Məhkəmə qərarları › İş №2(075)-125/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-125/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-125/2022 17.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 vurulmuş ziyana görə 53 761 ABŞ dolları və 39537 AZN məbləğində pul vəsaitinin, 30.40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 30 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, 14 oktyabr 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, sonuncu məhkəmə baxış iclası bu günə, yəni 17 yanvar 2022-ci il tarixə, saat 14:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi, Cavabdeh2, üçüncü şəxslər X3, X2, X4, Cavabdeh1 və X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki işə Şəki Rayon Məhkəməsində deyil, Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Аzərbаycаn Respublikаsının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 qeydiyyat ünvanı ünvan 1dəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göründüyü kimi cavabdeh hazırda X1 saxlanılsa da, onun qeydiyyat ünvanı ünvan 3um etmə növündə cəza çəkən şəxslərə qarşı yalnız nikahın pozulması haqqında iddiaların iddiaçının yaşadığı yerə görə verilə biləcəyi nəzərdə tutulmuşdur (MPM 36.4). Odur ki, iddia ərizəsi Cavabdeh2 qeydiyyat yeri (Gəncə şəhəri, Nizami rayonu, M.F.Axundov küçəsi 53) üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə verilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehin yaşayış yeri kimi Şəki şəhəri, 20 Yanvar küçəsi, ev 10 göstərsə də, bununla bağlı hər hansı sübut (yaşayış yerindən arayış) ərizəyə əlavə etməmişdir. Оnа görə də mülki iş bаşqа məhkəməyə, yəni аidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 35.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, alındığı (verildiyi) andan 10 (оn) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar