Məhkəmə qərarları › İş №2(027)-623/2024

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-623/2024

01.04.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-623/2024 01.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Müslüm oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-411 KOD 30316038 saylı Dövlət Aktına əsasən Quba rayonu, Barlı kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 Müslüm oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ona 2001-ci ildə satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, O, Quba rayonu, Barlı kəndində yaşayır. Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli, 115 nömrəli qərarı ilə Quba rayonu, Barlı kənd sakinləri olmuş cavabdehlər Cavabdeh1 Müslüm oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Torpağa Mülkiyyət Hüququna Dair JN-411 KOD 30316038 saylı Dövlət Aktına əsasən Quba rayonu, Barlı kəndi ərazisindən 1,56 ha kənd təsərrüfatı təyinatlı və Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdehlər 0,06 ha torpaq sahəsi üzərində bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 110 m2 olan yaşayış evi tikmişlər. O, qeyd edilən torpaq sahələrini və üzərində yerləşən fərdi yaşayış evini 2001-ci ildə cavabdehlərə əmlakın dəyərini nağd qaydada tam ödəyərək almışdır. Daha sonra cavabdehlər ailə -üzvləri ilə birlikdə Rusiya Federasiyasına köçüb getmişlər. O, isə aldığı torpaq sahəsinə dair sənədləşmə işlərini cavabdeh şəxslərin müvafiq notariat orqanına gəlməkdən yayınmalarına görə apara bilməmişdir. Hazırda qeyd edilən torpaq sahələri və fərdi yaşayış evi 2001-ci ildən onun istifadəsindədir. Onunla cavabdehlərin arasında alqısatqı müqaviləsinin bağlanmasının ən əsas sübutu onun 2001-ci ildən cavabdehlərdən satın aldığı fərdi yaşayış evində yaşamağı, Torpağa Mülkiyyət Hüququna Dair JN-411 KOD 30316038 saylı Dövlət Aktına əsasən Quba rayonu, Barlı kəndi ərazisində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib-becərməsidir. Yəqin ki, aralarında alqı-satqı müqaviləsi olmasaydı, o, 2001-ci ildən cavabdehlərə məxsus daşınmaz əmlaklara sahiblik edə və onların fərdi yaşayış evində yaşaya bilməzdi. Bunu qonşuların iştirakı ilə tərtib edilmiş və Barlı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş akt, o cümlədən Quba rayonu, Barlı bələdiyyəsinin arayışı da təsdiq edir. Həmçinin torpaq sahəsinə dair vergiləri də o, ödəyir. Göründüyü kimi o, bir alıcı kimi üzərinə düşən vəzifəsini layiqincə icra edərək torpaq sahələrinin və fərdi yaşayış evinin dəyərini cavabdehlərə tamamilə ödəmişdir. Cavabdehlər isə öz üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək alqı-satqı əqdinin notarial qaydada təsdiq edilməsindən imtina edirlər. Aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, İddiaçı cavabdehlər Cavabdeh1 Müslüm oğlu və Cavabdeh2 xx.xx.2001-ci il tarixli sadə yazılı müqaviləyə əsasən 1,56 ha torpaq sahəsini ******* manata almış, iddiaçı üzərinə düşən öhdəlikləri layiqincə icra edərək torpağın dəyərini cavabdehlərə ödəmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsində bildirdi ki, Quba rayonu Barlı kəndində yaşayır. İddiaçı 2001-ci ildə Cavabdeh1 Müslüm oğlu və Cavabdeh2 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi almış, halhazırda həmin evdə yaşayır və 1,56 ha torpaq sahəsindən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Quba rayonu Barlı kəndində yaşayır. İddiaçı 2001-ci ildə Cavabdeh1 Müslüm oğlu və Cavabdeh2 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi almış, hal-hazırda həmin evdə yaşayır və 1,56 ha torpaq sahəsindən istifadə edir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə verərək, cavabdehlərin iclaslarda iştirak etmədiyini, bunun səbəbləri barədə məhkəməyə məlumat verilmədiyini bildirirərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını və şahidləri dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - torpağa mülkiyyət hüququna dair JN-411 kod 30316038 saylı dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 115 nömrəli qərarı ilə Cavabdeh1 Müslüm oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Quba rayonu, Barlı kəndi ərazisindən 1,56 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2001-ci il tarixli iltizamdan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 Müslüm oğlu və Cavabdeh2 ilə aralarında olan razılığa əsasən, sonuncular özlərinə məxsus Quba rayonu, Barlı kəndi ərazisində yerləşən 1,56 ha torpaq sahəsini İddiaçı satmışlar. - Quba rayon Barlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 328 nömrəli arayışından görünür ki, 2001-ci il tarixdən hal-hazıra kimi Cavabdeh1 Müslüm oğluna məxsus 0,06 ha həyətyanı torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 110 kv.m. olan fərdi yaşayış evi və Cavabdeh1 Müslüm oğlu və ailə üzvlərinə məxsus torpağa mülkiyyət hüququna dair JN-411 kod 30316038 saylı dövlət aktında olan 1,56 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsi İddiaçı istifadəsindədir, vergilər və digər ödənişlər Yaşar Bayramov tərəfindən ödənilir. - Quba rayon Barlı bələdiyyəsi tərəfindən Quba rayon Barlı kənd sakinləri Cavabdeh1, X4, X3, X2 və X1 iştirakı ilə tərtib olunmuş 19 dekabr 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı əvvəllər Barl kəndində yaşamış və 2001-ci ildə ailəvi Rusiya dövlətinə köçüb getmiş Cavabdeh1 Müslüm oğlundan Barlı kəndi ərazisində yerləşən Cavabdeh1 Müslüm oğlu və ailə üzvlərinə məxsus birgə əmlak olan 0,06 ha həyətyanı torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 110 kv.m. olan fərdi yaşayış evini, həmçinin Cavabdeh1 Müslüm oğlu və 5 nəfər ailə üzvlərinə məxsus torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-411 kod 30316038 saylı dövlət aktında göstərilən 1,56 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı özəl pay torpaq sahəsinin nağd pul ödəyərək almış, lakin alınmış torpaq sahəsi və əmlaklar rəsmi qaydada sənədləşdirilməmişdir. İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə Cavabdeh1 Müslüm oğlundan satın aldığı evdə 2001-ci ildən hal-hazıradək yaşayır, eyni zamanda 2001-ci ildən 1,56 ha özəl torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin istifadəsindədir. Məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2001-ci il tarixdə imzalandığına və tərəflər arasında həmin münasibərlər 2001-ci ildə yarandığına görə hazırkı mübahisə üzrə işin həlli zamanı həmin dövrdə qüvvədə olmuş qanunvericilik norması tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə - xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Göründüyü kimi, tərəflərdən biri – hazırkı iş üzrə iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmiş, yəni alqı-satqı predmeti olan torpaq sahəsi üçün razılaşdırılmış məbləği ödəmiş, digər tərəf, yəni hazırkı iş üzrə cavabdehlər isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmışlar. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 Müslüm oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məxsus olan torpağa mülkiyyət hüququna dair JN-411 KOD 30316038 nömrəli dövlət aktına əsasən 1,56 ha torpaq sahəsi barədə öz aralarında, öz razılıqları ilə alqı-satqı müqaviləsi tərtib edərək xx.xx.2001-ci il tarixdə İddiaçı satmışlar. Sonra cavabdehlər həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırdıqlarına görə iddiaçı məhkəməyə müraciət edərək cavabdehlərlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 Müslüm oğlu və Cavabdeh2 arasında xx.xx.2001-ci il tarixdə Quba rayonu, Barlı kəndi ərazisində yerləşən 1,56 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1 Müslüm oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında xx.xx.2001-ci il tarixdə Torpağa Mülkiyyət Hüququna Dair JN-411 KOD 30316038 saylı Dövlət Aktına əsasən Quba rayonu, Barlı kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar