Məhkəmə qərarları › İş №2(027)-593/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-593/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-593/2025 04.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Ərizəçi Niyyət qızının maraqlı tərəf Quba regional Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Niyyət qızı ərizə ilə məhkəməyə müraciət edərək, Məhrum ərim X2 miras qalmış hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli arayışa əsasən Quba rayonu, Əlməmmədoba kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin miras qoyan X3 ölümündən sonra mənim, yəni Ərizəçi tərəfindən qəbul etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi Niyyət qızı X6 ilə 29 mart 2008-ci ildə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından övladları olmamışdır. Həyat yoldaşı X6 12 mart 2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdiyi günə qədər və vəfat etdikdən sonra da o, mərhum əri X4 məxsus fərdi yaşayış evində yaşamaqda davam etməklə, ona məxsus torpaq sahəsini və digər miras əmlakları istifadə edərək miras əmlakı faktiki qəbul etmişdir. Bununla bağlı icra nümayəndəliyinin arayışını da ərizəsinə əlavə edir. X12 ölən günə kimi o, baxmış, onun bütün dəfn və yas mərasimlərinin xərcini özü çəkmişdir. Qanunu bilmədiyindən ərinin vəfatından 6 ay ərzində notariat ofisinə ərizə ilə müraciət etməmişdir. Lakin miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. X11 “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisinə müraciət edərək miras əmlakın qəbulu ilə bağlı iradə ifadəsini ərizə ilə bəyan etmişdir. Maraqlı şəxs olan Quba Regional “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisi də ona mərhum əri X3 qanun üzrə vərəsələri sırasına daxil olmağı ilə bağlı məktub vermişdir. Bundan sonra o, mərhum əri X2 miras qalmış Quba rayonu, Əlməmmədoba kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə dair sənədləri daşınmaz əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək xx.xx.2024- cü il tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüşə şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış almışdır. Qeyd edilən arayışı aldıqdan sonra yenidən notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etdikdə isə mənə imtina cavabı verilərək mirasın qəbulu müddətini ötürməyi və mirasa faktiki sahiblik etməyim barədə sübutlar təqdim etmədiyi əsas gətirilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Hal-hazırda qanunvericilik şəxsin vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməli olduğunu tələb edir. Onun mərhum ərindən miras qalmış əmlakı faktiki qəbul etməyinin ən bariz sübutu hal-hazırda da mərhum ərinə məxsus fərdi yaşayış evində yaşamağım və həmin təsərrüfatı idarə etməyindir. Göründüyü kimi vərəsə kimi o, mərhum ərindən miras qalmış əmlakları fakiki qəbul edərək idarə edir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ona vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımdır. Bu faktı başqa qaydada təsdiq etdirə bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ərizəçi Niyyət qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Quba regional Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə məktub göndərərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********15 reyestr nömrəli Çıxarışdan görünür ki, Quba rayonu, Əlməmmədova kəndində yerləşən 0.08 ha torpaq sahəsi X3 mülkiyyətindədir; AZ-İİ 180966 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyinin 05 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Niyyət qızı mərhum əri X3 vəfatından sonra ona məxsus təsərrüfata baxıb və həmin təsərrüfatı idarə etmişdir. Quba regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Niyyət qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələri sırasına daxildir. AZ-İ 383805 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Niyyət qızı ilə X6 arasında nikah xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. Quba regional Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 02 dekabr 2024-cü il tarixli 4999 saylı Ərizəçi Niyyət qızına ünvanlanan məktubundan görünür ki, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 46-cı maddəsinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, Beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi qüvvəyə malikdir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, yaşayış və qeyriyaşayış sahəsinə, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X8rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəməyə müraciət etməyibsə, deməli, faktiki olaraq ərizəçinin həmin tikintiyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə, susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək, ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. İşdəki sübutlar əsasında müəyyən olunur ki, Quba rayonu, Əlməmmədova kəndində yerləşən Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********15 reyestr nömrəli Çıxarışa əsasən 0.08 ha torpaq sahəsi X4 məxsus olmuş, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X1 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi onun mirası sayılmalıdır. X3 ölümündən sonra ondan miras qalmış, 0,08 ha torpaq sahəsini Ərizəçi Niyyət qızı faktiki idarə etməklə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən miras miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşərsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının və həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması xüsusi icraat qaydasında məhkəmə tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalı, Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********15 reyestr nömrəli Çıxarış ilə mərhum X4 verilmiş Quba rayonu, Əlməmmədova kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair mirası Ərizəçi Niyyət qızının qəbul etməsi faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********15 reyestr nömrəli Çıxarış ilə mərhum X4 verilmiş Quba rayonu, Əlməmmədova kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair mirası Ərizəçi Niyyət qızının qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar