Məhkəmə qərarları › İş №2(027)-524/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-524/2021

22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-524/2021 22.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə mirası qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasən ailə üzvü olmuş və xx.xx.1998-ci il tarixdə vəfat etmiş X1 payına düşən və ona məxsus olmuş 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 1997-ci il tarixli vəsiyyətnamə üzrə miras qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, Quba rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 08 saylı qərarı ilə ailə üzvləri- X30, X11 və X21 və digər mülkiyyətçi ailə üzvü olan X7 Quba rayonu, Digah kəndi ərazisindən 1,96 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi verilmiş və adlarına JN:4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X39 tərtib olunmuşdur.Ailə üzvləri sırasında mərhum babası İdris Əsədov ilə rəsmi nikahları olmadan ailə qurmuş həyat yoldaşı və onların nənəliyi olan X6 da adı vardır. X8 pay torpağı kimi məxsus olan 0,49 ha torpaq sahəsi də onlarla birgə ailələrinə məxsus JN 4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X34 öz əksini tapmışdır. X13 atası Nazir Əsədovun ögey anası olmaqla onun da ögey nənəsi hesab olunur və o, xx xxx 1998-ci il tarixdə Quba rayonu Digah kəndində vəfat etmişdir. Ərizəçi həmçinin qeyd edib ki, X7 o baxmış və başqa vərəsəsi olmadığından, ölümündən əvvəl JN 4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasən payına düşən 0,49 ha torpaq sahəsini xx xxxxxx 1997-ci il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Vəsiyyətnaməni mərhum nənəliyi evdə tərtib etmişdir. X1 övladı olmamış, hər hansı bir vərəsəsi yoxdur. X2 həqiqətən faktiki olaraq, rəsmi olmasa da onların ailə üzvü olmuş, ona nənə kimi baxmış, onun evində vəfat etmiş və öldükdən sonra, onu dəfn edib, dəfn xərclərini də özü çəkmişdir. X15 məxus torpaq sahəsinin bütün vergilərini ödəyir və hesab edir ki, qanunuvericiliyin tələbinə əsasən həmin torpaq sahəsi X1 ölümündən sonra vəsiyyətnamə üzrə ona məxsus olmuş 0,49 ha torpaq sahəsinə dair onun miras əmlakının qəbul etməyi faktı müəyyən olunmalıdır. Qeyd edib ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət edib. Quba rayon Asan xidmət mərkəzində notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli, 1692 saylı qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığı üçün ona hüquqi faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdu. Göstərilənləri nəzərə alaraq, JN-4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasən ailə üzvü olmuş və xx.xx.1998-ci il tarixdə vəfat etmiş X1 payına düşən və ona məxsus olmuş 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 1997-ci il tarixli vəsiyyətnamə üzrə miras qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Quba Regional “Asan Xidmət” mərkəzinin Notariat Ofisinin notariusu Rəşad Haqverdiyev məhkəməyə məktub göndərərək, məhkəmə iclaslarının onların iştirakı olmada baxılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə şahid X32 bildirdi ki, Ərizəçi onun qonşusudur, X3 ögey nənəsidir və son gününə kimi Əzimin ailəsilə birgə yaşayıb və vəfat edəndə Əzim onu Digah kəndində dəfn edi , bütün dəfn xərclərini özü ödəyib. Məhkəmədə iş üzrə şahid X14 bildirdi ki, Ərizəçi onun qonşusudur. X13 uzun illər Digah kəndində Ərizəçi və onu ailəsilə birgə yaşayıb, onlara nənəlik edib, onlar da öz nənələri kimi onu saxlayıb baxıblar. Vəfat etdiyi zaman üzrlərində içtirak edib, el qaydasıyla dən olunub və dəfn xərclərini də Əzim özü çəkib. Məhkəmə ərizəçi Ərizəçi dinləyib, iş üzrə şahidlər X9 və X26 dinləyib iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş V-ЖГ 303435 seriyalı olüm haqqında şəhadətnamənin surətindən görünürki, X13 xx.xx.1998-ci ildə vəfat etmiş, Quba rayonu Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020- ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İş materialında olan A3 ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünürki, Ərizəçi xx.xx.1966-cı ildə Quba rayonu Digah kəndində anadan olmuş, atası X27, anası X12r. İş materialında olan JN 4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasən Quba rayonu AİK-nın xx xxxxxx 1997-ci il tarixli 08 nömrəli qərarı ilə 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Əsədova Minabacı Beydi qızının və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materialında olan Quba RİHB-nın Xucbala İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 798 nömrəli arayışdan məlum olur ki, X13 Quba rayonu Digah kəndində yaşamış, xx.xx.1998-ci il tarixində vəfat etmişdir. Vərəsələri yoxdur. İş materialında olan Quba RİHB-nın Xucbala İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 806 nömrəli arayışdan məlum olur ki, X13 uzun illər Ərizəçi evində yaşamış, onlara nənəlik etmiş və xx.xx.1998-ci ildə vəfat etmiş, el qaydasında Quba rayonu Digah kəndində ailəsi tərəfindən dəfn olunmuşdur. İş materialında olan xx.xx.1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, X13 JN 4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasən Quba rayonu AİK-nın xx xxxxxx 1997-ci il tarixli 08 nömrəli qərarı ilə 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özünə düşən 0.49 ha torpaq sahəsini ona baxan, nəvəsi Ərizəçi vəsiyyət etmişdir. İş materialında olan Quba RİHB-nın Xucbala İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 799 və 800 nömrəli arayışlardan məlum olur ki, Ərizəçi Quba rayonu Digah kəndində qeydiyyatdadır, həmin kənddə yaşayır və aşağıdakı ailə tərkibi vardır: arvadı X11, oğlu X30, oğlu X31. İş materiallarında olan Quba «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli 1692 saylı məktubundan görünür ki, Ərizəçi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti buraxmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ku, xx.xx.1998-ci ildə Quba rayonu Digah kəndində vəfat etmiş X13 həqiqətən Ərizəçi babası ilə rəsmi nikah bağlamadan ailə qurmuş, uzun illər Quba rayonu Digah kəndində yerləşən Ərizəçi məxsus evdə bir ailə üzvü kimi yaşamış, onlara nənəlik etmiş, həmin kənddə, həmin evdə vəfat edmiş və ailəsi tərəfindən dəfn edilmişdir. X13 öz imzası ilə imzaladığı xx.xx.1997-ci il tarixli vəsiyyətnamə ilə JN 4xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasən Quba rayonu AİK-nın xx xxxxxx 1997-ci il tarixli 08 nömrəli qərarı ilə 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özünə düşən 0.49 ha torpaq sahəsini ona baxan, nəvəsi saydığı Ərizəçi vəsiyyət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktları müəyyən edir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, JN- 449 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X5 payına düşən və ona məxsus olmuş 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 1997-ci il tarixli vəsiyyətnamə üzrə Ərizəçi tərəfindən mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307, 216-220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-449 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasən, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X5 payına düşən və ona məxsus olmuş 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx xxxxxx 1997-ci il tarixli vəsiyyətnamə üzrə Ərizəçi tərəfindən mirası qəbul etməsi faktı müəyyən olunsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar