Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-62/2022 03.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, borc ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 32R000003100 saylı kredit razılaşması üzrə 13968.38 ABŞ dolları məbləğində kredit borcu, 12708.65 ABŞ dolları məbləğində faiz borcu və 7047.28 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33724 (otuz üç min yeddi yüz iyirmi dörd) ABŞ dolları 31 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Quba şəhəri Dəvədabanı yaşayış masivində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 84.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 33724 (otuz üç min yeddi yüz iyirmi dörd) ABŞ dolları 31 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə tutulması, Quba şəhəri Dəvədabanı yaşayış massivində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 84.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 29.10.2013-cü il tarixli 32L000001186 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 25.08.2014-cü il tarixli 32R000003100 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31.03.2015-ci il tarixli 32R000003100S saylı, 04.03.2016-cı il tarixli 32R000003100SA saylı, 27.12.2016-cı il tarixli 32R000003100SB saylı, 08.02.2017-ci il tarixli 32R000003100SC saylı, 09.03.2018-ci il tarixli 32R000003100SD saylı, 28.08.2018ci il tarixli 32R000003100SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.07.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11031.62 ABŞ dolları ödəmiş, onun 13968.38 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.10.2020-ci il tarixə 446 gün üçün hesablanmış faiz borcu 12708.65 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 05.10.2020-ci il tarixə 446 gün üçün hesablanmış cərimə 7047.28 ABŞ Dolları təşkil edir. Hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı ilə bağladığı 19.08.2014-cü il tarixli 32M000000105 saylı ipoteka müqaviləsi əsasında Quba şəhəri Dəvədabanı yaşayış masivində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 84.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Ərazi İdarəsi tərəfindən verilmiş 19 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Quba şəhəri Dəvədabanı yaşayış masivində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 84.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 22.09.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 30.09.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Quba şəhəri Dəvədabanı yaşayış massivində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 84.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X1 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.08.2014-cü il tarixli, 32R000003100 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində pul ayrılmışdır. İş materiallarında olan 19.08.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit borcunun təminatı məqsədilə Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışa əsasən, Cavabdeh1 Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyinin arayışından görünür ki, Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş 28.08.2014-cü il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən, Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m ibarət fərdi yaşayış evi İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən RX seriyalı ******* saylı Çıxarışa əsasən, Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m ibarət fərdi yaşayış evi «Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı-nin 25.08.2014-cü il tarixli, 32R000003100 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 13968.38 ABŞ dolları, faiz borcu üzrə 12708.65 ABŞ dolları, cərimə borcu üzrə 7047.28 ABŞ dolları olmaqla, ümumilikdə 33727.31 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan ərizədən görünür ki, X2 həyat yoldaşı Cavabdeh1 məxsus Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 01/21-170 saylı, 09.04.2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış evinin bazar dəyəri 28.000 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 14 saylı, 14.07.2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin bazar dəyəri 15.000 manat məbləğində və torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış evinin bazar dəyəri 36.000 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının 9/4036 saylı, 16.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2014-cü il tarixli, 32R000003100 saylı kredit razılaşması üzrə Cavabdeh1 05.10.2020-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) banka olan borcu 18.480,14 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc- 13.955,38 ABŞ dolları və faiz borcu 4.524,76 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş üzrə təyin edilmiş "xxxx" MMC-nin 22.12.2021-ci il tarixli, 33 saylı rəyindən görünür ki, Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət olan yaşayış evinin torpaq sahəsi ilə birlirdə bazar qiyməti 47.000 manat, likvid dəyəri 41000 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının 9/9197 saylı, 21.01.2022-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2014-cü il tarixli, 32R000003100 saylı kredit razılaşması üzrə Cavabdeh1 05.10.2020-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) banka olan borcu 18.480,14 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc- 13.955,38 ABŞ dolları və faiz borcu 4.524,76 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 25.08.2014-cü il tarixli 32R000003100 saylı kredit razılaşması üzrə sonuncu bağlanmış 28.08.2018-ci il tarixli sazişə əsasən restrukturizasiya məbləği 15.876,29 ABŞ dolları qeyd olunmuşdur. Ona görə də, hazırki tədqiqat üzrə hesablamalar restrukturizasiya məbləği nəzərə alınmaqla 28.08.2018-ci il tarixdən hesablanmalıdır. İddiaçı ilə digər cavabdehlər arasında bağlanmış zaminlik müqaviləsinə görə zamin Cavabdeh2 iddiaçının qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi – bu Məcəllənin 445.2.1-ci maddəsinə əsaəsən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, bu Məcəllənin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində 12.708,65 ABŞ dolları məbləğində faiz borcunun cavabdehlərdən mütərək qaydada onun xeyrinə tutulmasını tələb etsə də, Məhkəmə, iş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının 9/9197 saylı, 21.01.2022-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və 25.08.2014-cü il tarixli, 32R000003100 saylı kredit müqaviləsi üzrə faiz borcu 4.524,76 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə hesab edir ki, əsas borc 13.955,38 ABŞ dolları təşkil etdiyi halda, 7047,28 ABŞ dolları məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 100 ABŞ dolları qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş 08.12.2010-cu il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış evinin qiyməti "xxxx" MMC-nin 22.12.2021-ci il tarixli, 33 saylı mütəxəssis rəyi nəzərə alınaraq likvid dəyəri 41.000 manat dəyərində müəyyən edilməlidir. Məhkəmə, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdehdən ümumi qaydada tutulması haqqında qətnamə çıxarılması tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia həmin tələb hissəsində təmin edilməməlidir. Belə ki, qanunda işə mahiyyəti üzrə baxan məhkəmə üçün icra tədbirlərinin həyata keçirilməsi, o cümlədən cavabdehin hər hansı əmlakı hesabına qətnamənin ümumi qaydada icra edilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Ona görə də, cavabdehlərin digər əmlakları hesabına qətnamənin ümumi qaydada icra edilməsi qətnamədə əks oluna bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi, bu barədə müvafiq icra tədbirlərinin həyata keçirilməsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və qətnamənin icrası mərhələsinə aiddir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı iddia tələbini əsaslandırdığı halları, yəni hərracdan satılmış əmlakın satış məbləğinin nə qədər təşkil etməsi, bunun banka olan borcu ödəyibödəməməsi, borcun qalan hissəsinin hansı məbləğ təşkil etməsi və cavabdehlərdən hansı formada tutulması, cavabdehlərin başqa əmklaklarının olub-olmaması və tələbin onların hansı əmlakına yönəldilməsinə dair hər-hansı sübutu məhkəməyə təqdim etməməklə, iddia tələbinin əsaslandırıldığı həmin halları sübut edə bilməmişdir. Bu da həmin iddia tələbinin rədd olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, bu Məcəllənin 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya bu Məcəllənin 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qayda da 25.08.2014-cü il tarixli, 32R000003100 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 13.955.38 ABŞ dolları, faiz borcu üzrə 4.524,76 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları olmaqla, ümumilikdə 18580,14 ABŞ dolları məbləğində pul tutulub İddiaçı-nin hesabına ödənilməli, kredit borcu ödənilmədikdə borcun təminatı məqsədilə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilməli, ipotekaya qoyulmuş Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış evinin likvid satış qiyməti 41.000 manat dəyərində müəyyən edilməli, mənzil açıq hərracda satılmalı, Cavabdeh1 yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı, fərdi yaşayış evinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcu, kreditdən istifadəyə görə faizlər, cərimə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada İddiaçı-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkənə iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 295 manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25.08.2014-cü il tarixli, 32R000003100 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 13.955.38 ABŞ dolları, faiz borcu üzrə 4.524,76 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları olmaqla, ümumilikdə 18580,14 ABŞ dolları məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) tutulub İddiaçı-nin hesabına ödənilsin, kredit borcu ödənilmədikdə borcun təminatı məqsədilə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilsin, ipotekaya qoyulmuş Quba şəhəri, Dəvədabını massivində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 23.4 kv.m, yardımçı sahəsi 61.1 kv.m-dən ibarət fərdi yaşayış likvid qiyməti 41.000 manat dəyərində müəyyən edilsin, mənzil açıq hərracda satılsın, Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılsın, həmin ev boşaldılsın, həmin evin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcu, kreditdən istifadəyə görə faizlər, cərimə ödənilsin. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada İddiaçı-nin xeyrinə tutulsun. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 295 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-62/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-62/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver