Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-589/2022 18.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz’ Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı, 27.12.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********43-10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında o, İddiaçı məxsus Quba şəhəri, M.Qorki küçəsi 23 saylı ünvanda yerləşən yaşayış evindən cavabdehlər Cavabdeh2 Əjdər oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Mayıl qızının istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Talıbova Ülviyyə Mayıl qızı, X3, Novruzov Əjdər Mayıl oğlu və Cavabdeh4 mülkiyyət hüququ əsasında ona məxsus Quba şəhəri, M.Qorki küçəsi 23 saylı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Quba şəhəri, M.Qorki küçəsi 23 saylı ünvanda yerləşən yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı, 27.12.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43- 10301 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında o, İddiaçı məxsusdur. Cavabdehlərdən Cavabdeh2 onun qardaşı, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 isə onun övladlarıdır. Onlar mülkiyyət hüququ əsasında ona məxsus Quba şəhəri, M.Qorki küçəsi 23 saylı ünvanda yerləşən yaşayış evində pasport qeydiyyatındadırlar. Cavabdehlər ona məxsus yaşayış evində pasport qeydiyyatında olsalar da, yaşayış evi ilə cavabdehlərin heç bir əlaqələri yoxdur və olmamışdır. Belə ki, cavabdehlərin daimi başqa yaşayış yerləri vardır. Cavabdehlər bir gün də olsa ona məxsus yaşayış evində yaşamamışlar. Onlar mənə məxsus yaşayış evində formal olaraq pasport qeydiyyatındadırlar. Cavabdehlər Cavabdeh2 onun qardaşı, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 könüllü olaraq yaşayış evimdən pasport qeydiyyatından çıxmadıqları üçün qanunvericiliyin tələbinə əsasən onların yaşayış evimdə istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh2 onun qardaşı, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ona məxsus yaşayış evində pasport qeydiyyatında olduqları üçün o, öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, həmin yaşayış evi bablarına məxsus olmuş və babalarından atalarına qalmış, ona görə də həmin yaşayış evində qeydiyyatda olmuş, sonralar da ailə həyatı qurduğundan digər cavabdehlər də ailə üzvləri olmaqla həmin yaşayış evinə qeydiyyata düşmüşlər. Lakin 15 ildir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, həmin evdə heç bir əşyaları qalmamış, qeydiyyata düşməyə başqa evi yoxdur. Qaradşının onu məhkəməyə verməsi ilə razılaşmır, iddianın təmin olunmasına etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba şəhəri, İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 12.01.2022 -ci il tarixli 104 saylı arayışından görünür ki, İddiaçı oğlu ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, reyestr nömrəsi **********43-10301 olan, ********** qeydiyyat nömrəli 27.12.2018-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 4 saylı fərdi yaşayış evi 19 №li reyestr kitabının 69 №li vərəqində 27.02.2013-cü il tarixdə fərdi yaşayış evi tam мцлкиййят щцгугу цзря İddiaçı oğlunun адына daшыnmaz яmlakыn dюvlяt reyestrindя 51 nюmrяli reyestr kitabыnыn 62 nюmrяli vяrяqindя qeydiyyata alыnmышdыr. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 12.01.2022-ci il tarixli, ******* №li arayışdan görünür ki, ünvan 4 saylı fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, X1, Cavabdeh4 və Novruzova Aida Oqtay qızı qeydiyyatdadırlar. Məhkəmə tərəfindən müəyyyən edildi ki, ünvan 4 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Keçmiş mülkiyyətçilər, yəni cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamırlar və onlar daimi yaşamaq üçün başqa ünvanlara köçmüşlər. Cavabdehlər Cavabdeh1 Mayıl qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 4 ünvanında qeydiyyatda qalmaları iddiaçının həmin evə mükiyyət hüquqlarını pozur. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri 2001-ci il tarixədək yarandığından, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə istifadə hüququ altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Quba şəhəri, M.Qorki küçəsi, 23 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan, həmin evdə faktiki yaşamayan cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə işin mübahisəsiz qəbul edilmiş hallarından biri cavabdehlərin iddiaçıya məxsus mənzilə 2000-ci ildən əvvəl həmin yaşayış evində yaşamağa başlaması faktıdır. Həmçinin, işin hallarından göründüyü kimi, Cavabdeh2 məhkəmə iclasında özünün də qeyd etdiyi kimi, 15 ildən artıqdır ki, mübahisə predmeti olan yaşayış evində yaşamamış, başqa mənzildə yaşamaqla mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər Talıbova Ülviyyə Mayıl qızı, X3, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus Quba şəhəri, M.Qorki küçəsi 23 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. “İnsan hüququnın və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Talıbova Ülviyyə Mayıl qızı, X3, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus Quba şəhəri, M.Qorki küçəsi 23 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-589/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-589/2022
18.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver