Məhkəmə qərarları › İş №2(027)-539/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-539/2024

04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-539/2024 04.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 cəlb olunmaqla mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə müraciət edərək, Quba şəhəri Azərbaycan prospekti 180 ünvanında yaşamış X1nın vəsiyyətnamə əsasında ona miras qoyduğu Quba şəhəri, Azərbaycan prospekti 180 nömrəli evi - miras əmlakın onun tərəfindən qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə H.Əliyev prospekti 180 nömrəli evdə qeydiyyatdadır. X1 onlarla qonşuluqda yaşamışdır. O, kimsəsiz bir qadın olmuşdur. O və anası ona qulluq etmişlər. Gülpəri Musayeva xx.xx.2016-cı ildə vəfat etmişdir. Mərhuməni onlar dəfn etmiş və bütün dəfn xərclərini o çəkmişdir. Vəfat etməmişdən əvvəl, mərhumə Gülpəri Musayeva 29 avqust 2003-cü il tarixdə Quba şəhər Notariat Kontorunda iki nəfər şahidin iştirakı ilə vəsiyyətnamə tərtib etmiş və həmin vəsiyyətnamə Notarius tərəfindən təsdiqlənmişdir. Vəsiyyətnaməyə əsasən o, Quba Rayon Azərbaycan prospekti 180 ünvanında yerləşən evini (mənzilini) ona vəsiyyət etmişdir. Demək olar ki, miras əmlaka o, sahiblik etmiş və əmlakı o, idarə etmişdir. Bu vaxta qədər mirası qəbul edən heç bir varis olmamışdır. O, X3 miras qalmış əmlaka vəsiyyətnamə əsasında mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı “ASAN” Xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmişdir. 15 avqust 2023-cü il tarixində ona cavab məktubu ünvanlanmış və həmin cavab məktubunda məsələ ilə əlaqədar, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs2 nümayəndəsinin iştirakını təmin etməmiş və müraciətlərin çoxluğu səbəbindən işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin iş üzrə maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinə məhkəmə bildirişləri təqdim edilməklə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 28 mart 2016-ci ildə vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında 13 aprel 2016ci il tarixdə 80 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 29 avqust 2003-cü il tarixli, 2V-145 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X2 şəhəri Azərbaycan prospekti 180 ünvanında yerləşən evini X9 vəsiyyət etmişdir. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, məktubundan görünür ki, Ərizəçi qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də, Ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli Maraqlı şəxs1 məktubundan görünür ki, elektron informasiya sistemində 28 fevral 2024-cü ilədək araşdırılma aparılmış və elektron informasiya sistemində olan məlumatlara əsasən 1932-ci il təvəllüdlü mərhum X4 doğum haqqında akt qeydləri Maraqlı şəxs1 arxivində saxlanılmadığından onun valideynlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun vərəsələri əri – Maraqlı şəxs3 və qızı- Maraqlı şəxs4dır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi, 29 avqust 2003-cü il tarixli, 2V-145 reyestr nömrəli vəsiyyətnamə reyestr kitabında qeydə alınmışdır. Həmin vəsiyətnamənin xx.xx.2024-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat daxil olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan göründüyü kimi, şahid kimi qonşular G.İlyasova, İ.Didari və B.X13 şəhəri, H.Əliyev prospekti 180 nömrəli evdə qeydiyyatda olmuş Maraqlı şəxs3 və Maraqlı şəxs4 Quba şəhəri, H.Əliyev prospekti 180 nömrəli evdə ümumiyyətlə yaşamadıqlarını təsdiq etmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba şəhəri Azərbaycan prospekti 180 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında 28 mart 2016-ci il tarixdə vəfat etmiş X5 məxsusdur və ərizəçi mənzilin 28 mart 2016-ci ildə vəfat edən X3 vəsiyyətnamə əsasında miras əmlak qismində faktiki qəbul etdiyini, indiki halda isə onun özü tərəfindən həmin miras əmlakın faktiki qəbul edildiyini əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Ərizəçi miras əmlakın vəsiyyərnamə əsasında qəbulu üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəlləni 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbin əsası kimi istinad olunan hallara dair müvafiq sübutlar məhkəməyə təqdim edilmiş və mirasın vəsiyyətnamə əsasında faktiki qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, vərəsəliyin açılma yerinin Quba şəhəri olması və 28 mart 2016-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Quba şəhəri, Azərbaycan prospekti 180 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 mart 2016-ci ildə vəfat etmiş X4 mirası üzrə vərəsəliyin açılma yerinin Quba şəhəri olması müəyyən olunsun və miras əmlak - Quba şəhəri, Azərbaycan prospekti 180 ünvanında yerləşən mənzilin vəsiyyətnamə əsasında vərəsə Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar