Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-546/2022 25.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu Adur kəndində doğulmağı faktının müəyyən olunmasını, doğum haqqında şəhadətnamə verərkən ana qrafasında X4, ata qrafasında X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuşdur. Anası və atasının rəsmi nikahı olmadığı və o, ev şəraitində doğulduğu üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. Atası vəfat etmişdir. O, anasının himayəsində qalaraq böyümüşdür. Doğum haqqında şəhadətnaməni ala bilmədiyindən şəxsiyyəti təsdiq edən sənədi ala bilməmişdir. Hazırda özünə doğum haqqında şəhadətnamə almaq istəyir. Doğulmağına görə tibb müəssisəsində sənəd olmadığına görə qeydiyyat şöbəsində doğumunun qeydə alınmasının mümkün olmadığı bildirilmiş və bununla bağlı rəsmi imtina məktubu verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də doğumunun qeydə alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Ərizəçi onun oğlu olmasını, xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu Adur kəndində dünyaya gətirdiyini etiraf etmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Quba Regional “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 30.04.2021-ci il tarixli arayışından görünür ki, 27.10.1978-ci il tarixdə Quba rayonu Adur kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı X3 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 30.04.2021-ci il tarixədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: X7 (19.08.2009-cu il təvəllüdlü), X6 (31.01 2013-cü il təvəllüdlü) İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 30.04.2021-ci il tarixli, 52 nömrəli məktubdan görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqqında akt qeydləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1995-ci il tarixdə Quba rayonu, Adur kəndində X2 doğulması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, atalıq faktının müəyyən edilməsi hissəsində ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi bununla əlaqədar ilk öncə Maraqlı şəxsnə müraciət etməli, atalıq faktının müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün olmadıqda Quba rayon Məhkəməsinə atalıq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi xx.xx.1995-ci il tarixdə Quba rayonu, Adur kəndində X2 doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-546/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-546/2022
25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver