'%»■* ■& 4-' Azərbaycan Respublikası adından QƏTNAMƏ 4 Quba şəhəri İş № 2(027)-629/2022 29.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X11 və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ evdən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X6 ailə üzvləri 12.06.2012-ci il təvəllüdlü X23 və 23.07.2018-ci il təvəllüdlü X18 ilə bigə onun mülkiyyətində olan Quba şəhəri, Gənclər küçəsi,55 saylı mənzilə olan istifadə hüqularının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X19 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 23.03.2005-ci il tarixli, 2-136 saylı qətnaməsi ilə iddiaçı Ələkbərov Əzizağa Sərkar oğlunun iddiası təmin oluaraq, iddiaçı X7 cavabdeh X3 qarşı vərəsəlik üzrə mülkiyyət hüququnun müəyyən edilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Quba rayon otariat kontoru tərəfindən X12 adına ünvan 2 saylı evə dair verilmiş 30 iyul 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, mərhum X13 məxsus Quba şəhər Gənclər küçəsi 400 kv.m olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 59.6 kv.m yaşayış sahəsi 33.8 kv.m olan birmərtəbəli, iki otaqlı 55 saylı evə iddiaçı X7 mülkiyyət hüququ müəyyən edilmiş, iddiaçı X7 adına qeydiyyat vəsiqəsinin verilməsi Quba rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilmiş, cavabdeh X4 ailə üzvləri ilə birlikdə iddiaçı X10 məxsus Quba şəhəri, Gənclər küçəsi 55 saylı evdən başqa yaşayış sahəsi verilmədən çıxarılması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 23.03.2005-ci il tarixli, 2-136 saylı qətnaməsindən verilən apellyasiya şikayəti 23.02.2010cu il tarixli qəradadı ilə müdəti ötürüməsi ilə əlaqədar təmin edilməmiş, 09.06.2009-cu il tarixli qərardadı ilə kassasiya şikayəti AR Ali Məhkəmsinin qərardadı ilə təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin 23.03.2005-ci il tarixli, 2-136 saylı qətnaməsi icra olunaraq cavabdeh X8 həmin dövrdə ailə üzvü olan az yaşlı hazırda isə cavabdeh olan Cavabdeh ilə birgə mənzildən çıxarılmışlar. Qətnamə icra olunaraq X2 ünvan 1 ünvanda olan qeydiyyatı ləğv edilsə də az yaşlı qızı Cavabdeh qeydiyyatı həmin ünvanda qalmışdır. Cavabdeh həmin dövrdən bu günədək qeydiyyatdan çıxmamış, əksinə az yaşlı uşaqları 12.06.2012-ci il təvəllüdlü X20, 23.07.2018-ci il təvəllüdlü X14 da həmin ünvana qeydiyyata almışdır. Göründüyü kimi cavabdeh və ailə üzvlərinin mübahisəli ünvanda istifadə hüquqları olmadığı halda qeydiyyatları qalmaqdadır, bu isə iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını pozur, bu səbəbdən iddiaçı Cavabdeh ailə üzvləri 12.06.2012-ci il təvəllüdlü X23 və 23.07.2018-ci il təvəllüdlü X18 ilə bigə onun mülkiyyətində olan Quba şəhəri, Gənclər küçəsi,55 saylı mənzilə olan istifadə hüqularının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o həmin evdə doğulub, orda boya-başa çatıb, Xədicə Quliyeva onun nənəsidi, ev onun nənəsinə məxsus olub, Gülyaz Abdullayeva onun doğma anasıdır. Həmin evə onun və uşaqlarının haqqı var.Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X15, Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tətqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 400 kv.m olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 59.6 kv.m yaşayış sahəsi 33.8 kv.m olan birmərtəbəli, iki otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti Xaçmaz Ərazi idarəsinin texniki pasportunun reyestr nömrəsi **********78-10301 olan ünvan 2 evin hüquqi subyekti İddiaçıdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 23.03.2005-ci il tarixli, 2-136 saylı qətnaməsi ilə iddiaçı X7 iddiası təmin oluaraq, iddiaçı X7 cavabdeh X3 qarşı vərəsəlik üzrə mülkiyyət hüququnun müəyyən edilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsi, Quba rayon notariat kontoru tərəfindən X12 adına ünvan 2 saylı evə dair verilmiş 30 iyul 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməsi, mərhum X13 məxsus Quba şəhər Gənclər küçəsi 400 kv.m olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 59.6 kv.m yaşayış sahəsi 33.8 kv.m olan birmərtəbəli, iki otaqlı 55 saylı evə iddiaçı X7 mülkiyyət hüququ müəyyən edilməsi, iddiaçı X7 adına qeydiyyat vəsiqəsinin verilməsi Quba rayon X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi, cavabdeh X4 ailə üzvləri ilə birlikdə iddiaçı X10 məxsus Quba şəhəri, Gənclər küçəsi 55 saylı evdən başqa yaşayış sahəsi verilmədən çıxarılması qət edilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, şəxsiyyət vəsiqəsi seriya və nömrəsi 13683527 olan xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh, şəxsiyyət vəsiqəsi seriya və nömrəsi 11658409 olan 12.06.2012-ci il təvəllüdlü X23 və şəxsiyyət vəsiqəsi seriya və nömrəsi 18487938 olan 23.07.2018-ci il təvəllüdlü X5 şəhəri, Gənclər küçəsi, ev 55 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Eyni Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh ailə üzvləri ilə birlikdə Quba şəhəri, Gənclər küçəsi 55 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Quba şəhəri, Gənclər küçəsi 55 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Quba şəhəri, Gənclər küçəsi 55 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-629/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-629/2022
29.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver