Məhkəmə qərarları › İş №2(027)-576/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-576/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-576/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X1 və cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5300.50 manat məbləğində pulun, və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 5330.50 (beş min üç yüz otuz manat əlli qəpik) manat pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən istifadə etdiyi təbii qaza görə sayğacla müəyyənləşən 4642.30 manat debitor borcun, 29.03.2020-ci il tarixdə dəymiş ziyana görə 432 manat, 30.09.2020-ci il tarixdə dəymiş ziyana görə 316.80 manat, cəmi 5391.10 (beş min üç yüz doxsan bir bir) manat 10 qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehİddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun abonent hesabına 2019-cu ildən geriyə yazılmış və 5 illik iddia müddəti tətbiq edilərək yaranmış 4448.30 (dörd min dörd yüz qırx səkkiz) manat 30 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********01070 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X3 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB X6 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmiş və ona 316.80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən təbii qaza görə sayğacla müəyyənləşən 4642.30 manat debitor borcun, 29.03.2020-ci il tarixdə dəymiş ziyana görə 432 manat borcu yaranmışdır. Beləliklə cavabdehin cəmi borcu 5391.10 (beş min üç yüz doxsan bir bir) manat 10 qəpik olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən istifadə etdiyi təbii qaza görə sayğacla müəyyənləşən 4642.30 manat debitor borcun, 29.03.2020-ci il tarixdə dəymiş ziyana görə 432 manat, 30.09.2020-ci il tarixdə dəymiş ziyana görə 316.80 manat, cəmi 5391.10 (beş min üç yüz doxsan bir bir) manat 10 qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı xeyrinə tutulması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək və qaşılığlı iddianı müdafiə edərək göstərdi ki, İlkin iddia tələbini qəbul etmir, belə ki, İddiaçı İB ona qarşı dəymiş zərərin əvəzinin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 5300,50 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5330,50 manat pulun tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə ki, ilkin iddiaçı iddia edir ki, onun əvvəlki illərdən 4983,70 manat borcu olmuşdur. Onunla İddiaçı İB arasında qazın alqı-satqısına dair müqavilə 26 fevral 2019-cu il tarixdə bağlanmışdır. Bundan əvvəl onunla ilkin iddiaçı arasında qazın-alqı satqısına dair müqavilə bağlanmamışdır. Belə olan halda 2019-cu ildən əvvəlki dövrə təsadüf edən borcun tələb edilməsi qanunsuz və əsassızdır. Bundan başqa iddiaçının əvvəlki dövrlərdə yığılıb qalan borcları tələb etməsi qanunsuz olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinə ziddir. Göstərilənləri nəzərə alaraq, ilkin iddianın rədd edilməsini, qarşılığlı iddianın təmin edilməsini və onun abonent hesabına 2019-cu ildən geriyə yazılmış və 5 illik iddia müddəti tətbiq edilərək yaranmış 4448.30 (dörd min dörd yüz qırx səkkiz) manat 30 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X1, cavabdeh-iddiaçı Cavabdeh izahatını dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia təmin edilməməlidir.. Belə ki, işdə olan İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 29.09.2020-ci il tarixli aktdan görünür ki, həmin akt təbii qazdan qeyri qanuni 3168 m3 qaz sərfiyyatına görə tərtib edilmiş, Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cavabdehı Cavabdeh təbii qazdan istifadəyə görə 3168 m3 qaz sərfiyyatı vardır. İşdə olan abonentin debitor borcu haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Xaçmaz Regional Qİİ-nin Quba XS-də abonent kimi qeydiyyatda olan Cavabdeh 01.04.2021-ci ilə kimi borcu 5391.10 (beş min üç yüz doxsan bir bir) manat 10 qəpik təşkil edir. İşdə olan abonent saldosundan məlum olur ki, abonent Cavabdeh cəmi 748.80 manat məbləğində dəymiş ziyan, 4642.30 manat məbləğində debitor borcu vardır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 26.02.2019-cu il tarixli Q-AK-350 saylı qaz paylayıcısı və qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi iş materiallarına əlavə edilmişdir. İşdə olan 21.01.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı İB-yi tərəfindən iddia ərizəsilə bağlı 30 manat rüsum ödənilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi İddiaçı İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa İddiaçı İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə ilkin iddia qismən tələbi təmin olunmalı, Cavabdeh 4642 (dörd min altı yüz qırx iki) manat 30 qəpik məbləğdə debitor borc tutulub İddiaçı hesabına ödənilməli və qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 4642 (dörd min altı yüz qırx iki) manat 30 qəpik məbləğdə debitor borc tutulub İddiaçı hesabına ödənilsin. Qarşılıqlı iddia təmin edilməsn. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar