Məhkəmə qərarları › İş №2(027)-535/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-535/2022

01.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-535/2022 01.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X2 olmaqla “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X2 olmaqla torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş dövlət reyestrindən 18 oktyabr 2006-cı il tarixli **********12 reyestr qeydiyyatında dəyişiklik edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən JN 1669 kod 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə pay torpağı kimi ona verilmiş 0,23 ha torpaq sahəsinə dair onun adına reyestr qeydiyyatının aparılması və çıxarış verilməsinin cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X2 olmaqla “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuş, iddiaçıya vəzifəli şəxsin hərəkətindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə biləcəyi izah olunmuşdur. İddiaçı Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadı ləğv edib işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayəti mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmiş, Quba rayon məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından İddiaçı verdiyi şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(105)-916/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 12.01.2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından İddiaçı şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Quba Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İş materiallarından görünür ki, İddiaçının Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından verdiyi şikayətin forma və məzmunu Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində nəzərdə tutulan forma və məzmuna uyğun deyildir. İddiaçı Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından verdiyi şikayət elektron kabinet vasitəsi ilə həyata keçirilməmişdir. Məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X2 olmaqla “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 361-363-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(027)-535/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar