Məhkəmə qərarları › İş №2(027)-530/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-530/2021

23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-530/2021 23.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X49 oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 Mirzəhməh oğluna və Maraqlı şəxs2 qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X9 onun Mirzəyeva (Qasımova) Asya Mixayıl qızının, Şahbazova (Qasımova) Svetlana Mixayılovnanın, X12 atası olması, o, yəni Mirzəyeva (Qasımova) Asya Mixayıl qızının, Şahbazova (Qasımova) Svetlana Mixayılovnanın, X25, Maraqlı şəxs1 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızı ilə bacı qardaş olmaqlarına dair qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 ilə X14 1943-cü ildə nikahlarını RF-nin Vladivastok şəhərində rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 1944- cü il tarixdə X29 və xx xxxxx 1946-cı il tarixdə o- X44 RF Vladivastok şəhərində doğulmuşlar. Onlara doğum haqqında şəhadətnamə verilərkən onun və bacısı Svetlananın ata adıları Mixayıl qeyd edilmişdir. Anası X14 1956-cı ildə RF-nin Vladivastok şəhərində vəfat etmişdir. Onun ölümündən sonra X5 1955-ci ildə X38 Mövsüm qızı ilə ailə quraraq evlənmişdir. Birgə nikahlarında uşaqları xx xxxxx 1956-cı il tarixdə X43, xx xxxxxx 1959-cu il tarixdə Maraqlı şəxs1 və xx xxxxxx 1962-ci il tarixdə X26 doğulmuşlar. X5 xx xxxxxx 1979-cu il tarixdə, X38 Mövsüm qızı xx xxxxxx 2008-ci il tarixdə ölmüşlər. bacısı X29 xx xxxx 1969-cu il tarixdə X35 ilə nikahlarını rəsmi qeyd etdirməklə Şahbazova soyadını qəbul etmişdir. O, X44 xx xxxxxxx 1967-ci il tarixdə X8 ilə ailə quraraq Mirzəyeva soyadını qəbul etmişdir. Eləcə də, digər bacısı X26 xx xxxxxx 1986-cı il tarixdə X42 ilə ailə quraraq Talıbova soyadını qəbul etmişdir. X4 xx xxxxxx 2005-ci il tarixdə ölmüşdür. X2 doğum haqqında şəhadətnaməsinin ata qrafasmda atasının adı Mirzəhməd yazılsa da, şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnaməsində atasının adı Mirzəağa qeyd edilmişdir. Hansı ki, X19 onun-Mirzəyeva (Qasımova) Asya Mixayıl qızının və Şahbazova (Qasımova) Svetlana Mixayılovna, X25, Maraqlı şəxs1 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının atasıdır və onlar bacı qardaşdırlar. Hazırda bacısı Şahbazova (Qasımova) Svetlana Mixaylovnadan miras qalmış yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakını vərəsəlik üzrə öz adına rəsmiləşdirmək istəyir. Lakin onun və bacısı Svetlananın doğum haqqında şəhadətnamələri yararsız hala düşdüyündən, eləcə də, valideynlərinin nikah haqqında şəhadətnamələri onlarda mövcud olmadığından və həmin nikah və doğum haqqında şəhadətnamələri RF-nin Vladivastok şəhərinin qeydiyyat şöbəsi tərəfindən verildiyindən həmin şəhadətnamələrin əslini əldə edə bilmir. Eləcə də digər bacı və qardaşları doğum və şəxsiyyət vəsiqələrində ata adı Mirzəhməd və Mirzəağa kimi, bacısı Svetlananın doğum, nikah və ölüm haqqında şəhadətnamələrində ata adı Mixaylovna, onun doğum və nikah haqqında şəhadətnamlərimdə atasının adı Mixaylovna, şəxsiyyət vəsiqəsində Mixayıl qızı kimi qeyd edildiyindən və uyğun gəlmədiyindən vərəsəliyi həll etdirə bilmir. Bunun üçün X9 o,- Mirzəyeva (Qasımova) Asya Mixayıl qızının, Şahbazova (Qasımova) Svetlana Mixayılovnanın, X12 atası olması, o-Mirzəyeva (Qasımova) Asya Mixayıl qızının və Şahbazova (Qasımova) Svetlana Mixayılovnanın, X25, Maraqlı şəxs1 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızı ilə bacı qardaş olmağına dair qohumluq faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur. Bu fakt şahidlərlə də təsdiq olunur. Onun və bacısı Svetlananın doğum haqqında şəhadətnamələri yararsız hala düşdüyündən həmin şəhadətnamələri notarial qaydada təsdiq etdirə bilmirlər. Bu səbəbdən də yararsız hala düşmüş surətlərini ərizəsinə əlavə edir. Doğum haqqında şəhadətnamələri arxiv surətini RF- nin Vladivastok şəhərinin qeydiyyat şöbəsindən əldə edə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 izahat verərək, X3 böyük bacısı olduğunu, vəfat etdiyi və miras əmlakının ondan qaldığını qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi və Maraqlı şəxs1 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqənin surətlərindən görünür ki, Mirzəyeva (Qasımova) Asya Mixayıl qızı xx.xx.1946-cı il tarixdə X7 şəhərində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində atasının adı “Mixayıl” olaraq, doğum haqqında şəhadətnaməsində “Mixaylovna” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X39 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X32 “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X35 ilə X22 xx.xx.1967-ci il tarixdə nikah bağlamışlar. Nikahdan sonra X18 “Şahbazova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X42 ilə X26 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X15 “Talıbova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X25 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Qasımov Xurşud Kərbalayimövsüm qızı xx.xx.2008-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Onun atası – X19, anası – Qasımova Xurşud Mövsüm qızı olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1962-ci il tarixdə vəfat etmişdir. Onun atası – X19, anası – Qasımova Xurşud Mövsüm qızı olmuşdur. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Quba şəhəri, G.Əsədov küçəsində yerləşən iki mərtəbili binanın birinci mərtəbəsində üç otaqlı ev Şahbazova (Qasımova) Svetlana Mixaylovnanın mülkiyyətindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1946-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1959-cu ildə anadan olmuşdur. Onun atası – X19, anası – Qasımova Xurşud Mövsüm qızı olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə X31, X36, X54 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan gprünür ki, Ərizəçi, X24, X20, Maraqlı şəxs1, X26 bacı-qardaş olmaqla ataları X13r. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Ərizəçi bacısı X30 xx.xx.2019-cu il tarixdə, bacısının həyat yoldaşı X35 isə xx.xx.1989-cu ildə vəfat etmişlər. Onların övladları olmamışdır. Mərhumə X23nın ögey bacı və qardaşları – X27, X20 və Maraqlı şəxs2dır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə ölmüş Şahbazova (Qasımova) Svetlana Mixaylovna ərizəçi Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, Maraqlı şəxs1, X10 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının bacısı, xx.xx.1979-cu il tarixdə ölmüş X28 isə Şahbazova (Qasımova) Svetlana Mixaylovna, Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, Maraqlı şəxs1, X10 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının atasıdır. İş materiallarında olan sənədlərə nəzər saldıqda görünür ki, Ərizəçi atasıdır. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, ərizəçi və vəfat etmiş bacısı X41 Federasiyasında doğulduqları üçün onlarının atalarının adı “Mirzəhməd” əvəzinə “Mixaylovna” və “Mixayıl” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixdə ölmüş Şahbazova (Qasımova) Svetlana Mixaylovna ərizəçi Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, Maraqlı şəxs1, X10 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının bacısı, xx.xx.1979-cu il tarixdə ölmüş X9 isə Şahbazova (Qasımova) Svetlana Mixaylovna, Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, Maraqlı şəxs1, X10 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının atası olmaqla qohumluq münasibətində olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə ölmüş Şahbazova (Qasımova) Svetlana Mixaylovna ərizəçi Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, Maraqlı şəxs1, X10 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının bacısı, xx.xx.1979-cu il tarixdə ölmüş X9 Şahbazova (Qasımova) Svetlana Mixaylovna, Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, Maraqlı şəxs1, X10 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının atası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar