Məhkəmə qərarları › İş №2(027)-56/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-56/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-56/2023 20.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh1 ona məxsus olan **********91 saylı reyestr nömrəli DƏDRX tərəfindən verilən ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh - Cavabdeh1 ona məxsus olan **********91 saylı reyestr nömrəli DƏDRX tərəfindən verilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə Quba şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən ərazidən 0.004 ha torpaq sahəsini Şəhər Bələdiyyəsinin keçirdiyi hərrac zamanı qalib gələrək öz adına rəsmiləşdirməklə 0.004 ha torpaq sahəsini alğı-satqı etmişdir. Həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********91 saylı reyestr nömrəsi ilə Çıxarış almışdır. Aldığı torpaq sahəsinin tam mülkiyyət sahibi olmağı və tikinti üçün ilkin başlanğıc sənədlərinin olmasına baxmayaraq hələ də ona məxsus olan torpaq sahəsindən istifadə edə bilmir. Beləki, Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən torpaq sahəsi vətəndaş Cavabdeh1 heç bir qanuni əsas olmadan süni maneçiliklər yaradır. Onlar hər dəfə mülkiyyət hüququ onlara məxsus olan torpaq sahəsində hər hansı bir tikinti və ya yenidən qurma işləri aparmaq istəsələr də, vətəndaş X4 DİN-nin qaynar xətti olan 102 xidmətinə zəng edərək həm bizim işimizin dayandırılmasına həmdə polis əməkdaşlarının dəyərli vaxtlarını almaqla maniəçilik törədir. Bir neçə dəfə belə hallar baş verimiş və hər səfərində də Quba RPŞ-nın tədqiqatçıları araşdırma apararaq şikayətin əsassız olduğunu dəqiqləşdirərək qərar qəbul etmişdilər. Bu minvalla dəfələrlə Hüquq mühafizə orqanlarına Cavabdeh1 qanunsuz hərəkətlərindən şikayət etsə də, heç bir nəticə əldə edilməmişdir. Cavabdeh1 hal-hazırda da ona məxsus torpaq sahəsindən istifadə etməkdə davam etməklə yanaşı ona məxsus sahəyə 1 (bir) maşın daşı boşaldaraq torpaq sahəsindən istifadə hüququnu tamam məhdudlaşdırmışdı. O, öz mülkiyyətində olan əmlakına istədiyi kimi sahiblik və ondan istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 və iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddiaçının torpaq sahəsini zəbt etmədiyini və iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.004 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, olan, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0.004 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşmür. İddiaçı məxsus Reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, olan, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.004 ha həyətyanı torpaq sahəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, iddiaçı məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan **********91 saylı reyestr nömrəli DƏDRX tərəfindən verilən Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən torpaq sahəsindən çıxarılmasını tələb edir. Belə ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın əsasən, ünvan 3 ünvanında yerləşən 0.004 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışına əsasən, Quba şəhərində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Lakin, iş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi müəyyən olunmuşdur ki, İddiaçı məxsus Reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, olan, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.004 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 məxsus Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri ərazisində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı məxsus Reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, olan, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.004 ha həyətyanı torpaq sahəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilməmişdir. İddiaçı isə cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin zəbt edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar