Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-608/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X11 uşaqları xx.xx.2015-ci il təvəllüdlü X29 və xx.xx.2019-cu il təvəllüdlü X30 ilə birlikdə Quba rayonu, Küpçal kəndində yerləşən mərhum anası X5 məxsus yaşayış evindən çıxarılaraq, yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı X31 ilə xx.xx.2014-cü il tarixdə el-adəti üzrə ailə qurmuş, nikahlarını 27 may 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə övladları xx.xx.2015-ci il təvəllüdlü X29 və xx.xx.2019-cu il təvəllüdlü X30 doğulmuşlar. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan pisləşmişdir. Cavabdehlə bir ailədə yaşamaq mümkün olmadığından, Quba rayon məhkəməsinin 2(027)-400/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X32 ilə X21 arasında xx.xx.2019-cu il tarixdə X55 Xidmət mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış 0319 nömrəli nikah qeydi pozulmuş, birgə yaşadıqları dövründə doğulmuş övladları Cavabdeh himayəsində saxlanılmışdır. Cavabdeh ailə qurarkən Quba rayonu, Küpçal kəndi ərazisində yerləşən anası X3 adına olan yaşayış evinə gəlin gəlmiş, lakin qardaşı Rəmzi Ramazanov ilə aralarında olan nikah pozulsa da, Ruhanə hal-hazırda da həmin evdə yaşayır. Cavabdehlə bir ailədə yaşamaq qeyri mümkündür. Belə ki, cavabdeh evdə daima mübahisə və münaqişə yaradır, söyüb təhqir edir, evdə olan əşyaları qırır. Cavabdehlə bir evdə yaşamaq qeyri mümkün olduğundan o, Bakı şəhərində yaşayır, qardaşı isə evdən çıxaraq, kirayədə yaşayırlar. Ruhanə qonşusu X12 ilə xx.xx.2022-ci il tarixdə mübahisə yaratmış, mübahisə zəminində A.Ramazanovaya və əri X8 məxsus yaşayış evinin pəncərələrini daşla vurub qırmaqla yararsız hala salmış, maddi ziyan vurmuşdur. Bunula bağlı Quba rayon məhkəməsinin 3(027)-312/2022 saylı xx.xx.2022-ci 11 tarixli qərarı ilə X21 AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 28 manat ziyanın 1 misli miqdarında inzibati qaydada cərimə edilmişdir. Bundan başqa X21 digər qonşuları X14 ilə 01 mart 2022-ci il tarixdə mübahisə edərək, R.Abdulovu döymüş və ona başın ənsə nahiyyəsindən xəsarət yetirmişdir. Belə ki, Cavabdeh evdə onlarla, eləcə də, qonşularla bilərəkdən mübahisə və münaqişə yaradır, qəsdən mübahisə etdiyi şəxslərə və əmlaklarına zərər vurur. Artıq cavabdehlə bir evdə və bir məhəllədə yaşamaq dözülməz həddə çatmışdır. Bu halı şahidlər də təsdiq edə bilər (şəxsiyyət vəsiqələri əlavə olunur). Qeyd edir ki, Quba rayonu, Küpçal kəndində yerləşən yaşayış evi xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X2 miras qalmışdır. O, anasının vərəsəsi sırasına daxildir və bu barədə X55 xidmət mərkəzindən rəsmi sənəd alaraq, iddia ərizəmə əlavə edir. Beləliklədə, cavabdehin davranışları səbəbindən o vərəsə olaraq anasından miras qalmış yaşayış evindən istifadə edə bilmir. X1 evdən könüllü olaraq çıxmasını təklif etsə də, cavabdeh evdən çıxmayaraq, evi qəsdən dağıdır, ona ziyan vurur. Onun yaşayış evindən istifadə etməyinə imkan verməyərək, vərəsə kimi hüquqlarını pozur. Ona görə o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, İddiaçı baldızıdır, cavabdeh qaynı Rəmzinin keçmiş həyat yoldaşıdır, onlarla qonşuluqda yaşayırlar. Ruhanə heç kimlə yola getmir, ünvanlarına nalayiq söyüşlər söyür, hərəkətlərindən beziblər, qonşuları cinayət əməli törətməyə sövq edir. Mülki işin materiallarında olan Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 311 saylı arayışından görünür ki, İddiaçı Quba rayonu, Küpçal kəndində qeydiyyatdadır son 2 ildir ki, Bakı şəhərində yaşayır. Mülki işin materiallarında olan JN-027F KOD 30318018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X22, X9, X20, X23 və X16 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1993-cü il tarixli, 15 nömrəli qərarı ilə 0,23 hektar torpaq sahəsi verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 075950 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 16 iyul 2022-ci il tarixli, 2082 №li məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli V- 476 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi sırasına daxildir. Mülki işin materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-400/2022 saylı qətnaməsindən görünür ki, X34 ilə X21 arasında 27 may 2019-cu il tarixdə Quba regional “ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış 0319 nömrəli nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 15 iyul 2015-ci il tarixdə doğulmuş X29 və 01 oktyabr 2019-cu il tarixdə tarixdə doğulmuş X17 anası X11 yanında saxlanılması, 15 iyul 2015-ci il tarixdə doğulmuş X29 və 01 oktyabr 2019-cu il tarixdə tarixdə doğulmuş X17 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə elan olunduğu tarixdən başlayaraq X18 hər uşağa görə ayda 150 manat olmaqla, iki uşağa görə hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X15 verilməsi qət edilmişdir. Mülki işin materiallarına əlavə olan 14 fevral 2023-cü il tarixdə Quba rayonu Küpçal kənd sakinləri X38, X19, X39, X40 və X7 iştirakı ilə tərtib olunmuş aktda görünür ki, Küpçal kənd sakini X35 müxtəlif vaxtlarda dəfələrlə onları təhqir edib, qonşuluqda eləcə də kənddə onlara və ailələrinə qarşı əxlaqsız hərəkətlərə yol verir. Qeyri etik davranışları ilə rahatlığını mütəmadi olaraq pozur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə oduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında mərhum X6 məxsus Quba rayonu, Küpçal kəndində yerləşən yaşayış evindən istifadə hüququna yalnız o zaman malik ola bilərdi ki, onunla Mafirət Ramazanovanın arasında notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmış olsun və Cavabdeh bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Lakin nə qeyd olunan müqavilə, nə də ki, bu barədə daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyat olmadığından Cavabdeh göstərilən evə heç bir hüququ yaranmır. Beləliklə, tərəflərin arasında yaranan mübahisə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına uyğun olaraq həll edilməlidir. Belə ki, həmin qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” 27 may 2008-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında “ailə üzvlərinin” və “digər qohumların” anlayışına şərh verilmişdir: “Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Həmin Qərara əsasən, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Ailə Məcəlləsinin tələbərinə görə isə keçmiş gəlinlə və keçmiş qayınana biri-birlərindən özünün saxlanılmasını tələb etmək hüququna malik deyildirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xususi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları və X13 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi həxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. Qeyd olunanlara əsasən məhkəmə X11 heç bir qanuni əsas olmadan və mülkiyyətçinin razılığı olmadan mübahisəli evdə yaşayaraq ondan istifadə və ona sahiblik etməsini İddiaçı Ririm qızının həmin evə mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarını araşdırıb, məhkəmə araşdırması zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X21 uşaqları xx.xx.2015-ci il təvəllüdlü X29 və xx.xx.2019-cu il təvəllüdlü X30 ilə birlikdə Quba rayonu, Küpçal kəndində yerləşən mərhum X5 məxsus yaşayış evindən çıxarılaraq, yaşayış evi boşaldılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh X21 uşaqları xx.xx.2015-ci il təvəllüdlü X29 və xx.xx.2019-cu il təvəllüdlü X30 ilə birlikdə Quba rayonu, Küpçal kəndində yerləşən mərhum X5 məxsus yaşayış evindən çıxarılsın və yaşayış evi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-608/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-608/2023
15.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver