Məhkəmə qərarları › İş №2(102)-4270/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4270/2021

20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4270/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyan və mənəvi zərər tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-207/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili X2 tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə işə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 13 iyun 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, HK-1/1182 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 339.1 və 469.3-cü maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddələrlə inzibati protokol tərtib olunmasından ötrü ayrılmış materialın nəzərə alınması qərara alınmışdır. "xxxx" MMC-nin 18 yanvar 2018-ci il tarixli rəyindən görünür ki, 2008-ci il buraxılışlı, X204 kuzalı, **-OX-*** dövlət qeyd iyyat nişanlı Mercedes GLK markalı avtonəqliyyat vasitəsinə qəza zamanı dəymiş zərər nəticəsində lazım olan detalların və təmir işlərinin 15 yanvar 2018-ci il tarixinə olan dəyəri müvafiq olaraq 7595 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 9595 (doqquz min beş yüz doxsan beş) manat, mənəvi zərərin əvəzi olaraq isə 2000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 6(075)-11/2020 saylı qərarından görünür ki, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X1 HK-1/1182 cinayət işi üzrə çıxarılmış olduğu “cinayət işi başlanmasının rədd edilməsi” haqqında 13 iyun 2020-ci il tarixli qərarın qanuni hesab edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 6(107)-12/2020 saylı qərarından çıxarışdan görünür ki, Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 6(075)-11/2020 saylı qərarı qüvvədə saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-8/2020 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 7595 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 02 oktyabr 2017-ci il tarixdə “Niva2121” markalı, **-BF-*** dövlət qeyd iyyat nişanlı avtomobilini idarə edərkən, saat 09:20 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində Şəki rayonu Baş Göynük kəndi istiqamətindən Şəki rayonu, Aşağı Göynük kəndi istiqamətində hərəkətdə olarkən asfalt yolda özünün hərəkət istiqamətində ara məsafəsini gözləmədən və yüksək surətlə onunla eyni istiqamətdə idarə etdiyi “Mercedes GLK 350” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vuraraq avtomobilə zərər vurmuşdur. Vurulmuş zərərin miqdarı "xxxx" MMC-nin 18 yanvar 2018-ci il tarixli rəyinə əsasən 7595 manat təşkil etmişdir. Məhkəmə hesab etmişdir ki, baş vermiş yuxarıda bəhs edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mənəvi iztirab çəkməsi qaçılmazdır. Bundan başqa iş materialları ilə də müəyyən olunur ki, cavabdeh vurmuş olduğu zərəri qarşıl amaq və ya iddiaçı ilə müəyyən razılığa gəlmək əvəzinə baş vermiş hadisə ilə əlaqədar qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan” şikayət verməklə iddiaçının polis şöbəsinə və məhkəmələrə getməsinə və ya gəlməsinə səbəb olmuşdur. Beləliklə də hadisə baş verən 02.10.2017-ci il tarixdən bu günədək, yəni 23.09.2020-ci il tarixinədək olan müddətdə iddiaçının mənəvi iztirab və zərər çəkməsi labüddür. Məhkəmə iddia tələbinin 2000 manat mənəvi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı v’ “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsin ə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarlarında səpgilənən hüquqi mövqeyi nəzərə alaraq onu qeyd etmişdir ki, cavabdehin maddi ziyanla bağlı mülki məsuliyyəti müəyyən edilərək iddiaçıya maddi ziyanın vurulması məhkəmə iclasında öz təsdiqini tapdığından və iddia edilən mənəvi ziyan da maddi ziyanla bilavasitə bağlı olduğundan şəxsə mənəvi ziyanın vurulması da qaçılmazdır. Belə ki, həqiqətən də cavabdehin qeyri-hüquqi hərəkəti iddiaçının şüurunda hər hansı sarsıntılara səbəb ola bilər və iddia ərizəsində artıq o hala toxunulması iddiaçının hazırda da hüquqa zidd hərəkətlərdən mənəvi əzab çəkməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Ancaq iddiaçının cavabdehin bu hüquqa ziddi hərəkətləri nəticəsində səhhətində hər hansı dəyişikliyə məru z qalmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə mənəvi ziyanı 500 manat həddində müəyyən etməyi məqsədə müvafiq hesab etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-8/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2021-ci il tarixli, 9/5835 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiq edilən 2008-ci il buraxılışlı “Mercedes GLK 350 minik” markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobilin 18 sentyabr 2017-ci ıl tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 6914 manat müəyyən edilir. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, M.Hüseynov və G.Abbasov) 16 mart 2021-ci il tarixli 2(107)-207/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-8/2020 saylı qətnaməsi Cavabdeh tutulmalı olan maddi ziyan məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 6914 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına düzgün hüquqi qiymət versə də, iddiaçıya vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-207/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi ziyan məbləği 6914 (altı min d oqquz yüz on dörd) manat müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyinə əsaslanmışdır. Lakin həmin rəydə dəymiş maddi ziyanın məbləği düzgün müəyyən edilməmişdir və əslində real olaraq dəymiş maddi ziyanın məbləği məhkəmənin qətnaməsində göstərilən məbləğdən xeyli aşağıdır. İddiaçıya məxsus “Mercedes” markalı avtomobilin arxa yük qapısı əzilmiş, arxa yük qapısının şüşəsi sınmış, bamper əzilmişdir. Bu detalların real bazar qiyməti ən çoxu 4000 (dörd min) manat ola bilər. Belə olan halda, məhkəmənin qətnaməsi ilə dəymiş maddi ziyanın 6914 (altı min doqquz yüz on dörd) manat müəyyən edilməsi qanunsuz və əsassızdır. İş məhkəmədə araşdırılarkən bu məbləğin dəymiş real ziyanda çox olduğunu bildirmiş və məhkəmədən işin təkrar ekspertiza ya göndərilməsini xahiş etmiş lakin məhkəmə buna əhəmiyyət verməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İş üzrə digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki M əcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Ma ddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu ş ərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arası nda ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəl i hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində iddiaçının avtomobilinə dəymiş ziyanın düzgün hesablanmadığı və iş üzrə alınmış ekspert rəyinin yanlış olduğunu, iş üzrə təkrar ekspertiza keçirilməli olduğunu qeyd etmişdir. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan məbləğ müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məc əllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf vurulmuş ziyanın daha az məbləğdə olması və ekspert rəyinin düzgün olmaması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Buna görə də, iş üzrə təkrara ekspertiza keçirilməsinə də əsaslar mövcud olmamışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-207/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar