Məhkəmə qərarları › İş №2(027)-583/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-583/2020

14.09.2020 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-583/2020 14.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı qızı – X1 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə Quba rayonu, Aşağı-Xuc kəndində anadan olmuş qızı – X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi bildirdi ki, o, 1989-cu ildə X4 ilə ailə qurmuş, birgə nikahlarından xx.xx.1992-ci təvəllüdlü qızı X5 dünyaya gəlmişdir. Qızı kiçik yalarından iflic olmuş, oligefreniya kəskin debillik xəstəliyi diaqnozu qoyulmuşdur. Qızı İ qrup əlildir, xəstəliyi ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Qızı faktiki olaraq onun himayəsində yaşayır, ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən müxtəlif dövlət orqanlarında öz adndan hərəkət edərək hüquqmüəyyənedici sənədlər əldə edə və ya onları imzalaya bilmir, imzası notariat orqanında qəbul edilmir. Ona görə də qızı X1 fəaliyyət qabiliyyətinin olmaması barədə qətnamə verilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, X5 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Anası Ərizəçi, atası isə X3r. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi Quba rayonun Çartəpə kəndində yaşayır, qeydiyyatdadır və himayəsində İ qrup əlil X5 vardır. İş materiallarında olan TSEK-də müayinə aktından çıxarışdan görünür ki, komissiya tərəfindən X1 İ qrup əlil olması öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin xx.xx.2020-ci il tarixli, 1166 saylı rəyindən görünür ki, X2 uşaq serebral iflici ilə şərtləndirilmiş kəskin debillik dərəcəsində oliqofreniya aşkar olunur. Bunu anamnestik məlumatlar - anadan olandan kobud nevroloji əlamətlərin qeyd olunması, psixofiziki inkişafda geri qalması, özünə qulluq edə bilməməsi, "Olioqfreniya, kəskin debillik, USİ. Sağ tərəfli hemiparez” diaqnozu ilə İ qrup əlil hesab edilməsi sübut edir.Qeyd edilməlidir ki, M.Ə.Əlifovada müəyyən edilən oliqofreniya (anadangəlmə əqli gerilik) yaddaş və intellekt funksiyalarının kifayət dərəcədə inkişaf etməməsi ilə xarakterizə olunur və sabit xarakter daşıyır, yəni müalicə nəticəsində həmin pozuntuların yaxşılaşma ehtimalı qeyd olunmur. Qeyd edilənlərə əsasən, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, ona görə də öz psixi vəziyyətinə görən tam fəaliyyət qabiliyyətli olmayan şəxs kimi hesab edilməlidir. X1 onda müəyyən edilənuşaq serebral iflici ilə şərtləndirilmiş kəskin debillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni qızı – X1 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X5 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1992-ci ildə Quba rayonu, Aşağı-Xuc kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar