Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-56/2024 30.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi qismində vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və X7 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işin icraatının təzələnməsi haqqında məsələyə baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və X7 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə "xxxx" Kiçik Müəssisəsi yaradılmış, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik müəssisəsinə ayrılmış, "xxxx" kiçik müəssisəsi 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra müəssisədə tikinti quraşdırma işləri başlanmış Qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə reyestr kitabında "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Müəssisədə tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə "xxxx" kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan Ticarət Yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı müəssisəyə ayrılmış torpaq sahəsinə dair "xxxx" X2 X5 dair JN1287 KOD 30300001 Dövlət Aktı verilmiş, xx.xx.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X4r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli "xxxx" Kiçik Müəssisəsinin adma qeydə alınmışdır. "xxxx" Müəssisəsi vergi ödəyicisi kimi özünə məxsus qeyri yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. Bu yaxınlarda müəssisədə yenidənqurma, tikinti və təmir işlərinin həyata keçirilməsi ilə bağlı "xxxx" Müəssisəsi MMC-nə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin ölçülməsi həyata keçirilmiş və bu zaman məlum olmuşdur ki, müəssisəyə daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin bir hissəsi (təxminən 54 kv.m yaxın) Tofiq Əhmədov küçəsi hissəsində (Heydər Əliyev prosekti tərəfindən 8-ci sıradakı mağaza) 54 kv.m sahə X1 tərəfindən zəbt edilmiş, orada mağaza binası tikilmiş və mağaza Apetek kimi istifadə edilir (mağazanın fotoşəkil iddia ərizəsinə əlavə edilir). Cavabdeh müəssisəyə məxsus toı-paq sahəsindən tikdiyi tikilidən istifadə etməsi nəticəsində külli miqdarda qazanc əldə edir. Cavabdehin bu hərəkətləri nəticəsində "xxxx" Müəssisəsi MMC-nin daimi istifadə verilmiş torpaq sahəsindən tam olaraq istifadəyə maneə yaranmış, iddiaçıya verilmiş torpaq sahəsindən təyinatına uyğun olaraq tam istifadə edə bilməməsi nəticəsində zərər görmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə1 izahatında tərəflər arasında barışıq sazişi bağlandığını qeyd edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə göstərmişdir ki, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı "xxxx" Kiçik Müəssisəsi MMC-nin daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Fleydər Əliyev prospekti tərəfindən başlamaqla səkkizinci sırada) ümumi sahəsi təxminən 54 kv.m olan tikilinin (Aptek) onun öz hesabına sökülməsi, tikililərin "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda cavabdehlə aralarında barışıq əldə olunaraq, “Barışıq Sazişi” bağlanmışdır. Ona görə də aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsi MMC ona qarşı iddia tələbilə məhkəməyə müraciət edərək, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı "xxxx" Kiçik Müəssisəsi MMC-nin daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Fleydər Əliyev prospekti tərəfindən başlamaqla səkkizinci sırada) ümumi sahəsi təxminən 54 kv.m olan tikilinin (Aptek) onun öz hesabına sökülməsi, tikililərin "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçıyla aralarında barışıq əldə olunaraq, “Barışıq Sazişi” bağlanmışdır. Ona görə də aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir Məhkəmə idiaçının nümayəndəsi qismində vəkilinin izahatını dinləyib, ərizələri araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, **********97-12301 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən 2454,4 ha torpaq sahəsi "xxxx" Kiçik Müəssisəsinin xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin barışıq sazişi təsdiq edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Kiçik Müəssisəsi MMC və Cavabdeh arasında bağlanılmış “Barışıq Saziş”i aşağıdakı məzmunda təsdiq edilsin:
1. Cavabdeh Bahaddinov Bahaddin Məhəmməd oğlu iddiaçı "xxxx"Müəssəsi MMC-nin Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasını qəbul edir.
2. İddiaçı "xxxx" Müəssəsi MMC və Cavabdeh "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində Cavabdeh tikdiyi mağazanı 10000 (on min) manat məbləğində dəyərləndirilməsinə etiraz etmirlər.
3. Cavabdeh Bahaddinov Bahaddin Məhəmməd oğlu hazırda istifadə etdiyi "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində tikdiyi mağazanı (mağazanın dəyəri olan) 10000 (on min) manat qarşılığında "xxxx" Müəssəsi MMC tərəfindən sökülməsinə razıdır.
4. Cavabdeh Bahaddinov Bahaddin Məhəmməd oğlu hazırda istifadə etdiyi "xxxx" Müəssəsi MMC-nə məxsus torpaq sahəsində tikdiyi mağazanı "xxxx" Müəssəsi MMC-nin ona xəbərdarlıq etdiyi vaxta kimi istifadə edəcəkdir. "xxxx" Müəssəsi MMC hal-hazırda Cavabdeh həmin mağazadan istifadə etməsinə etiraz etmir. "xxxx" Müəssəsi MMC Cavabdeh hazırda istifadə etdiyi mağazadan çıxması ilə bağlı xəbərdarlıq etdikdə, 10 gün müddətində həmin mağazanı boşaldacaq, razılaşmaya əsasən 10000 (on min) manat məbləğində pulu alacaqdır.
5. Cavabdeh istənilən zaman 10 gün qabaqcadan məlumat verməklə mağazanı boşaldıb çıxa bilər və razılaşmaya əsasən 10000 (on min) manat məbləğində pulu tələb edə bilər. Bu zaman "xxxx" Müəssəsi MMC 10000 (on min) manat məbləğində pulu verəcəkdir.
6. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra iddiaçı "xxxx" Müəssəsi MMC-nin Cavabdeh qarşı müəssisə daxilində yerləşən sözügedən mağaza ilə bağlı heç bir tələbi olmayacaqdır.
7. Bu barışıq sazişinin bütün şərtləri icra olunduqdan sonra Cavabdeh müəssisə daxilində yerləşən sözügedən mağaza ilə bağlı (ondan yaranan mübahisələrlə bağlı) Fərid Kiçik” Müəssəsi MMCnə qarşı heç bir tələbi olmayacaqdır.
İddiaçı MMC-nin Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri və X7 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aydın Babayev