Məhkəmə qərarları › İş №2(027)-621/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-621/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-621/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X21 oğlunun, nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılaraq evin boşaldılması tələbinə dair iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı yaşayış sahəsində yaşamaq hüququna dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, Müəyyən e t d i: İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus şifoner, servant, termo, taxt, tumba divan, stol və 6 ədəd stul, televirzor, televizor altlığı, paltar yuyan, duxovka, yorğan və döşək, qablar, 1 ədəd böyük və 1 ədəd kiçik xalçadan ibarət əmlaklarının ona məxsus Quba rayonu, Paşaoba kəndində yerləşən yaşayış evindən çıxarılaraq mənzil sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı Quba Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, İddiaçı məxsus Quba rayonu, Paşa-oba kəndində yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində azyaşlı X12 ilə birgə onun yaşamaq hüququnun tanınması, İddiaçı məxsus Quba rayonu, Paşaoba kəndində yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən azyaşlı X12 ilə onun istifadə hüquqlarına maneələrin İddiaçı tərəfindən qadağan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh oğlu Zəka Məmmədov ilə xx.xx.2018-ci il tarixdə nikahklarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə İlknur adlı qızları doğulmuşdur. Cavabdehlə oğlunun ailə münasibətləri tamamilə pozulduğundan Quba rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1284/2020 saylı qətnaməsi ilə aralarında olan xx xxxx 2018-ci il tarixli nikahları pozulmuşdur. Cavabdeh bir ildən artıq müddətdir ki, valideynlərinin evində yaşadığı halda gəlin gələrkən özü ilə gətirdiyi cehiz əmlakları hələ də ona məxsus yaşayış evindədir. Həmin yaşayış evi darısqal olduğundan cavabdehə məxsus əmlaklar evdə sıxlıq yaradır və o, öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Qeyd edir ki, cavabdeh qəsdən əmlakını ona məxsus yaşayış evindən çıxarmayaraq onun mülkiyyət hüquqlarını pozur. O, evini təmir etdirə bilmir, cavabdehin əmlakları manəeçilik yaradır. Bu hal onun və ailə üzvlərinin fərdi yaşayış evinə sahiblik və istifadə hüquqlarına, bir sözlə mülkiyyət hüquqlarına maneələr yaradır. Cavabdeh ilə bir evdə yaşamaları qeyri-mümkündür. Belə ki, ona məxsus yaşayış evi 3 otaqdan ibarətdir, həmin evdə, həyat yoldaşı, iki oğlu və qızı ilə yaşayır. Odur ki, iddia tələbinin təmin edilərək, Cavabdeh məxsus cehiz əmlakının ona məxsus evdən çıxarılmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X9 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı isə müdafiə edərək, izahatında göstərmişdir ki, təmsil etdiyi Cavabdeh onun qızıdır. Qızı Safiyə xx.xx.2018-ci ildə iddiaçının oğlu X16 ilə ailə həyatı quraraq iddiaçıya məxsus evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə İlknur adlı uşaqları doğulmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X16 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, azyaşlı uşaq anasının himayəsində saxlanmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 130 manat sabit pul məbləğində aliment və 3 yaşına qədər hər ay 50 manat aliment Zəka Məmmədovdan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda az yaşlı uşaq xəstədir, Bakı şəhərində müalicə alır. Qızı hazırda onların himayəsindədir, başqa yaşayış yeri yoxdur. Ona görə də Cavabdeh İddiaçı məxsus Quba rayonu, Paşa-oba kəndində yerləşən yaşayış evinə azyaşlı qızı X11 ilə birlikdə yaşayış hüququnun tanınması barədə qətnamə çıxarılmasını, ilkin iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X19 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı isə müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2018-ci ildə X16 ilə ailə həyatı quraraq iddiaçıya məxsus evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə İlknur adlı uşaqları doğulmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X16 ilə Cavabdeh arasında bağlanamış nikah pozulmuş, azyaşlı uşaq anasının himayəsində saxlanmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 130 manat sabit pul məbləğində aliment və 3 yaşına qədər hər ay 50 manat aliment Zəka Məmmədovdan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda az yaşlı uşaq xəstədir, həkim nəzarətindədir. Hazırkı iş üzrə İddiaçı məxsus evdən Cavabdeh istifadə hüququ 2000-ci ildən sonra yarandığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsninin qaydalarına uyğun həll olunmalıdır. Cavabdeh başqa yaşayış yeri yoxdur. Valideynlərinin məxsus yaşayış evi olduqca darısqaldır. Onun uşağı ilə birlikdə həmin evdə yaşamağı mümkün deyildir. Odur ki, ilkin iddianın rədd edilməsini, qarşlılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Mülki işin materiallarında olan Quiba rayon İHB-nin Vəlvələ kənd İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2021-ci il tarixli 125 №li arayışdan görünür ki, İddiaçı ərazi dairəsinin Paşaoba kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. Mülki işin materiallarında olan Quba rayon İHB-nin Vəlvələ kənd İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2021-ci il tarixli 146 №li arayışdan görünür ki, İddiaçı ərazi dairəsinin Paşaoba kənd sakini olmaqla, hal-hazırda həmin kənddə hesabına 1992-ci ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evi vardır. Mülki işin materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1284/2020 saylı qətnamədən görünür ki, Cavabdeh Yadigar qızı ilə X16 arasında xx.xx.2018-ci il tarixdə Quba regional “Asan Xidmət” X8 tərəfindən həmin tarixli 0159 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulumuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X12 adlı uşaq anası Cavabdeh yadigar qızının himayəsində saxlanmış, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay uşağa görə 130 manat sabit pul məbləğində aliment və 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində aliment Məmmədov Zəka Oqtay oğlundan tutularaq Cavabdeh verilməlidir. 1.Məhkəmənin ilk iddia üzrə qiymətləndirməsi İş materiallarından müəyyən olunur ki, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X16 ilə ailə qurarkən İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, Paşaoba kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əmlaklarını həmin evə aparmışdır. Bir ildən artıq müddətdir ki, o, həmin evdən çıxaraq valideynlərinə məxsus evdə yaşayır. Lakin gəlin gələrkən özü ilə gətirdiyi iddia ərizəsində göstərilən cehiz əmlaklarını iddiaçıya məxus evdə saxlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh cehiz əmlaklarının İddiaçı xüsusi mülkiyyətində olan evdə saxlanması üçün heç bir hüquqi əsas yoxdur və həmin əşyalar cavabdeh tərəfindən bu evdən çıxarılmalıdır. Həmin əşyaların heç bir qanuni əsas olmadan iddiaçının xüsusi mülkiyyətdə olan evdə saxlanması İddiaçı həmin evə tam şəkildə sahiblik etməsi və evdən istifadə etməsinə maneələr yaratmaqla mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və uçura bilər, öz sahəsinda başqa şəxsin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İş üzrə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən iddia predmetini təşkil edən cehiz əşyalarının ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evdə qalmasının qanuni və hüquqi əsaslarının mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X20rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür «Payn Velli developments Ltd» şirkəti İrlandiyaya qarşı işdə Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. 2.Məhkəmənin qarşılıqlı iddia üzrə qiymətləndirməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahadən istifadə hüququ ilə bağıl məsələlərələ baxılarkən 2009-cu ili oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olduqdan sonra köçməsi faktı mübahisəsiz haldır. Bu səbəbdən iddiaya 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəasinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə, iş üzrə araşdırılmış mövcud sübutlara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iş materialları ilə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə Quba rayonu Paşaoba kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı arasında evdən istifadə hüququnun əmələ gəlməsi üçün bağlanmış və notarial qaydasında təsdiq olunmuş yazılı razılaşmanın olması təsdiq olunmadığından, həmçinin X4 ilə X16 ilə nikah münasibətlərinə xx.xx.2009-cu il tarixindən sonra girdikləri üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olduğundan Cavabdeh X1 məxsus evdən ona azyaşlı uşağı ilə birlikdə yaşayış və istifadə hüququnun verilməsinə dair iddiası təmin olunmamalıdır. Qanun normalarının məzmunundan göründüyü kimi, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X2, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ o halda yarana bilərdi ki, bu hüquq barədə mülkiyyətçinin razılığı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə görə isə belə razılıq dedikdə notariat qaydasında təsdiq olunmuş yazılı razılaşma başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh məxsus şifoner, servant, termo, taxt, tumba divan, stol və 6 ədəd stul, televirzor, televizor altlığı, paltar yuyan, duxovka, yorğan və döşək, qablar, 1 ədəd böyük və 1 ədəd kiçik xalçadan ibarət əmlaklar İddiaçı məxsus Quba rayonu, Paşaoba kəndində fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin Cavabdeh İddiaçı qarşı Quba rayonu Paşaoba kəndindəki İddiaçı məxsus yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində azyaşlı uşağı X11 iləbirlikdə yaşayış hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət e t d i: İlk iddia təmin edilsin. Cavabdeh məxsus şifoner, servant, termo, taxt, tumba divan, stol və 6 ədəd stul, televirzor, televizor altlığı, paltar yuyan duxovka, yorğan və döşək, qablar, 1 ədəd böyük və 1 ədəd kiçik xalçadan ibarət əmlaklar İddiaçı Əmirquıu oğluna məxsus Quba rayonu, Paşaoba kəndində fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh İddiaçı qarşı Quba rayonu Paşaoba kəndindəki İddiaçı məxsus yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində azyaşlı uşağı X11 iləbirlikdə yaşayış hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar