Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-549/2023 12.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Osmanov X10 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Osmanov X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinə mülkiyyət hüququmun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılması, ümumi istifadə olan gedişgəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Osmanov X10 nümayəndəsi X18 onun bağ sahəsinə qonşu olan cavabdehlər Cavabdeh1. Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Hüquqların ona məxsus X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli. xx.xx.2021-ci il qeydiyyat tarixli əsasən Çıxarışa Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0,28 ha olan torpaq sahəsindən çıxarılmaları, cavabdehlər Cavabdeh1. Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən ümumi istifadə olan gediş-gəliş yolunun açılmasını və cavabdehlərin əkdiyi meyvə ağaclarının həmin yoldan çıxarılmasını, hüquq yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Nurtılla oğlu, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən iddiaçı Osmanov X19 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 Hüquqların ona məxsus X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha olan torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X14 tərəfindən ümumi istifadə olan gediş-gəliş yolunun açılması və cavabdehlərin əkdiyi meyvə ağaclarının həmin yoldan çıxarılmasını, hüquq yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1. Cavabdeh2 və X5 alınaraq ona verilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı Osmanov X19 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən 0,28 ha torpaq sahəsi ona məxsusdur. Onun bağ sahəsinin qonşuluğunda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə etdiyi bağ sahələri yerləşir. Cavabdehlər onun aralarında qonşu bağlara gedən yol sahəsi, suvarma sistemləri idarəsinə məxsus su xətti keçir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun bağ sahəsindən gediş-gəliş yolu kimi istifadə edərə, bağ sahələri arasında digər bağ sahiblərinin istifadə etdiyi ümumi istifadə yolunun giriş-çıxış yolunu bağlayaraq meyvə ağacları əkərək, ona məxsus bağ sahəsindən yol salmış və onun bağ sahəsinin bir hissəsini zəbt etmişlər. O, cavabdehlərə dəfələrlə ona məxsus sahədən gediş-gəliş yolu kimi istifadə etməməsini, ümumi istifadə olan gediş-gəliş yolunda isə əkdiyi meyvə ağaclarını həmin yoldan çıxarmasını tələb etsə də cavabdehlər onun tələbini icra etməmişlər. Məhkəmə iclasında iddiaçı Osmanov X19 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X3, X6 mülkiyyətlərində olan Quba rayonu, Ərməki kəndində yerləşən 0.28 ha torpaq sahəsini 3000 manata İddiaçı satmışdır. İş materiallarında olan Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********00 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, Quba rayonu, Ərməki kəndində yerləşən 0.28 ha torpaq sahəsini İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN:305 kod30313088 saylı Dövlət Aktından görünür ki, Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Quba rayonu, Hacıqaib kəndi ərazisində 3.95 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN:314 kod30313088 saylı Dövlət Aktından görünür ki, X1 rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Quba rayonu, Hacıqaib kəndi ərazisində 0.50 ha torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 iyun 2022-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tikintitexniki ekspertizasının 10/3887 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Osmanov X15 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh4 məxsus olan JN-305 kod 30313088 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 3.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. Osmanov X15 məxsus Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Cavabdeh1, X11 və Cavabdeh4 tərəfindən istifadə olunmur. JN-305 kod 30313088 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 3.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki hissədən ibarətdir (1.95 ha və 2.0 ha). X23 əsasən 1.95 ha olan torpaq sahəsi mübahisə predmetidir, digər yerdə qalan hissə (2.0 ha) isə mübahisə predmeti deyildir. Birinci sualın cavabında qeyd etdiyimiz kimi Osmanov X15 məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələri üst-üstə düşmür, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə əsasən həmin torpaq sahələri arasında gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********00 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Ərməki kəndində yerləşən 0.28 ha torpaq sahəsini İddiaçı mülkiyyətindədir. Torpağa Mülkiyyət Hüququna dair JN:305 kod30313088 saylı Dövlət Aktına əsasən Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Quba rayonu, Hacıqaib kəndi ərazisində 3.95 ha torpaq sahəsi verilmişdir. Hazırda İddiaçı məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, Cavabdeh3 və Cavabdeh4un Hüquqların ona məxsus X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli. xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha olan torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ümumi istifadə olan gediş-gəliş yolunun açılması və cavabdehlərin əkdiyi meyvə ağaclarının həmin yoldan çıxarılması barədə qətnamə qəbul edilməsini tələb edir. Lakin, iş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 iyun 2022-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 10/3887 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Osmanov X15 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh4 məxsus olan JN-305 kod 30313088 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 3.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Osmanov X15 məxsus Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Cavabdeh1, X11 və Cavabdeh4 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. JN-305 kod 30313088 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 3.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki hissədən ibarətdir (1.95 ha və 2.0 ha). X23 əsasən 1.95 ha olan torpaq sahəsi mübahisə predmetidir, digər yerdə qalan hissə (2.0 ha) isə mübahisə predmeti deyildir. Birinci sualın cavabında qeyd edildiyi kimi Osmanov X15 məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahələri üst-üstə düşmür, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı ol tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə əsasən həmin torpaq sahələri arasında gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Beləliklə, mübahisə predmetini təşkil edən torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Lakin, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı ol tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə əsasən həmin torpaq sahələri arasında gediş-gəliş yolu nəzərdə tutulduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsinə cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və gediş-gəliş yolu açılmalıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia qismən təmin edilməli, Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha olan torpaq sahəsinə gedən gediş-gəliş yolu açılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlərdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34CTRE**********0002088501 №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Bundan başqa, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, İddiaçı hüquq yardım haqqında müqaviləyə əsasən ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, hüquq yardımla bağlı iddiaçının ödədiyi pul vəsaiti onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha olan torpaq sahəsinə gedən gediş-gəliş yolu açılsın və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34CTRE**********0002088501 №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-549/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-549/2023
12.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver