Məhkəmə qərarları › İş №2(027)-651/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-651/2021

23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-651/2021 23.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X5 Quba rayon AİK-nın xx.xx.1991ci il tarixli, 100 nömrəli qərarı ilə verilmiş və ondan miras qalmış Quba şəhərində 0,04 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin onun ölümündən sonra mirası Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, X9 ilə xx xxxx 1984-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib. Birgə nikahdan Əmin və Ramin adlı uşaqları anadan olub.Həyat yoldaşı X.Ayıbov xx xxxxxx 2008-ci il tarixdə vəfat edib. O və ailə üzvləri onu el adəti üzrə dəfn edib, ondan miras qalmış əmlakları istifadə və sahiblik edərək mirası faktiki surətdə qəbul edib. Birgə nikah dövründə onlara keçmiş Quba rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 100 №li qərarı ilə fərdi yaşayış evi tikmək üçün Quba şəhəri 32-33-cü kvartalında 400 kv.metr torpaq sahəsi ayrılmış və Quba rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli qərarı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərarı ilə həmin torpaq sahəsində fərdi yaşayış evi tikiblər. Hal-hazırda həmin evdə yaşayır. Həyat yoldaşı X.Ayıbov sağ ikən səhlənkarlıq edərək onlara ayrılan torpağa mülkiyyəti təsdiq edən Çıxarış almamışdır. Hazırda istəyir ki, həmin torpağı vərəsəlik qaydasında öz adına rəsmiləşdirsin. Bununla əlaqədar 2017-ci ildə Quba rayon Notariat Kontoruna müraciət edib vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyib. Quba rayon notraiat kontoru ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edib. Ona görə də məhkəməyə müraciət edib mirası qəbul etməyi faktını təsdiq etdirmək istəyir. Göstərilənləri nəzərə alaraq, mərhum əri X5 Quba rayon AİK-nın xx.xx.1991 -ci il tarixli, 100 nömrəli qərarı ilə verilmiş və ondan miras qalmış Quba şəhərində 0,04 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin onun ölümündən sonra mirası özü-Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf X13 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu R.Haqverdiyev xx.xx.2021-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək, Quba “ASAN xidmət” mərkəzində notariat ofisinin iş rejimini və əhalinin sıxlığını nəzərə alarq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə işlasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi ilə 20 ildən çoxdur ki, qonşudur. Zibanisənin həyat yoldaşı Xosrov 2008-ci ildə rəhmətə gedəndən sonra, o həmində mənzildə yaşamışdır. Məhkəmə Ərizəçi və şahid X2 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 100 nömrəli qərarın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin qərara əsasən X5 fərdi yaşayış evi tikmək üçün Quba şəhəri 32-33-cü kvartalında 400 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materialında olan İİİ-ЖГ 383376 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə Ərizəçi arasında xx.xx.1984-cü ildə nikah bağlanmış, həmin tarixdə 15 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017- ci il 4148 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır, hal-hazırda Quba şəhəri 32-33-cü məhəllədə yaşayır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020- ci il 759 nömrəli arayışdan görünürki, X9 xx.xx.2008-ci il tarixində vəfat etmiş, onun vərəsələri həyat yoldaşı Ərizəçi, X10, X7 qalmışdır. İş materialında olan AZ-İ 320963 301260 seriyalı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixində vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 231 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ku, X1 Quba rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli 100 №li qərarı ilə fərdi yaşayış evi tikmək üçün Quba şəhəri 32-33-cü kvartalında 400 kv.metr torpaq sahəsi ayrılmış və Quba rayon XDS İK-nın xx.xx.1991-ci il tarixli qərarı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmış və Ərizəçi ilə birgə nikah dövründə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişblər. Hal-hazırda mərhumun vərəsələri həyat yoldaşı Ərizəçi, oğlanları, X10, X7 həmin evdə yaşayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə ərizəçilər məhkəməyə müraciət edərək, mirası qəbul etmələri faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, X5 Quba rayon AİK-nin xx.xx.1991-ci il tarixli, 100 nömrəli qərarı ilə verilmiş Quba şəhərində olan 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin, X4 ölümündən sonra, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunması barədə ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X5 Quba rayon AİK-nin xx.xx.1991-ci il tarixli, 100 nömrəli qərarı ilə verilmiş Quba şəhərində olan 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin, X4 ölümündən sonra, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar