Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-939/2021 01.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh X3 qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair ilkin iddia ərizəsinə və cavabdeh –iddiaçı X2 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmməd qızından təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 518 (beş yüz on səkkiz manat) 40 qəpik məbləğində dəymiş ziyan 641,30 (altı yüz qırx bir) manat 30 qəpik məbləğində debitor borcunu, ümumilikdə 1159,70 (bir min yüz əlli doqquz) manat 70 qəpik manat pulun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X4 İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı” İstehsalat Birliyinin 11.09.2020-ci il tarixli, ******* saylı aktı əsasında tərtib etdiyi “Dəymiş ziyan aktı”nın etibarsız hesab edilməsini və ondan tələb olunan 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X5 ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi baradə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı İiddia ərizəsinin onunla əsaslandırmışdır ki, Xaçmaz X10 İdarəsinin Quba xidmət sahəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə qaz xəttlərinə və qaz sayğaclarına baxış keçirilərkən 11 sentyabr 2020-ci il tarixdə Quba şəhər sakini Cavabdeh Məmməd qızının Quba şəhəri, Tahirov küçəsində yerləşən evində sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh Məmməd qızı barədə “Təbii qazdan istifadə Qaydaları”nm pozulması haqqında 11.09.2020-ci iltarixli, ******* saylı akt tərtib edilmişdir. Sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi halını etiraf edərək abonent Cavabdeh Məmməd qızı aktı heç bir irad bildirmədən imzalamışdır. Abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə halını təsdiq edən foto və video çəkilişlər aparılmışdır. Cavabdeh Məmməd qızı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində Xaçmaz X10 İdarəsinin Quba xidmət sahəsinə 518,40 manat ziyan dəymişdir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəvərinin bərpasının hesablanması qaydalar”’na əsasən müəyyən edilmişdir. Həmçinin istehlak olunmuş təbii qazın dəyərinin vaxtında ödəııilməməsi nəticəsində cavabdehin hazırda 641,30 manat debitor borcu da yaranmışdır.Ümumilikdə Cavabdeh Məmməd qızının İddiaçı İB-nə 1159,70 manat borcu vardır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Məmməd qızından təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 518 (beş yüz on səkkiz manat) 40 qəpik məbləğində dəymiş ziyan 641,30 (altı yüz qırx bir) manat 30 qəpik məbləğində debitor borcunu, ümumilikdə 1159,70 (bir min yüz əlli doqquz) manat 70 qəpik manat pulun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh-iddiaçı X4 məhkəməyə ərizə ilə müraciət edərək, hərəkətsizliyinə səbəb olan əllilliyi ilə bağlı mülki üş üzrə məhkəmə iclaslarında onun iştirak etməməyini üzrlü hesab edilməsi və onun iştirakı olmadan baxılmasını, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh-iddiaçı X4 ərizəsinin onunla əsaslandırmışdır ki, 11 sentyabr 2020-ci il tarixdə, ona məxsus Quba şəhəri, Tahirov küçəsində yerləşən evdə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkar olunmuş və bu barədə 11.09.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Sayğacdan kənar xətt vasitəsi ilə istifadə etmək halını etiraf edərək həmin aktı imzalayıb. Həmin əsasla Xaçmaz X10 İdarəsi tərəfindən tərtib edilmiş “Dəymiş ziyan aktı”-na əsasən Xaçmaz X10 İdarəsinin Quba xidmət sahəsinə 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat ziyan dəymişdir. Hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı onun etirafı əsasında dəymiş ziyanın 518,40 manat məbləğində hesablaması qanunsuz və əsassızdır. İş materiallarından göründüyü kimi 518,40 manat məbləğində ziyanın hesablanmasının heç bir hüquqi və rəsmi əsası yoxdur. Belə ki, təbii qazdan istifadə üçün sayğacdan kənar borudan davamlı olaraq uzun müddət istifadə etmək mümkün deyildir. Çünki, təbii qazdan istifadəyə nəzarəti həyata keçirən İddiaçı Xaçmaz X10 İdarəsinin Quba xidmət sahəsinin nəzarətçiləri mütəmadi olaraq hər ayın 9-10 günlərində onun yaşadığı ərazidə gəzərək abonentlərin təbii qazdan istifadəsinə, qaz xətlərinin və qaz sayğaclarının texniki vəziyyətinə nəzarəti həyata keçirirlər. O, sayğacdan kənar təbii qaz xəttini 2020-ci ilin sentyabr ayının əvvəlində, regionda soyuqların başlandığı vaxtda çəkib. Düşünmüşəm ki, İddiaçı” İstehsalat Birliyinin əməkdaşları onun əlilliyimi nəzərə alaraq bu məsələdə ona güzəştə gedərlər. Amma güzəşt olmadı. Hazırki qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ona təqdim etdiyi 26 dekabr 2020-ci il tarixli bildiriş-xəbərdarlıqdan göründüyü kimi qış fəslinin bir ayı ərzində o, 188 kub.metr həcmində təbii qazdan istifadə edib. Həmin hesabla qış fəslinin bir ayında 170-200 kub.metr təbii qazdan istifadə edir. Həmin fakta əsasən 2020-ci ilin sentyabr ayının 11 (on bir) günü ərzində 68,9 kub.metr həcmində təbii qazdan qanunsuz istifadə edib. Göstərilənləri nəzərə alaraq, İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı” İstehsalat Birliyinin 11.09.2020-ci il tarixli, ******* saylı aktı əsasında tərtib etdiyi “Dəymiş ziyan aktı”nın etibarsız hesab edilsini və ondan tələb olunan 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmə ilkin iddianı və qarşılıqlı iddianı və onlara əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cavabdeh X3 dəymiş ziyanın həcmi hesablanarkən 3168 m3 qaz sərfiyyat müəyyən edilmişdir. İşdə olan abonentin debitor borcu haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Xaçmaz Regional Qİİ-nin Quba XS-də abonent kimi qeydiyyatda olan X2 01.04.2021-ci ilə kimi borcu 5391.10 (beş min üç yüz doxsan bir bir) manat 10 qəpik təşkil edir. İşdə olan abonent saldosundan məlum olur ki, abonent X2 cəmi 748.80 manat məbləğində dəymiş ziyan, 4642.30 manat məbləğində debitor borcu vardır. X4 ilə İddiaçı arasında bağlanmış 26.02.2019-cu il tarixli Q-AK-350 saylı qaz paylayıcısı və qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi iş materiallarına əlavə edilmişdir. İşdə olan 21.01.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı İB-yi tərəfindən iddia ərizəsilə bağlı 30 manat rüsum ödənilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi İddiaçı İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa İddiaçı İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə ilkin iddia qismən tələbi təmin olunmalı, X1 641 (altı yüz qırx bir) manat 30 qəpik məbləğdə debitor borc tutulub İddiaçı hesabına ödənilməli və qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı əməkdaşları tərəfindən Quba şəhəri Tahirov küçəsində yerləşən yaşayış evinə dair X2 adına hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia qismən təmin edilsin. X1 641 (altı yüz qırx bir) manat 30 qəpik məbləğdə debitor borc tutulub İddiaçı hesabına ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin İddiaçı əməkdaşları tərəfindən Quba şəhəri Tahirov küçəsində yerləşən yaşayış evinə dair X2 adına hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-939/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-939/2021
01.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver