Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-655/2023 17.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin (bundan sonra “Azəriqaz" İB) nümayəndəsi X1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İB Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 451,20 (dörd yüz əlli bir manat 20 qəpik) manat məbləğində əsas borcun **********05110 saylı abonent koduna, 30 (otuz) manat dövlət rüsumunun İddiaçı bank hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı “Azəriqaz" İB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Quba şəhəri, 32-33-cü məhəllə ünvanda yaşayan xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh istifadə etdiyi təbii qaza görə xx.xx.2023-cü il tarixinə 476,64 manat ödənilməmiş borcu qalmışdır. Bu borcun 25,44 ünvanda xx.xx.1956-cı il təvəllüdlü oğlunun manat məbləği uçotu pozulmuş qazın bərpası üçün hesablanmış dəymiş ziyan, iddia məbləğini təşkil edən 451,20 (dörd yüz əlli bir manat 20 qəpik) manat isə sayğacla müəyyən olunan, abonentin evində istehlak edilən təbii qaza görə yaranmış debitor borcudur. Tərəflərindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq abonentin debitor borcu hələ də ödənilməmişdir. Abonentin debitor borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Bu barədə müvafiq çıxarış ərizəyə əlavə edilir. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir. Bu öhdəlik müqavilənin 2.3.1-ci bəndində əks olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddələrinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nünmayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakılara əsasən hesab edir ki, verilmiş iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında sonuncunun keyfiyyətli qazla təmin edilməsinə dair 6.04.2016-cı il tarixdə 8090-04-16 nömrəli müqavilə bağlanmışdır; - **********05110 kodlu abonentin saldosundan görünür ki, abonent Cavabdeh müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş, lakin istifadə etdiyi qaza ödənişləri vaxtlı-vaxtında həyata keçirmədiyi üçün 2023-cü ilin yanvar ayının əvvəlinə 451,20 manat borcu yaranmışdır; - 26.01.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, iddiaçı “Azəriqaz" İB ilə Cavabdeh arasında bağlanmış 6.04.2016-cı il tarixdə 8090-04-16 nömrəli müqavilə ilə qeyd olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh qaz paylayıcısı “Azəriqaz" İB tərəfindən keyfiyyətli qazla təmin edilmiş və sonuncu aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh qazdan istifadə etsə də, müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təbii qazdan istifadəsinə görə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 451,20 manat məbləğində borc İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 451,20 manat məbləğində borc **********05110 saylı abonent koduna və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı bank hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-655/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-655/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver