Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-578/2022 14.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, müdafiəçisi Vəkil, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SSRİ-nin 50 illiyi adına sovxoz-zavodun 20 fevral 1990-cı il tarixli 119 nömrəli əmrinə əsasən X3 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 torpaq sahəsindən Cavabdeh1 çıxarılması, Cavabdeh1 tərəfindən onlara məxsus torpaq sahələrinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh2 barəsində müstəqil tələb rəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsini, SSRİ-nin 50 illiyi adına sovxoz-zavodun 20 fevral 1990-cı il tarixli, 119 nömrəli əmrinə əsasən mərhum X3 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha torpaq sahəsinə cavabdeh X10 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması (həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmasına yaradılmış maneələrin aradan qaldırılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdı ki, o, Quba rayonu, Zərdabi kəndində yaşayır. 1989cu ildə X11 ilə nikahlarını rəsmiləşdirərək ailə qurublar. Birgə nikahdan üç övladı var. Həmin uşaqlardan ikisi X8 və X14 ikinci qrup əlildir. X3 Nazirlər Sovetinin 09 fevral 1990-cı il tarixli 55 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi verilmişdir. Daha sonra 20 iyul 1990-cı il tarixli 119 nömrəli Aktla 0,06 ha torpaq sahəsi X3 təhkim edilmişdir. Onlar həmin torpaq sahəsini istifadə ediblər. Yoldaşı X1 olduğu zaman qaynı gəlib ona deyib ki, torpağı ona versin, orda ev tiksin qalsın. O özü üçün yer alıb, ev tikib çıxar, yaşamağa yeri yoxdur. O da qaynına yazığı gəldiyi, başqa yerdə yaşamağa yeri olmadığı, valideynləri onu evə qoymadığı üçün torpaq sahəsini müvəqqəti yaşamağa ona verib. X4 9 dekabr 2004-cü il tarixində vəfat edib. Bundan sonra o iki əlil uşağı olmaqla üç uşağıyla çox köməksiz və imkansız vəziyyətdə yaşayıb. Hətta o dərəcədə imkansızdır ki, uşaqlarının müalicəsini belə illərdir edə bilmir. Həkimlərin göstərişinə əsasən uşaqlarının yaşaması üçün onları mütləq müailəcə etməlidir. Başqa yerdən pul qazana bilmədiyi, əri də vəfat etdiyi üçün ərinin adına olan torpaq sahəsini satmaq qərarına gəlib. Bu məqsədlə o həmin torpaq sahəsinə dair X4nun adına dövlət reyestrindən qeydiyyata aldırmaq üçün müraciət edib. Torpaq sahəsinin koordinantları vurulan zaman məlum olub ki, ərinə məxsus, istifadə etdiyi və hazırda qaynı Rasim Abdulrəhamanovun çıxmaq istəmədiyi torpaq sahəsi 5 saylı Ərazi İdarəsinin elektron məlumatlarında həmkəndlisi Cavabdeh2 və ailə üzvlərinə məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-678A KOD 30316018 saylı şəhadətnamənin koordinantları ilə üst-üstə düşür. Bu barədə Cavabdeh2 bildirdikdə o, şəhadətnaməyə əsasən tamamilə başqa bir torpaq sahəsinin istifadə etdiyini, həmin torpaq sahəsində ev tikdiyini, hazırkı torpaq sahəsinə heç bir iddiasının olmadığını və onun adına çıxarış verilməsinə etriaz etmədiyini bildirib. Onların kəndində torpaq sahələrinin elektron bazada olan koordinantları ilə faktiki yerində olan uyğunsuzluğun səbəbi kənddə bir neçə dəfə gedən aqrar islahat zamanı yerdəyişləmələr olmuşdur. Bundan sonra idarənin mütəxəsisləri çıxarış vermək üçün yeri ölçəndə qaynı Cavabdeh1 torpaq sahəsindən çıxmadığı, mübahisə yaratdığı üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 oktyabr 2020ci il tarixli məktubu ilə torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan müayinə işlərinin aparılmasının mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmaması bildirilmiş və ona çıxarış verməkdən imtina məktubu verilmişdir. Hazırda Cavabdeh1 mərhum X3 məxsus torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehə torpaq sahəsindən çıxmasını bildirsə də, o buna əməl etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh2 barəsində müstəqil tələb rəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsini, SSRi-nin 50 illiyi adına sovxoz-zavodun 20 fevral 1990-cı il tarixli, 119 nömrəli əmrinə əsasən mərhum X3 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha torpaq sahəsinə cavabdeh X10 tərəfindən mülkiyyət hüququmun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması (həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmasına yaradılmış maneələrin aradan qaldırılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddanı qəbul etməyərək, bildirdi ki, işlədiyi müddətdə ona dövlət tərəfindən torpaq sahəsi verilməsinə baxmayaraq, o həmin torpaq sahəsinə mülkiyyət sənədi almamışdır. Yoldaşı xərçəng xəstəsi olduğu üçün başı onun müalicələrinə, aparılıb-gətirilməsinə qarışıb, yerin sənədini düzəltdirməyə maddi imkanı olmayıb. Buna baxmayaraq həmin torpaq sahəsində 28 ildir ev tikib, orda yaşayır, işıq, qaz və digər kommunal xərcləri ödəyir. Bu yaxınlarda ona məlum olub ki, ev tikdiyi torpaq sahəsi həmkəndlisi Cavabdeh2 məxsusdur. Torpaq sahəsində DƏDRX mütəxəssilərinin gəlib ölçü işlərinin aparılmasına heç bir maneə yaratmır, lakin həmin torpaq sahəsinin S. Abdulrəhmanovaya qaytarılmasına etiraz edir və iddianı bu hissədə rədd edilməsini xahiş edir. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi X15 iddianı qəbul edərək bildirdi ki, onlara məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-678A KOD 30316018 saylı şəhadətnamənin koordinantları Xaçmaz Ərazi İdarəsinin elektron Məlumatlarına əsasən İddiaçı uzun müddət yaşadığı və istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Onların istifadə etdiyi torpaq sahəsi isə tamamilə başqa yerdə yerləşir. İddianın təmin olunmasına heç bir etirazları yoxdur. Məhkəmə İddiaçı, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi X13 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan həyətyanı torpaq sahəsinin verilməsinə aid 1990-cı il tarixli Aktdan məlum olur ki, SSRİ-nin 50 illiyi adına sovxoz-zavodun 20 fevral 1990-cı il tarixli 119 nömrəli əmrinə əsasən X7 fərdi yaşayış evinin tikintisi üçün 0,06 torpaq sahəsi verilmişdir. İşdə olan Az-İ 114520 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 52 nömrə ilə qeyd edilib. İşdə olan Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisininxx.xx.2021-ci il tarixli 80 nömrəli səlahiyyətli orqanlara sorğu məktubundan məlum olur ki, İddiaçı, X8, X14, X22 ərizəsinə və xx.xx.2020-ci il tarixli 8V-370 nömrəli vərəsəlik işinə əsasən, İddiaçı, X8, X14, X26 xx.xx.2004cü il tarixdə vəfat etmiş X6 vərəsələr kimi tanınmışdır və miras qoyana məxsus əmlak barəsində məlumat verilməsi xahiş olunub. İşdə olan AZ-İ 114520 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 52 nömrə ilə qeyd edilib. AZ-İİ 243225 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 ilə İddiaçı arasında xx.xx.1986-cı il tarixdə Quba rayon Zərdabi kənd XDS-də nikah bağlanmış və 10 nömrə ilə qeyd edilmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-678A KOD 30316018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli 115 saylı qərarı ilə Quba rayonu, Zərdabi kəndi ərazisindən fərdi ev tikintisi məqsədilə 0.06 ha torpaq sahəsi Quba rayonu, Zərdabi kənd sakini Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilib. İşdə olan Cavabdeh2 tərəfindən tərtib edilmiş, notarial qaydada təsdiq olunmuş, ərizədən məlum olur ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-678A KOD 30316018 saylı şəhadətnamənin yerləşmə sxemi Xaçmaz Əİ-nin elektron Məlumatlarına əsasən İddiaçı uzun müddət yaşadığı və istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Onların istifadə etdiyi torpaq sahəsi isə tamamilə başqa yerdə yerləşir. Ona görə də JN-678A KOD 30316018 saylı şəhadətnamədə yerləşən torpaq sahəsinə İddiaçı adına DƏDRX-dən çıxarışın alınmasına heç bir etirazları yoxdur. AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Quba rayonu, Zərdabi kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1017 arxiv çıxarışından görünür ki, SSRİ-nin 50 illiyi adına sovxoz-zavodun 20 fevral 1990-cı il tarixli 119 nömrəli əmrinə əsasən X7 fərdi yaşayış evinin tikintisi üçün 0,06 torpaq sahəsinin verilməsi qeyd olunub. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus olmayan torpaq sahəsini qeyri-qanuni yol ilə zəbt etməklə hazırda həmin torpaq sahəsinin mülkiyyətçisinə qarşı. qanunsuz müdaxiləsi nəticəsində cavabdeh mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli və SSRİ-nin 50 illiyi adına sovxoz-zavodun 20 fevral 1990-cı il tarixli, 119 nömrəli əmrinə əsasən İddiaçı mərhum X3 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha torpaq sahəsinə, Cavabdeh1 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsində və həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmasına yaranmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. SSRİ-nin 50 illiyi adına sovxoz-zavodun 20 fevral 1990-cı il tarixli, 119 nömrəli əmrinə əsasən İddiaçı mərhum X3 məxsus fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha torpaq sahəsinə, Cavabdeh1 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsində və həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmasına yaranmış maneələr aradan qaldırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-578/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-578/2022
14.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver