Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-631/2025 18.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs QUBA rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisi cəlb olunmaqla qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, 11 iyul 2005-ci ildə vəfat etmiş X2 13 iyun 2024-cü il tarixdə vəfat etmiş anaları X4 anası, onların isə nənələri olmaqla qohumluq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi1 xx xxxxxx 1967-ci ildə, o, Ərizəçi3 xx xxxxxxx 1971-ci ildə, o, Ərizəçi4 xx xxxx 1976-cı il tarixdə, o, Ərizəçi2 isə xx.xx.1968-ci il tarixdə QUBA şəhərində anadan olmuşlar. X1, anaları X6r. Valideynləri xx.xx.1960-cı il rəsmi nikah qeyd etdirərək ailə qurmuş, birgə nikahlarından onlar anadan olmuşlar. X1 05 yanvar 1997-ci il tarixdə, anaları X9 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Analarının vəfatından sonra onun anası, yəni nənələri X3 məxsus olmuş miras əmlak qalmışdır. Belə ki, nənələri X7 vəsiyyətnamə qoyaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qızı olan X8 vəsiyyət etmişdir. Biz qeyd edilən miras əmlakdan analarına çatası payın alınması üçün QUBA regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişlər. Lakin onlara nənələri X7 ilə hər hansı qohumluq münasibətinin təsdiq olunmadığı, o cümlədən mirasın qəbul edilməsi müddətini ötürmələri əsası ilə vərəsəlik işi açılmasından imtina edilmişdir. Qohumluq münasibətinin təsdiq olunması ilə bağlı sənədləri ona görə notariat orqanına təqdim edə bilməmişləri ki, anaları X4 doğum haqqında şəhadətnaməsi olmamışdır. Belə ki, analarının ölüm haqqında şəhadətnaməsi, o cümlədən şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnaməsinin olmamasına görə həmin sənədin əldə edilməsi ilə bağlı həm müvafiq qeydiyyat orqanına, həm də arxiv orqanlarına sorğular vermişlər. Azərbaycan Respublikası Dövlət Arxivinin QUBA filialı tərəfindən verilən arayışdan göründüyü kimi QUBA rayon qeydiyyat şöbəsinin 1935-ci ilə aid QUBA şəhəri üzrə doğum aktlarının qeyd kitabları Dövlət Arxivinin QUBA filialına təhvil verilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iddia ərizənin məzmununa uyğun izahat verərərk ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X16 ifadələrində bildirmişlər ki, onlar, ərizəçilərin qonşularıdır. X7 ərizəçilərin nənəsi, X9 isə onların anası olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçilər onun qayının övladlarıdır. X7 ərizəçilərin nənəsi, X9 isə onların anası olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Ərizəçi1 və maraqlı tərəf QUBA rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmiş və müraciətlərin çoxluğu səbəbindən məhkəmə iclasında iştirakın mümkün olmayacağını bildirmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan QUBA rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X7 11 iyul 2005-ci ildə vəfat etmişdir. İş materiallarında olan QUBA rayon Qeydiyyat Şöbəsinin çıxarışından görünür ki, X5 ilə X9 arasıda nikah 07 yanvar 1960-cı ildə QUBA rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmışdır. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 13 iyun 2024-cü il tarixdə QUBA şəhərində vəfat etmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1967-ci ildə anadan olmuşdur. Onun atası X5, anası isə X6r. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxx 1971-ci ildə anadan olmuşdur. Onun atası X5, anası isə X6r. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1976-cı ildə anadan olmuşdur. Onun atası X5, anası isə X6r. İş materiallarında olan Maraqlı şəxs 13 dkabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 13 iyun 2024-cü il tarixdə vəfat etmiş X4 vərəsələri sırasına daxildirlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin QUBA filialının 20 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Quab rayon Qeydiyyat Şöbəsinin 1935-ci ilə aid QUBA şəhəri üzrə doğum aktlarının qeyd kitabları Dövlət arxivinin QUBA filialına təhvil verilməmişdir. İş materiallarında Maraqlı şəxs 14 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı vərəsəliyin qəbulu, vərəsəlik üzrə payın müəyyən olunması və qohumluq faktının təsdiqi üçün məhkəməyə müraciət edilməsi göstərilmişdir. İş materiallarında olan QUBA rayon Qeydiyyat Şöbəsinin 09 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, ərizədə qeyd edilən şəxslərin ana qız olmasını təsdiq edən sənədləri (doğum haqqında şəhadətnamələrini) qeydiyyat şöbəsinə təqdim edə bilmədiyiniz üçün onların doğum haqqında şəhadətnamələrinin verilməsi QUBA rayon qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. Qohumluq faktının təsdiq olunması QUBA rayon qeydiyyat şöbəsinin səlahiyyətində olmadığı üçün bununla əlaqədar məhkəməyə müraciət etmələri sizə tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 03 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1935-ci ilə dair QUBA rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (QUBA rayonu Qeydiyyat şöbəsi, Vladimirovka, Susay, Aşağı Xuc, Amsar, Şuduq, Qırmızı Slobada, Çici, Zərqova, Qırmızı Qəsəbə, Nügədi-1, Alpan icra nümayəndəlikləri) X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsində ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilər 11 iyul 2005-ci ildə vəfat etmiş X2 13 iyun 2024-cü il tarixdə vəfat etmiş anaları X4 anası, onların isə nənələri olmasına dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapır. Sadalanan hüquq normalarını rəhbər tutaraq, habelə qeyd edilən hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinin məhz vərəsəlik işi ilə (mirasdan pay almaq üçün) əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, qohumluq faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı birinci növbə üzrə vərəsələrinin (ər, uşaqlar, valideynlər) olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 iyul 2005-ci ildə vəfat etmiş X2 13 iyun 2024-cü il tarixdə vəfat etmiş ərizəçilərin anaları X4 anası, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 isə nənələri olmasına dair qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində QUBA Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-631/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-631/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver