Məhkəmə qərarları › İş №2(027)-60/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-60/2022

29.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-60/2022 29.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X22 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Vəfail qızı, X12, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsindən payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə verilməsinə dair JN- 226A, kod 30315018 Şəhadətnaməyə əsasən 0.25 ha torpaq sahəsi, Torpağa Mülkiyyət Hüququna dair JN-249 KOD 30301004 Dövlət Aktına əsasən 2.93 ha torpaq sahəsindən ona düşən payın müəyyən edilərək naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbibnin dəqiqləşdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-249 KOD 30301004 Dövlət Aktına əsasən 2.93 ha torpaq sahəsindən ona düşən payın müəyyən edilərək naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X19 ərizəni müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarı ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-226A KOD 30315018 nömrəli şəhadətnaməyə əsasən ona və qohumlarına babası X3, nənəsi X4, onların övladları Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Quba rayonu Zərqava kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.25 ha torpaq sahəsi və Torpağa Mülkiyyət Hüqıiquna dair JN- 249 KOD 30315018 nömrəli Dövlət Aktına əsasən babası X3, nənəsi X4, dayısı Cavabdeh5 və onun ailə üzvləri Cavabdeh6 Əhməd qızına, Cavabdeh1 Quba rayonu Zərqava kəndi ərazisindən kənd təsərrüfatı mallarının istehsalı üçün 2.93 ha torpaq sahəsi verilmişdir. O, dəfələrlə cavabdehlərə ona düşən torpaq payının naturada ayrılıb ona verilməsini xahiş etsə də, cavabdehlər ona torpaq sahəsi düşmədiyini, ona görə ona torpaq sahəsi verilmədiyini bildirmişlər. O, dövlət tərəfindən verilmiş payı ala bilmir. Onlar həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək gəlir qazanırlar. Özünə məxsus torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edərək o da qazanc əldə etmək istəyir, ona görə də torpaq sahələrindən payının ayrılıb ona verilməsi üçün məhkəməyə müraçiət etmək qərarına gələrək, Torpağa Mülkiyyət Hüququna dair JN-249 KOD 30301004 Dövlət Aktına əsasən 2.93 ha torpaq sahəsindən ona düşən payın müəyyən edilərək naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman cavabdeh X2 iddianın ona aid hissədə qismən qəbul edərək, Quba rayonu Zərqava kəndi ərazisindən kənd təsərrüfatı mallarının istehsalı üçün 2.93 ha torpaq sahəsindən N. Məmmədovaya aid olan hissənin ayrılıb verilməsinə etiraz etmir, lakin həmin torpaq sahəsi ona verilərkən ondan aldığı 800 manat pulunu da qaytarılmasını xahiş edir. Lakin şəhadətnaməyə əsasən Quba rayonu Zərqava kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.25 ha torpaq sahəsindən ona pay düşmür və həmin torpaqdan ona pay verilməsi tələbini qəbul etmir. Məhkəmədə iştirak edən zaman Cavabdeh5 iddianın qismən qəbul edirək bildirdi ki, ddövlət aktına əsasən torpaq sahəsinə görə oğlu V.Şıxəliyev N. Məmmədovaya 800 manat pul verib. Həmin torpaq sahəsindən ona düşən payı ayrılıb verilərkən 800 manat pulun qaytarılmasını tələb edir. Həyətyanı torpaq sahəsinə gəldikdə isə N. Məmmədovanın orda payı yoxdur, həmin torpaq sahəsi ona valideynlərindən miras qalıb. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 Vəfail qızı, X12 və Cavabdeh6 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməylərinin üzrlü səbəbləri barədə məlumat verməmişdilər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X13 dinləyib, cavabdehlər X2 və Cavabdeh5 izahatlarına bir daha nəzər yetirib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-249, kod 30315018 Dövlət Aktının surətindən görünür ki, Quba rayonu AİK-nın 15.08.1997-ci il tarixli, 08 saylı qərarı ilə Quba rayonu Zərqava kəndi ərazisindən kənd təsərrüfatı mallarının istehsalı üçün 2.93 ha torpaq sahəsi Quba rayonu Zərqava kənd sakinləri Şıxəliyev Nizam Qədiməli oğlu və onun ailə üzvləri- X6, X7, Cavabdeh5, X8, X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-226A, kod 30315018 Şəhadətnaməyə əsasən Quba rayonu AİK-nın 15.08.1997-ci il tarixli, 08 saylı qərarı ilə fərdi ev tikilməsi məqsədilə 0.25 ha torpaq sahəsi Quba rayonu Zərqava kənd sakinləri Şıxəliyev Nizam Qədiməli oğlu və onun ailə üzvləri- X6, X7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.03.2022-ci il tarixli 10/5958 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiat İdarəsinin 16.09.2021-ci il tarixli arayışına əsasənqeyd olunan torpaq sahəsi payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan tərəflər arasında naturada bölünməsi mümkün deyildir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Quba rayonu Zərqava kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Torpağa Mülkiyyət Hüququna dair JN-249, kod 30315018 Dövlət Aktına əsasən Quba rayonu AİK-nın 15.08.1997-ci il tarixli, 08 saylı qərarı ilə Quba rayonu Zərqava kəndi ərazisindən kənd təsərrüfatı mallarının istehsalı üçün 2.93 ha torpaq sahəsi Quba rayonu Zərqava kənd sakinləri Şıxəliyev Nizam Qədiməli oğlu və onun ailə üzvləri- X6, X7, Cavabdeh5, X8, X1 mülkiyyətinə verilib. İddiaçı Torpağa Mülkiyyət Hüququna dair JN-249 KOD 30301004 Dövlət Aktına əsasən 2.93 ha torpaq sahəsindən ona düşən payın müəyyən edilərək naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan tərəflər arasında naturada bölünməsi mümkün olmadığı qeyd edilmişdir. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Vəfail qızı, X12, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsindən payın ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Vəfail qızı, X12, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsindən payın ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar