Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-625/2021 09.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisi cəlb olunmaqla mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2ndan və anası X7 miras qalmış Quba rayonu, İİ Nügədi kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,146337 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,4723 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Torpağın Mülkiyyətə verilməsinə dair JN-311F KOD 30320028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən X2na məxsus Quba rayon İcraiyyə Komitəsinin xx xxxxx 1998-ci il tarixli, 77 nömrəli qeydinə əsasən iki mərtəbəli fərdi yaşayış evinin, valideynlərinin ölümündən sonra miras qalmış əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1959-cu ildə Quba rayonu, Pirvahid kəndində anadan olmuşdur. X2 1931-ci ildə, anası X19 1929-cu ildə anadan olmuşlar. Atası ilə anası xx xxxxxx 1970-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından o, Ərizəçi və X6 anadan olmuşdur. X2 xx xxxxxx 2004-cü il tarixdə vəfat etmiş, anası X19 isə xx xxxxxxxx 2007-ci ildə vəfat etmişdir. Valideynlərinin vəfatndan sonra qanun üzrə birinci növbəli vərəsələr kimi Ərizəçi yəni özü və X6 qalmışdır. Mərhum valideynlərinin vəfatından sonra onlardan miras kimi 0.79 ha pay torpaq sahəsi, 0.20 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi qalmışdır. Valideynləri həyatda olarkən son vaxtlar yaşlı olduqları üçün onlara aid əmlaka faktiki olaraq sahiblik etmişdir. Validenləri öldükdən sonra da onlardan qalmış miras əmlakı faktiki qəbul edərək idarə etmiş, əmlaka dair vergiləri ödəmişdir. Hal-hazırda mərhum valideynlərindən miras qalmış 0.79 ha pay torpaq sahəsi, 0.20 ha həyətyanı torpaq sahəsini əkib-becərir və idarə edir. 0.20 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evində yaşayır, qaz və işıq pulunu ödəyir. X9 zamanı verilmiş pay torpaq sahəsinə dair Dövlət Aktı əsasında vərəsəlik üçün Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reystrindən çıxarış alıb. Lakin qanunu bilməməzlikdən mərhum valideynləri vəfat etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün notariat kontoruna ərizə ilə müraciət etməmişdir. Validenlərindən miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, həmin mərkəzdən ərizəçiyə qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyin məqsədə müfaviq olduğu qeyd edilmişdir. X6 mərhum valideynlərindən qalmış miras əmlakdan ona düşən payın qəbul edilməsindən imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Hazırda həmin miras əmlakı idarə etməklə miras əmlakı faktiki qəbul etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzinin Notariat Kontorunun qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. - Belə ki, mülki işin materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzinin Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, 831 saylı məktubundan görünür ki, qanunla məyyən edilmiş müddət buraxıldığından və mirasın faktki qəbulu, ona sahiblik etməsi barədə sübut edən sənəd təqdim edilmədiyindən ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Quba rayon VVADQ tərəfindən verilmiş AZ seriyalı 146947 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 ilə X20 xx.xx.1970-ci ildə rəsmi nikaha daxil olmuşlar və bu barədə 30 nömrəli akt tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. - 0x xxxxxxxx 1959-cu il tarixli, V-JQ seriyalı 368108 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Quba rayon Pirvahid kəndində anadan olmuş, X2, anası isə X15r. - 0x xxxx 2004-ci il tarixli, AZ-İ seriyalı 085853 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən görünür ki, X17 xx.xx.2004-cü il tarixdə Quba rayon Pirvahid kəndində ölmüşdür. - Mülki işin materiallarında olan xx xxxxxxxx 2007-ci il tarixli, AZ-İ seriyalı 263594 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən görünür ki, X19 xx.xx.2007-ci il tarixdə Quba rayon Pirvahid kəndində ölmüşdür. - Quba RİHB-nın X24 Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 1061 saylı arayışından görünür ki, X3 rayon Pirvahid kənində qeydiyyatda olmuş, yaşamış və xx.xx.2004-cü ildə Quba rayon Pirvahid kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır.
1. Ərizəçi
2. X26. - Quba RİHB-nın X24 Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 1062 saylı arayışından görünür ki, X4 rayon Pirvahid kənində qeydiyyatda olmuş, yaşamış və xx.xx.2007-ci ildə Quba rayon Pirvahid kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır.
1. Ərizəçi
2. X26. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X32 tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-311F KOD 30320028 saylı torpağın mükiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon X10 xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə verilmiş Pirvahid kəndində yerləşən 0.20 ha torpaq sahəsi X17 və X12 mülkiyyətinə verilmişdir. - - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Pirvahid kəndində yerləşən 0.4723 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X8 adına qeydə alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Pirvahid kəndində yerləşən 0.146337 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X8 adına qeydə alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Pirvahid kəndində yerləşən 0.1781 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X8 adına qeydə alınmışdır. - X26 tərəfindən xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş anası X7 qalmış miras qalmış əmlakdan ona çatası payı qəbul etməkdən imtina etmişdir. - Quba rayon İcraiyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988 ci il tarixli 77 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayon Pirvahid kəndində yerləşən ümumi sahəsi 117.0 kv.m ölçüləri olan fərdi yaşayış evi X8 adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Quba rayonu X18 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 188 saylı arayışdan görünür ki, Ərizəçi valideynlərinin mülkiyyətində olan 0.79 ha özəl (pay), 0.20 ha həyətyanı torpaq sahəsinin və həmin həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin vergisi Ərizəçi tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 46-cı maddəsinə əsasən X34 Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, Beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi qüvvəyə malikdir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, yaşayış və qeyri-yaşayış sahəsinə, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəməyə müraciət etməyibsə, deməli, faktiki olaraq ərizəçinin həmin tikintiyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə, susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək, ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X23rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd» şirkəti İrlandiyaya qarşı işdə X25 Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. «X16»ın işində Avropa Məhkəməsi göstərmişdir ki, hətta dövlətin məqsədi mülkiyyyətdən məhrum etmə olmasa belə və mülkiyyət sahibinin mülkiyyət hüququ formal olaraq saxlansa belə, əgər mülkiyyət hüququ özgəninkiləşdirilmiş sayıla biləcək dərəcədə faydasız olarsa, o halda dövlətin tətbiq etdiyi tədbirlər mülkiyyət hüququna müdaxilə təşkil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanımasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmadan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər normativ hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. X21 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2006-cı il tarixli qərarında göstərilir ki, özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla subyektiv hüquqa transformasiya etməsinə (mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin alınmaması) iradədən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi, digər tərəfdən isə ölən şəxs barəsində mənzilin (evin) özəlləşdirilməsindən imtina edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi sahiblik və istifadə hüquqlarını mülkiyyət hüquqlarının elementləri saymış, Mülki Məcəllənin 157.8ci maddəsi əmlaka sahiblik hüququnu mülkiyyət hüququna bərabər saymışdır. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu torpağa sahiblik və istifadə hüquqlarını mülkiyyət hüququnun elementləri saymaqla, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olmasının əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini qeyd etmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən o cümlədən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası MM-nin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa və ya fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İşdəki sübutlar əsasında müəyyən olunur ki, Quba rayonu, Pirvahid kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,146337 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,4723 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Torpağın Mülkiyyətə verilməsinə dair JN-311F KOD 30320028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Pirvahid kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən X2na məxsus Quba rayon İcraiyyə Komitəsinin xx xxxxx 1998-ci il tarixli, 77 nömrəli qeydinə əsasən iki mərtəbəli fərdi yaşayış evi ərizəçinin X2na məxsus olmaqla dövlət qeydiyyatına alınmışdır. Ərizəçinin X2 xx.xx.2004-cü il tarixdə, anası X19isə xx.xx.2007-ci il tarixdə ölmüşlər. Ona görə də hazırki hüquq münasibətlərinə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlar əsasında məhkəmə nəticəyə gəlir ki, X1 və X13 mülkiyyətində olan Quba rayonu, Pirvahid kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,146337 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,4723 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Torpağın Mülkiyyətə verilməsinə dair JN-311F KOD 30320028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Pirvahid kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən X2na məxsus Quba rayon İcraiyyə Komitəsinin xx xxxxx 1998-ci il tarixli, 77 nömrəli qeydinə əsasən iki mərtəbəli fərdi yaşayış evi ərizəçinin mirası sayılmalıdır. X1 və X13 övladı kimi Ərizəçi birinci növbə vərəsə olduğu üçün X2ndan və anası X7 miras qalmış Quba rayonu, Pirvahid kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,146337 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,4723 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Torpağın Mülkiyyətə verilməsinə dair JN-311F KOD 30320028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Pirvahid kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən X2na məxsus Quba rayon İcraiyyə Komitəsinin xx xxxxx 1998-ci il tarixli, 77 nömrəli qeydinə əsasən iki mərtəbəli fərdi yaşayış evinə tam şəkildə Ərizəçi oğunun miras payı yaranır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən miras miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşərsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Qanunvericiliyin tələbinə əsasən mərhum X17 və X19 vəsiyyətnamə qoymadığından, hazırkı iş üzrə qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməlidir. Qanun üzrə vərəsəlik hüququ olan mərhumun oğlu Ərizəçi miras evdə yaşayıb, miras qalmış pay torpaq sahələrini əkibbecərməklə və həmin miras qalmış torpaq sahələrinin torpaq vergsi ödənişlərini lazımınca ödəməklə, həmin mirası faktiki idarə etməklə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının və həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının müəyyən olunması xüsusi icraat qaydasında məhkəmə tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi mərhum X2ndan və anası X7 miras qalmış Quba rayonu, Pirvahid kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,146337 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,4723 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Torpağın Mülkiyyətə verilməsinə dair JN-311F KOD 30320028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Pirvahid kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən X2na məxsus Quba rayon İcraiyyə Komitəsinin xx xxxxx 1998-ci il tarixli, 77 nömrəli qeydinə əsasən iki mərtəbəli fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi mərhum X2ndan və anası X7 miras qalmış Quba rayonu, Pirvahid kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,146337 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,4723 ha, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən 0,1781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Torpağın Mülkiyyətə verilməsinə dair JN-311F KOD 30320028 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Pirvahid kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən X2na məxsus Quba rayon İcraiyyə Komitəsinin xx xxxxx 1998-ci il tarixli, 77 nömrəli qeydinə əsasən iki mərtəbəli fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Vüqar Seyidov