Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-539/2021 08.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştiraki ilə, İddiaçın Cavabdeh qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC İddiaçık iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında İddiaçına məxsus ünvan 1 ünvanında yerləşən 71.3 kv.m ümumi sahədən ibarət olan 22 nömrəli mənzil 1 (bir) ay müddətində boşaldılması və cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “xxxx ” Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X4 iddianın təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı ASC İddiaçık iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı, borc alan Cavabdeh 22.04.2015-ci il tarixli **********98415 №-li kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, Bankın xeyrinə 22.04.2015-ci il tarixli **********98415/ip №-li İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan mənzilə ipoteka predmetinə tutma yönəldilməsi haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli, 2(027)-2718/2017 saylı qətnaməsi ilə Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri, Heydər Əliyev prospektində 198 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 71.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 34.5 kv.m yardımçı sahəsi olan 22 nömrəli mənzilə tutma yönəldilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh tərəfindən Quba Rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli, 2(027)-2718/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13.07.2018-ci il tarixli 2(105)- 1445/2018 №-li qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli, 2(027)-2718/2017 saylı qətnaməsi dəyişdirilərək mənzilin ilkin satış qiyməti 50 000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X3” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından, mənzil İddiaçına təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı Hərrac təşkilatçısı, Quba rayon İcra Şöbəsi və İddiaçı tərəfindən imzalanmış Hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında 34/6 nömrəli protokolu və İddiaçı ilə Hərrac təşkilatçısı arasında 15.03.2019-cu il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Mənzilə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş və iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 10.06.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Bankın mənzil üzərində mülkiyyət hüququnu əldə etməsindən yeddi aydan çox müddət keçməsinə baxmayaraq, Bank bu günədək mənzilə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb Cavabdeh həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Bununla əlaqədar Bank tərəfindən Cavabdeh mənzili 30 (otuz) gün müddətindən gec olmayaraq tərk etməsi barədə 18.08.2020-ci il tarixli 262 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh mənzili boşaltmır, bununla da iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında İddiaçına məxsus ünvan 1 ünvanında yerləşən 71.3 kv.m ümumi sahədən ibarət olan 22 nömrəli mənzil 1 (bir) ay müddətində boşaldılması və cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “xxxx ” Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 10.06.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil tam pay hüququ əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hərrac təşkilatının hərracın yekunları barədə 34/6 nömrəli protokolunun təsdiqlənmiş surətindən məlum olur ki, “X3” MMC tərəfindən mənzil İddiaçına təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. İddiaçı ilə Hərrac təşkilatçısı arasında 15.03.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışından müəyyən olunur ki, Cavabdeh Quba rayonu, Qəçrəş kəndində qeydiyyatdadır. İş materiallarında olan 27.01.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ASC İddiaçık 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, Cavabdeh mənzili tərk etməyi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü madəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinin tələblərinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxxxx hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ASC İddiaçık pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçün iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzil boşaldılmalı və həmin əmlak ASC İddiaçıka təhvil verilməlidir. Cavabdeh 10 manat dövlət rüsumu və sənədlərin notariat qaydasınsa təsdiq edilməsinə görə ödənilmiş 15 manat alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzil boşaldılsın və Cavabdeh qanunsuz sahibliyində alınıb, İddiaçına təhvil verilsin. Cavabdeh 10 manat dövlət rüsumu və sənədlərin notariat qaydasınsa təsdiq edilməsinə görə ödənilmiş 15 manat alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-539/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-539/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver