Məhkəmə qərarları › İş №2(027)-622/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-622/2021

30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-622/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə Ərizəçi uşağın anadan mənşəyinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixdə Quba rayonu, Zərdabi kəndində doğulmuş X1 Ərizəçi doğulmaqla mənşəyinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X1 Quba rayonu, Zərdabi kəndində o, Ərizəçi doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılımasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X4 ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu Ərizəçi həyat yoldaşıdır. O, onunla 2015ci ildə ailə qurmuş, lakin həmin vaxt nikahları üzürlü səbəbdən rəsmiləşdirilməmişdir. Birgə yaşadıqları müddətdə xx xxxxxx 2016-cı il tarixdə oğlu Həzrətəli doğulmuşdur. Oğlu Həzrətəli ev şəraitində doğulduğuna və ərizəçi ilə rəsmi nikahları olmadığına görə ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçi ilə aralarındakı nikah xx xxxxx 2019-cu il tarixdə rəsmiləşdirilmişdir. xx xxxxxx 2016-cı il tarixdə doğulmuş oğlu Həzrətəli üçün doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər. Oğlu Həzrətəlinin doğumundan uzun müddət keçdiyinə, ev şəraitində doğulduğuna və uşaq doğulan vaxt rəsmi nikahları olmadığına görə ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon X6 kənd Həkim Məntəqəsinin xx.xx.2020-ci il tarixli 245 №li arayışından görünür ki, Ərizəçi xx xxxxxx 2016-cı il tarixdə doğulmuş uşağı X2 hal-hazırda sağdır. İş materiallarında olan Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli, 240 №li arayışından görünür ki, X2 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan nikah haqqında AZ-İİ seriyalı, 324740 №-li, xx xxxxx 2019-cu il tarixli şəhadətnamədən görünür ki, X4 ilə Xankişiyeva (Allahverənzadə) Aytəkin Bayram qızı arasında nikah xx xxxxx 2018-ci il tarixdə bağlanmış, nikahdan sonra arvad Allahverənzadə soyadını qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi ilə X4 2015-cildə birgə nikaha girmişlər. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X2 doğulmuşdur. Uşaq evdə anadan olduğundan və onun anadan olmasını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığından onun doğumun rəsmi olaraq qeyd etdirə bilməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, qeyd edir ki, uşaqla anası arasında hüquq münasibətləri onların qan qohumluğu faktı əsasında yaranır. Doğum haqqında sənəddə uşaq haqqında məlumatlar və uşağın doğum tarixi ilə yanaşı, ananın adı, ata adı və soyadı yazılır. Uşağın anadan mənşəyi, əgər uşaq tibb müəssisəsindən kənarda anadan olmuşdursa və uşağın doğulmasını təsdiq edən sənədlər yoxdursa, onda şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 7.1-ci maddəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. xx xxx 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 xx xxxxxx 2016-cı il tarixdə Quba rayonu Zərdabi kəndində Ərizəçi doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X1 xx xxxxxx 2016-cı il tarixdə Quba rayonu Zərdabi kəndində Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrilk edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar