Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-526/2021 26.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair alqı-satqı əqdininin etibarlı hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN: 11xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X14 ilə mülkiyyət hüququ əsasında özünə məxsus Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona-İddiaçı satmasına dair aralarında bağlanmış xx xxxx 2003-cü il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh Quba rayonu AİK-nın xx xxxx 1999-cu il tarixli, 07 saylı qərarı ilə ona verilmiş JN: 11xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X14 ilə mülkiyyət hüququ əsasında özünə məxsus Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx xxxx 2003-cü il tarixdə İddiaçı satmışdır. Onlar bu barədə öz aralarında şahidlər X2 və Quba rayon İ Nügədi bələdiyyəsinin üzvü X1 iştirakları ilə alqı-satqı əqdi yazaraq imzalayıblar. Torpaq sahəsini alarkən Ə. Bağırov cavabdehə pulunu tam ödədiyindən Cavabdeh torpaq sahəsini və həmin torpaq sahəsinə X13 əslini ona təhvil verib. Həmin 0,21 ha torpaq sahəsini aldığı vaxtdan hal-hazıradək ondan istifadə edir, torpaq sahəsinin vergi borclarını ödəyir. Cavabdeh torpaq sahəsini ona satarkən bildirib ki, istənilən vaxt Notariat Kontoruna gəlib alqı-satqı əqdini təsdiq etdirəcəkdir. Sonradan cavabdeh müxtəlif bəhanələr gətirərək Notariat Kontoruna gəlmədiyindən, həmin alqı-satqı əqdini Notariat Kontorunda rəsmiləşdirə bilməyib. Hazırda Cavabdeh həmin torpaq sahəsinə dair alqı-satqı əqdini Notoriat kontorunda rəsmiləşdirməkdən imtina edir. Bu səbəbdən də qanunvericiliyin tələbinə əsasən alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə məhkəməyə müraciət etməli olub. Göstərilənləri nəzərə alaraq, Cavabdeh JN: 11xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X14 ilə mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı satmasına dair aralarında bağlanmış xx xxxx 2003-cü il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X5 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Quba rayonu AİK-nın xx xxxx 1999-cu il tarixli, 07 saylı qərarı ilə ona verilmiş JN: 11xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X14 ilə mülkiyyət hüququ əsasında özünə məxsus Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx xxxx 2003-cü il tarixdə İddiaçı satmışdır. Alqı-satqı müqaviləsi öz aralarında Quba rayonu, İ Nügədi kəndində bağlanmış, bu barədə şahidlər torpaq satanın oğlu X7 və Quba rayon İ Nügədi bələdiyyəsinin üzvü X3 iştirak etmiş və ilə alqı-satqı əqdini imzalamışdılar. İş materiallarında olan JN: 11xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X13 təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu AİK-nın xx xxxx 1999-cu il tarixli, 07 saylı qərarı Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İş materialında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 2898 saylı arayışdan görünür ki, İddiaçı Quba şəhəri, SMU-30 ünvanında qeydiyyatdadır. “İ.K.Rəcəbovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notarial qaydasında təsdiqlənmnəsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notarial qaydasında təsdiqlənməsindən boyun qaçırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: 1) əqdin notarial təsdiqlənməsi; 2) məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; 3) əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmin Məcəllənin 329.3-cü maddəsinə görə isə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlanmaq iradəsi onun rəftarından məlum olur. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında hüquq münasibəti 2003-cü ildə yaranıb. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Tərəflər arasında hüquq münasibətinin 2003-cü ildən yaranması səbəbindən məhkəmə hesab edir ki, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi maddi norma kimi tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi təmamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Şərh edilənləri və tərəflər arasında mübahisəli hüquq münasibətinin 2003-cü ildə yaranmasını, hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tələbini nəzərə alaraq, məhkəmə Cavabdeh JN:11xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X14 ilə mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, 1-ci Nügədi kənd ərazisində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı satmasına dair xx xxxx 2003-cü il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh JN:1157 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X14 ilə mülkiyyət əsasında məxsus Quba rayonu, 1-ci Nügədi kənd ərazisində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı satmasına dair xx xxxx 2003-cü il tarixli alqı-satqı əqdi etibarlı hesab edilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-526/2021
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-526/2021
26.04.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver