Məhkəmə qərarları › İş №2(027)-550/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-550/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-550/2021 12.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılması və“xxxx” ASCyə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda, 0.06394 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (reyestr nömrəsi **********86-10301) boşaldılması və qeyd olunan əmlakın “xxxx” ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)- 967/2017 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh “xxxx” ASC-nin xeyrinə cəmi 5780.59 ( beş min yeddi yüz səksən manat) əlli doqquz qəpik borcun tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 2 ünvanda xüsusi mülkiyyətində olan 0.06394 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli 3 otaqlı yaşayış evinə 0.06394 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 11500 manat, 0.06394 ha torpaq sahəsinin qiyməti 3500 manat məbləğində müəyyən edilməsi və torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Quba rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən "X3” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. “xxxx” ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışa (Reyestr nömrəsi - **********86- 10301. Qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adna rəsmiləşdirilmişdir. Bank tərəfindən fərdi yaşayış evinin boşaldılması və Banka təhvil veriməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Bu da Bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş sayılır. Göstərilənləri nəzərə alaraq “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanda,0.06394 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (reyestr nömrəsi **********86-10301) boşaldılması və qeyd olunan əmlakın “xxxx” ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia ərizəsi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli, reyestr nömrəsi - **********86-10301, qeydiyyat nömrəsi ********** saylı Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda,0.06394 ha torpaq sahəsində yerləşən fərdi yaşayış e tam mülkiyyət hüququ ilə “xxxx” ASC-yə məxsusdur. İş materiallarında olan xx.xx.2020- ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə "mülkiyyət hüququ subyektin ona mənsub əmlaka, əşyaya öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan hüququdur". Həmin Məcəllənin 157.2-ci madəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü madəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinin tələblərinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC-nin pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçün iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda, 0.06394 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin boşaldılmalı və həmin əmlak “xxxx” ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin olunsun. ünvan 4 ünvanda 0,06394 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılsın və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nə təhvil verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar