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, hərbi xidmətdən azad edilməsi, “Daun” xəstəliyi diaqnozu ilə Quba RMX-nın Konsultativ Poliklinika Şöbəsinin psixatrik kabinetində dispanser qeydiyyatda olmaqla İ qrup müddətsiz əlil olması, daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması və s ) və hal-hazırki psixiatrik müayinənin nəticələri (bilik ehtiyatının olmaması, kəskin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhudlaşması və s.) sübut edir. Qeyd edilənləri nəzərə alaraq, X5 öz psixi vəziyyətinə görən tam fəaliyyət qabiliyyətli olmayan şəxs kimi hesab edilməlidir. X3 onda müəyyən edilən Daun sindromulu şəxsdə kəskin ağıl zəifliyi ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni oğlu – X3 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X5 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1987-ci ildə Özbəkistan Respublikasının Daşkənd vilayətində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar