Məhkəmə qərarları › İş №2(027)-59/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-59/2023

30.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-59/2023 30.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdehlər Səfixanova (Osmanova) Əzizə Şahməmməd qızının, Mahmudova (Osmanova) Xəyalə Şahməmməd qızının, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə İddiaçı cavabdehlər Səfixanova (Osmanova) Əzizə Şahməmməd qızı, Cavabdeh2, Mahmudova (Osmanova) Xəyalə Şahməmməd qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsindən payının naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Səfixanova (Osmanova) Əzizə Şahməmməd qızı, Cavabdeh2, Mahmudova (Osmanova) Xəyalə Şahməmməd qızı, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsindən payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktına əsasən 2,96 ha torpaq sahəsindən Quba rayon Notariat Kontorunda bağlanmış 29 mart 2006-cı il tarixli 4-ə-695 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən aldığı 0,60 ha hissəsini Torpağa Mülkiyyət Hüuquna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktında planşet 144 nömrə ilə işarələnmiş1,80 ha torpaq sahəsindən qonşu 38 nömrə ilə işarələnmiş X2 məxsus torpaq sahəsi tərəfdən, yəni döngə nöqtələri 31014, 31015, 6923, 6922, 6905, 6904 olan hissəsindən naturada verilməsi barədə qətnamə çıxaralımasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktına əsasən X3, Cavabdeh5 Sədir qızı, Cavabdeh4, X6, Cavabdeh2, X4 Quba rayonu Qımılqışlaq kəndi ərazisindən kənd təsərrüfatı məsulları istehsalı üçün 2,90 ha torpaq sahəsi verilmişdir. Quba rayon Notariat Kontorunda bağlanmış 29 mart 2006-cı il tarixli 4-Ə-695 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0,60 ha hissəsini almışdır. Bundan sonra o, 2,90 ha torpaq sahəsi alqı-satqı müqaviləsi ilə aldığı 0,60 ha torpaq sahəsində meyvə ağacları əkmişdir. Həmin vaxtdan istifadə edir. Aldığı 0,60 ha torpaq sahəsinin naturada ayrılmasını istəmiş, lakin Torpağa Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktında torpaq mülkiyyətçilərindən olan Cavabdeh2 torpaq sahəsinin ayrılmasına etiraz etmişdir. O, dəfələrlə cavabdehlərə ona düşən torpaq payının naturada ayrılıb ona verilməsini xahiş etsə də, cavabdehlər buna əməl etmirlər. Həmin torpaq sahəsindən ona məxsus hissəindən istifadə edərək gəlir qazanırlar. Ona özünə məxsus payı ala bilmir. Ona görə də, Quba rayon Notariat Kontorunda bağlanmış 29 mart 2006-cı il tarixli 4-Ə-695 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən aldığı 0.60 ha torpaq sahəsinin naturada ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Səfixanova (Osmanova) Əzizə Şahməmməd qızı, Mahmudova (Osmanova) Xəyalə Şahməmməd qızı, Cavabdeh4 və Cavabdeh5 iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktına əsasən X3, Cavabdeh5 Sədir qızı, Cavabdeh4, X6, Cavabdeh2, X4 Quba rayonu Qımılqışlaq kəndi ərazisindən kənd təsərrüfatı məsulları istehsalı üçün 2,90 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 231276 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 29 mart 2006-cı il tarixdə reyestrdə 4-ə-695 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X5, Cavabdeh5, Cavabdeh4, X6, Cavabdeh2, X1 rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 22 dekabr tarixli 17 nömrəli qərarı ilə verilmiş JN:144 KOD 30313068 №li dövlət aktına əsasən Quba rayonu, Qımıl- Qışlaq kəndində yerləşən 0,60 hektar torpaq sahəsini İddiaçı satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********16 nömrəli vəkilin sorğusuna cavab məktubundan görünür ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlərin əsilləri (Quba rayon dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli 4-Ə-695 reyestr nömrəli alqı-satqı müqaviləsi, torpaq sahəsinin notariat qaydada tərəflər arasında razılaşdırılmış bölgü sxemi) hüquq və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacağı bildirilmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının 24 iyun 2023-cü il tarixli, 10/4230 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, torpağın Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktının mübahisə predmeti olan Dövlət Aktında göstərilmiş 144 hissəsinə əsasən 1.80 ha torpaq sahəsinin sxemində qeyd edilmiş 31014, 31015, 6923, 6922, 6905, 6904 döngə nöqtələri tərəfdən 0.60 ha hissəsinin bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, JN-144 KOD 30313068 nömrəli Dövlət Aktına əsasən X3, Cavabdeh5 Sədir qızı, Cavabdeh4, X6, Cavabdeh2, X4 Quba rayonu Qımılqışlaq kəndi ərazisindən kənd təsərrüfatı məsulları istehsalı üçün 2,90 ha torpaq sahəsi verilmiş, 29 mart 2006-cı il tarixdə reyestrdə 4-ə-695 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən X5, Cavabdeh5, Cavabdeh4, X6, Cavabdeh2, X1 rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 22 dekabr tarixli 17 nömrəli qərarı ilə verilmiş JN:144 KOD 30313068 №li dövlət aktına əsasən Quba rayonu, Qımıl- Qışlaq kəndində yerləşən 0,60 hektar torpaq sahəsini İddiaçı satmışlar. İddiaçı aldığı 0,60 ha torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin xx.xx.2022-ci il tarixli **********16 məktubunda hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlərin əsilləri (Quba rayon dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli 4-Ə-695 reyestr nömrəli alqı-satqı müqaviləsi, torpaq sahəsinin notariat qaydada tərəflər arasında razılaşdırılmış bölgü sxemi) hüquq və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacağı bildirilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, Quba rayonu, Qımıl-Qışlaq kəndi ərazisində 2,90 ha kənd təsərrüfatı torpaq sahəsindən aldığı 0,60 ha torpaq sahəsinin naturada bölünməsi tələbini qoymuşdur. İşin materiallarında olan mütəxəssis rəyinə əsasən torpağın Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktının mübahisə predmeti olan Dövlət Aktında göstərilmiş 144 hissəsinə əsasən 1.80 ha torpaq sahəsinin sxemində qeyd edilmiş 31014, 31015, 6923, 6922, 6905, 6904 döngə nöqtələri tərəfdən 0.60 ha hissəsinin bölünməsi mümkün hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Torpağa Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktına əsasən 2,96 ha torpaq sahəsindən Quba rayon Notariat Kontorunda bağlanmış 29 mart 2006-cı il tarixli, 4ə-695 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən aldığı 0,60 ha hissəsi Torpağa Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktında göstərilmiş 144 nömrə ilə işarələnmiş 1,80 ha torpaq sahəsinin sxemində qeyd edilmiş 31014, 31015, 6923, 6922, 6905, 6904 döngə nöqtələri tərəfdən bölünərək naturada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktına əsasən 2,96 ha torpaq sahəsindən Quba rayon Notariat Kontorunda bağlanmış 29 mart 2006-cı il tarixli, 4-ə-695 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən aldığı 0,60 ha hissəsi Torpağa Mülkiyyət Hüuquna Dair JN-144 KOD 30313068 nömrəli Dövlət Aktında göstərilmiş 144 nömrə ilə işarələnmiş 1,80 ha torpaq sahəsinin sxemində qeyd edilmiş 31014, 31015, 6923, 6922, 6905, 6904 döngə nöqtələri tərəfdən bölünərək naturada ayrılsın və İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar