Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-541/2023 23.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı «Azəriqaz” İB-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz” İB Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 876.91 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizə ilə 2022-ci ilin dekabr ayınadək istifadə edilmiş təbii qaza görə yaranmış borc tələb olunsa da, ərizəyə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən əvvələ aid dövr üçün tələbi təsdiq edən müqavilə əlavə edilmədiyindən, ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «Azəriqaz” İB-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. . Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-541/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-541/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver