Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-527/2021 27.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı,nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə dair alğı-satqı əqdinin etibarlı hesab edilməsi” tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Torpağa Mülkiyyət Hüququna Dair JN -1149 seriyalı, kod 30319018 nömrəli Dövlət Aktı ilə mülkiyyət hüququ əsasında özünə məxsus Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona – İddiaçı satılmasına dair aralarında bağlanmış 15.08.2003-cü il tarixli alğı-satqı əqdinin etibarlı hesab edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Quba Rayon Aqrar İslahat Komissiyasının 23.03.1999-cu il tarixli, 07 saylı qərarı ilə ona verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN -1149 seriyalı, kod 30319018 nömrəli Dövlət Aktı ilə mülkiyyət hüququ əsasında özünə məxsus Quba rayo İ Nügədi kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsini 15.08.2003-cü il tarixdə ona satmışdır. Onlar bu abrədə öz aralarında şahidlər X2 və Quba rayon İ Nügədi bələdiyyəsinin üzvü X1 iştirakı ilə alğı-satqı əqdi yazaraq imzalamışlar. Torpaq sahəsini alarkən o, cavabdehlə pulunu tam ödədiyindən Cavabdeh torpaq sahəsini və həmin torpaq sahəsinə dair Dövlət Aktının əslini ona təhvil vermişdir. Həmin 0,16 ha torpaq sahəsi aldığı vaxtdan hazıradək onun istifadəsindədir. Torpaq sahəsinin vergi borclarını o, ödəyir. Cavabdeh Camafər Orucova torpaq sahəsini ona satarkən bildirmiş ki, istənilən vaxt Notariat Kontoruna gəlib alğı-satqı əqdini təsdiq etdirəcəkdir. O da, ona inanmışdır. Sonradan cavabdeh müxtəlif bahənələr gətirərək Notariat Kontoruna gəlmədiyindən, həmin alğı-satqı əqdini Notariat Kontorunda rəsmiləşdirə bilməmişdir. Hazırda Cavabdeh həmin torpaq sahəsinə dair alğı-satqı əqdini Notariat Kontorunda rəsmiləşdirməkdən imtina etmişdir. Buna görə də mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı,nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməməsini onlar iddianın etirafı kimi qəbul edir və ona görə də, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ona görə də məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. İddiaçı,nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məlum olmayan səbəbdən məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15.08.2003-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Quba rayonu, İ Nügədi kəndində 0,16 ha torpaq sahəsini İddiaçı 15.000.000 manata satmışlar. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN -1149, kod 30319018 nömrəli Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli 07 saylı qərarına əsasən 10.10.2001-ci il tarixdə Cavabdeh 0,16 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki hüquq münasibətlərinin subyektləri arasında yaranmış mübahisələr, həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mülki qanunvericilik müddəalarına əsasən həll olunmalı olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin (21 fevral 2003-cü il) həlli üçün 2000-ci il sentyabrın 1-dən sonra qüvvədə olan mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Məhkəmə hesab edir ki, tərəflərin hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı hazırki işdə tətbiq edilə bilər. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, tərəflər yazılı şəkildə alğı-satqı müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh özünə məxsus, Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli 07 saylı qərarına əsasən 10.10.2001ci il tarixdə verilmiş, Torpağa Mülkiyyət Hüququna Dair JN -1149 seriyalı, kod 30319018 nömrəli Dövlət Aktına əsasən Quba rayon İ Nügədi kəndində yerləşən 0,16 hektar torpaq sahəsini İddiaçı satmış, sonuncu da həmin torpaq sahəsinin dəyərini həmin torpağın mülkiyyətçisinə ödəmişdir. Tərəflər həmin torpaq sahəsinin alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsinə dair razılığa gəlmişlər. Satdığı həmin vaxtdan torpaq sahəsi İddiaçı faktiki sahiblik və istifadəsinə keçmişdir. 0,16 hektar torpaq sahəsinin alğısatqısı barədə tərəflər arasında bağlanmış müqavilə qanuna zidd deyildir və o, yazılı formada tərtib olunmuşdur. Lakin, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, satılmış 0,16 ha torpaq sahəsini notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırdığından müqavilənin notarial qaydada rəsmiləşdirilməməsi onun təqsiri üzündən baş vermişdir. Məhkəmə hesab edir ki, tərəflər daşınmaz əmlakla bağlı yazılı şəkildə alğı-satqı müqaviləsi bağladığından, bu müqavilə qanuna zidd olmadığından, alıcı bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirdiyindən, lakin torpaq sahəsinin alğı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməməsi satıcının təqsiri üzündən və obyektiv səbəblərdən baş verdiyindən, hazırki işin faktiki hallarına Mülki Məcəllənin həmin vaxt qüvvədə olan 335.2ci maddəsi və Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı tətbiq olunmaqla ərizə təmin olunmalı, Torpağa Mülkiyyət Hüququna Dair JN -1149 seriyalı, kod 30319018 nömrəli Dövlət Aktına əsasən Cavabdeh məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,16 hektar torpaq sahəsinin həmin şəxs tərəfindən 15.08.2003-cü il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış alğı-satqı əqdi etibarlı hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN -1149 seriyalı, kod 30319018 nömrəli Dövlət Aktına əsasən Cavabdeh məxsus 0,16 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən 15.08.2003-cü il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış alğı-satqı əqdi etibarlı hesab edilsin. Qiyabi Qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-527/2021
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-527/2021
27.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver