Məhkəmə qərarları › İş №2(027)-65/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-65/2022

11.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-65/2022 11.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 qızının katibliyi, Cavabdehlər Cavabdeh1 nümayəndəsi X10 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Quba rayonu X3rşı “qanunsuz olaraq zəbt olunmuş torpaqdan çıxarılma və ona vurulmuş mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Quba rayonu Digah kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında ona verilmiş 0,12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 çıxarılmasını, cavabdehlərin qanunsuz hərəkətləri ilə ona mənəvi əzab verdikləri üçün onların hər birindən 3000 (üç min) manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Ona Quba rayonu Digah kəndi ərazisində ev tikmək üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmış və ona 18 mart 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Quba rayonu Xucbala İnzibati Ərazi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 915 saylı arayışında göstərilir ki, Xucbala İƏD üzrə nümayəndəliyinin 20 saylı təsərrüfat başına kitabın 1764 nömrəli şəxsi hesabında onun 0,12 ha xüsusi mülkündə həyətyanı torpaq sahəsi vardır. Yuxarıda göstərilən torpaq sahəsinin kadastr göstəriciləri olmasına baxmayaraq yuxarıda göstərilən cavabdehlər onun torpaq sahəsini tikanlı məftillə hasarlayaraq qanunsuz olaraq zəbt etmişdirlər və onun öz torpağından istifadə etməyə qoymurlar, ona mənəvi ziyan vururlar. Bu barədə o, Maraqlı şəxsnə müraciət etdiyi üçün bələdiyyənin sədri, onun müavini və üç nəfər kənd sakininin iştirakı ilə xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, "Tərtib edirik həmin Aktı ona görə ki, Quba rayon Digah kəndində bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsində Digah kənd sakinləri Cavabdeh2 0,30 ha və X5 0,43 ha, eyni zamanda Quba şəhər sakini Cavabdeh1 0,72 ha torpağı qeyri-qanuni zəbt edərək tikanlı məftillə hasarlamışlar". Bundan əlavə Quba rayon Digah-Xucbala bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli 100 saylı arayışda göstərilir ki, "Verilir həmin arayış ondan ötrü ki, Quba rayon Digah kəndində torpaq islahatı zamanı özlərinə dövlət aktları ilə ayrılmış pay torpaq sahələrinin hüquqlarını bilə-bilə pozan, aşağıda adları qeyd olunan vətəndaşlar: 1. Quba rayon Digah kənd sakini Cavabdeh2 0,30 ha 2. Quba şəhər sakini, bazar ətrafında yerləşən "Əfqan" marketin sahibi Cavabdeh1 0,72 ha 3. Quba rayon Digah kənd sakini X6 0,43 ha Bələdiyyə mülkiyyətində olan kəndaltı torpaq sahəsini tərəflərindən xəbərdarlıq edilməsinə əhəmiyyət vermədən zəbt edərək (dövlət aktları ilə özlərinə ayrılmış pay torpaqlarından çox-çox kənara çıxmaqla), qanunsuz olaraq tikanlı məftillə hasarlamışlar". Cavabdehlərin bu hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə torpaq üzərində mülkiyyət, istifadə və ya icazə hüququnu pozma kimi qiymətləndirilir. Digah-Xucbala bələdiyyəsi cavabdehlərin bu hərəkətləri barəsində Quba rayon prokurorluğuna ərizə ilə müraciət etsələr də prokurorluq cavabdehləri qanunsuz hərəkətlərindən çəkindirə bilməmişdir. Çarəsiz qaldığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 nümayəndəsi X17 və Cavabdeh2 iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, cavabdehləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 915 saylı arayışdan görünür ki, Quba rayonu Digah kənd sakini İddiaçı həqiqətən Digah kənd sakinidir, hazırda Digah kəndində yaşayır, Xucbala İƏD üzrə nümayəndəliyinin 20 saylı təsərrüfatbaşına kitabın 1764 nömrəli şəxsi hesabında onun 0.12 ha xüsusi mülkiyyətində həyətyanı sahəsi var. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********17 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Quba rayonu, Yuxarı Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı **********87 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 0.204565 torpaq sahəsi X4 mülkiyyətindədir. İş materiallarında olan Azrəbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MH seriyalı ******* saylı, **********76 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, Quba rayonu Digah kəndində yerləşən 0.7246 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, reyestr nömrəsi **********53, xx.xx.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Quba rayon Digah kəndində 0.12 ha torpaq sahəsi Maraqlı şəxsnə məxsusdur. İş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin 01/21-269 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən və Məhkəmə Tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1947 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışına əsasən İddiaçı Quba rayonu, Digah kəndində verilmiş 0.12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları plana alınaraq elektron baza və xəritə üzərində yerləşdirildi. (xəritə mütəxəssis rəyinə əlavə edilmişdir) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışına əsasən İddiaçı Quba rayonu, Digah kəndində verilmiş 0.12 ha torpaq sahəsi tam olaraq (0.12 ha) digər şəxs (və ya şəxslər) tərəfindən dəmir məftil ilə hasara alınmış sahənin daxilində yerləşir. İddiaçı və mübahisələndirilən torpaq sahəsinə baxış zamanı üçüncü şəxs qismində çıxış edən X13 ilə aparılan şifahi sorğu zamanı İddiaçı Şahin oğluna məxsus olan 0.12 ha torpaq sahəsinin 0.05 ha hissəsinin cavabdeh Əsədova Bircəgül İskəndər qızı tərəfindən, digər 0.07 ha hissəsinin isə digər cavabdeh Nəcəfov İlqar Teymur oğlu tərəfindən istifadə edildiyi bildirildi. Yerində baxış zamanı sözü gedən 0.05 ha və 0.07 ha torpaq sahələrinin kim (və ya kimlər) tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. (xəritə mütəxəssis rəyinə əlavə edilmişdir) "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən İddiaçı Şahin oğlu və mübahisələndirilən torpaq sahəsinə baxış zamanı üçüncü şəxs qismində çıxış edən X13 ilə aparılan şifahi sorğu zamanı İddiaçı məxsus olan 0.12 ha torpaq sahəsinin 0.05 ha hissəsinin Cavabdeh2 tərəfindən, digər 0.07 ha hissəsinin isə digər Cavabdeh1 tərəfindən istifadə edildiyini bildirmişdir, (bax xəritə-3) Yerində baxış zamanı sözü gedən 0.05 ha və 0.07 ha torpaq sahələrinin kim (və ya kimlər) tərəfindən istifadə edildini müəyyən etmək mümkün olmamışdır və bu torpaq sahələri cavabdehlər tərəfindən təqdim edilən sənədlərdəki koordinatlar daxilində öz əksini tapmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, mütəxəssis rəyinin verilməsi məqsədi ilə tərəflərin iştirakı ilə 24 sentyabr 2021 ci il tarixdə saat 11:00 da mübahisə predimeti olan torpaq sahəsində olmuş və GPS aləti vasitəsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyətinin və cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatları naturadan alınmışdır. Mübahisə predimeti olan torpaq sahəsinin naturadan alınan koordinatları kameral şəraitdə ƏMDX elektron baza xəritə və ortofolo üzərində dəqiqləşdirdikdən sonra məlum olmuş ki, vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nin elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yaranmışdır. Quba Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli. 2(027)-707/2021 saylı qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№ Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi” nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssilərin istifadəsinə verildikdən sonra cavablandırılması mümükün olacaqdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Şərh olunan maddənin mənasına görə, torpaq sahəsinin zəbt edilməsi dedikdə, torpaq sahəsinə hüquqların yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların olmaması başa düşülür. Torpaq Məcəlləsinin qeyd olunan 55-ci maddəsində göstərilir ki, Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə görə (Sporronq və Lonnrot İsveçə qarşı, X11rşı, Vinterverp Niderlanda qarşı, Latridis Yunanıstana qarşı, X7rşı və s.) Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququnun pozulub-pozulmadığı məsələsinə baxılarkən aşağıdakı məsələlər araşdırılmalıdır:1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi?; 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi?; 3) Həmin müdaxiləyə 1-ci normada yer alan üç normadan hansının əsasında baxılmalıdır?; 4) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı?; 5) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?; 6) Müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab verirmi? Avropa Məhkəməsinin «X1rşı» işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinin mənasına görə əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlər tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əşya üzərindən faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın cavabdehin qanunsuz sahibliyində olması. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Quba rayonu Digah kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında ona verilmiş 0,12 ha torpaq sahəsindən çıxarılmasını xahiş etsə də, mülki iş üzrə keçirilmiş "xxxx" MMC-nin 01/21-269 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi və həmin rəy əsasında Məhkəmə Tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1947 saylı ekspert rəyi ilə sözü gedən torpaq sahələrinin kim (və ya kimlər) tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki Quba Rayon Məhkəməsinin 09 avqust 2021ci il tarixli. 2(027)-707/2021 saylı qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№ Fərmanı ilə təsdiqlənmiş “torpaqların elektron kadastrı uçotu informasiya sistemi” nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssilərin istifadəsinə verildikdən sonra cavablandırılması mümükün olacaqdır. Çünki mövcud ərazidə torpaqların fakti sərhədləri ilə vətəndaşların istifadə etdiyi ərazi arasında kəskin fərq yaranmışdır. Ona görə də, mübahisə predmetini təşkil edən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi və istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qeyd olunan ərazidə həmçinin, mülkiyyət hüququ əsasında cavabdehlərin torpaq sahələri mövcuddur. Elektron xəritə hazırlanmadan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehin hərəkətlərindən ona dəymiş mənəvi ziyan ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Halbuki Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməldir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Quba rayonu X3rşı “qanunsuz olaraq zəbt olunmuş torpaqdan çıxarılma və vurulmuş mənəvi ziyana görə pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar