Məhkəmə qərarları › İş №2(027)-937/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-937/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-937/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “dəymiş ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı» İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat məbləğində dəymiş ziyanı, 383,10 (üç yüz səksən üç manat 10 qəpik) məbləğində debitor borcunu, ümumilikdə 728,70 (yeddi yüz iyirmi səkkiz manat 70 qəpik) manat pulun tutularaq **********09970 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 İstismar İdarəsinin Xaçmaz xidmət sahəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə qaz xəttlərinə və qaz sayğaclarına baxış keçirilərkən 12 mart 2020-ci il tarixdə Quba şəhər sakini Cavabdeh evində sayğacdan kənar xətt vasitəsilə təbbi qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh barədə “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında 12.03.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi halını etiraf edərək abonent Cavabdeh aktı heç bir irad bildirmədən imzalanmışdır. Abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə halını təsdiq edən foto və video çəkilişlər aparılmışdır. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində X6 İstismar İdarəsinin Quba xidmət sahəsinə 345.60 manat ziyan dəymişdir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü maddəsinə əsasən istehlakçılar tərəfindən təbbi qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nın Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Bundan başqa istehlak olunmuş təbii qazın dəyərinin vaxtında ödənilməməsi nəticəsində cavabdehin hazırda 383,10 manat debitor borcu da yaranmışdır. Ümumilikdə Cavabdeh İddiaçı İB-nə 728,70 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddələrinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakılara əsasən hesab edir ki, verilmiş iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan yazılı formada bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 28.09.2017-ci il tarixli, 21523-0917 saylı müqavilədən görünür ki, «Paylayıcı» X6 İstismar İdarəsi ilə «İstehlakçı» Cavabdeh arasında müqavilə bağlanmışdır. Bu müqavilə «Paylayıcı» ilə «İstehlakçı» arasında təbii qazın alqı-satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri tənzimləyir. Həmin müqavilənin 1-ci bəndinə əsasən «Paylayıcı» bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq «İstehlakçı»nı keyfiyyətli qazla təmin edir, «İstehlakçı» isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq» Paylayıc»ı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.10 manat, 2019-cu il 1 may tarixindən etibarən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kub.metrdən çox olan hissəsi üçün 0,20 manat məbləğində müəyyən edilir. İş materiallarında olan İddiaçı “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, Quba rayonu, Zərdabi kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiator sobasının maksimal saatlıq qaz sərfi 0.8 m3 saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 0.8 x 24 x 90=1728 m3 və 0.8 x 24 x90=1728 m3 olaraq cəmi 3456 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 12.03.2020-ci il tarixli ******* nömrəli akt olmuşdur. İş materiallarında olan 12.03.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba şəhəri Zərdabi qəsəbəsində yaşayan Cavabdeh məxsus sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilərək, həmin akt tərtib edilmişdir. İş materiallarında olan **********09970 saylı abonentin saldosundan görünür ki, Cavabdeh təbii qaz istifadəsinə görə borcu 383,10 manat təşkil edir. İş materiallarında olan istehlak olunmuş dəymiş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokolundan görünür ki, 20.04.2021-ci il tarixinə dəymiş ziyana görə “istehlakçının qaz paylayıcı qarşısında debitor borcu 345,60 manat təşkil edir. İş materiallarında olan 30.03.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqavilə ilə iddiaçı cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə istehlakçı kimi aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüş, cavabdehin yaşadığı fərdi yaşayış evində qaz sayğacı quraşdırılmış və o, qazla təmin edilmiş, cavabdehin müqavilə öhdəlikləri yerinə yetirilməyərək, təbii qazdan istifadəyə görə iddiaçıya ümumilikdə 728,70 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1, 598.2 və 598.3-cü maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur; əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlukəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, X2 təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat məbləğində dəymiş ziyan, 383,10 (üç yüz səksən üç manat 10 qəpik) məbləğində debitor borcu, ümumilikdə 728,70 (yeddi yüz iyirmi səkkiz manat 70 qəpik) manat pulun tutularaq **********09970 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat məbləğində dəymiş ziyan, 383,10 (üç yüz səksən üç manat 10 qəpik) məbləğində debitor borcu, ümumilikdə 728,70 (yeddi yüz iyirmi səkkiz manat 70 qəpik) manat pulun tutularaq **********09970 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar