Məhkəmə qərarları › İş №2(027)-67/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-67/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-67/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X32 oğlunun katibliyi, iddiaçı X2 və onun nümayəndəsi vəkil X22 və Cavabdeh1 və onun nümayəndəsi vəkil X3 iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2014- cü il tarixdə verilmiş 1405 nömrəli arxiv arayışına əsasən Quba rayonu Rustov kənd sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş X23 adına qeydə alınmış və ataları X18 onlara miras qalmış Quba rayonu Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli kəndində 60 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin yaşayış evinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X7 alınaraq ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə Quba şəhərində anadan olmuşdur. X11, anası X1r. xx xxxx 1991-ci ildə X19 ilə ailə quraraq Məmmədova soyadını qəbul etmişdir. X11 xx.xx.1992-ci ildə, anası X4 xx.xx.1995-ci ildə ölmüşdür. Atası və anasının ondan başqa X13 adlı vərəsəsi vardır. Onlar başqa bacı və qardaşları yoxdur. X6 Quba rayonu, Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli məhəlləsində 60 kv.m torpaq sahəsində tikilmiş fərdi yaşayış evi olmuşdur. Həmin vaxtı yaşayış evindən ibtidai məktəb kimi istifadə etmişlər, sonradan yeni məktəb binası tikilmiş, atasına məxsus evi onlara geri qaytarmışlar. Quba RİHB-nın Rustov İƏD üzrə nümaydəliyi tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli arayışdan görünür ki, Quba rayonu, Rustov İƏD-nin Bağça-əli kəndində köhnə, istifadəsiz, ev mərhum ev atası X26 məxsus, binadan uzun müddət ibtidai məktəb kimi istifadə olunmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlaka mülkiyyət hüququ ilə onlara verilməsə də, həmin torpaq sahəsindən faktiki olaraq onlar istifadə edirlər, torpaq sahəsi onların istifadəsindədir. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları atası məxsus fərdi yaşayış evini ölçmə işləri apararkən, onlara məxsus evə qonşu olan Cavabdeh1 və arvadı Cavabdeh2 ora gələrək, fərdi yaşayış evinin ölçmə işlərinin aparılmasına imkan verməmiş, onlara mane olmuşlar, evin ikinci mərtəbəsinə çıxan pilləkanı götürmüşlər. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən onlara ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubdan fərdi yaşayış evinə maneələr yarandığından ölçmə işlərinin aparılmasından imtina edilmişdir. Ona görə də hazırda onlara məxsus evə çıxarışı ala bilmirlər. Quba rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı xx.xx.1992-ci ildə vəfat etmiş X24 qanun üzrə vərəsələri sırasına daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2014-cü il tarixdə verilmiş 1405 nömrəli arxiv arayışına əsasən Quba rayonu Rustov kənd sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında ataları X23 adına qeydə alınmış Quba rayonu Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli kəndində 60 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkil X36 iddiasını müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi vəkil X8 iddianı qəbul etməyərək, mübahisə predimetini təşkil edən binanın 1878-ci ildə tikildiyini, 1925-ci ildən bəri atasının istifafəsində olduğunu, torpaq sahəsində yerləşən hər iki evin atasının olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, üçüncü şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Quba RİHB-nın Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2013-cü il tarixli arayışından görünür ki, Rustov İƏD Bağça-Əli kəndində köhnə, istifadəsiz ev X9 məxsusdur. Həmin bina uzun müddət ibtidai məktəb kimi istifadə edilmişdir. Hal-hazırda həmin bina istifadəsizdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan arxiv arayışından görünür ki, Quba rayonu, Rustov kənd Sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş X26 aid səhifədə “həyətyanı torpaqları cəmi” qrafasında 1948-1950-ci illərdə torpaq sahəsinin olmadığı göstərilmişdir. Onun öhdəsində tikili altında 60 (altımış) kv.m torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu Rustov Bələdiyyəsi tərəfindən həyətyani məqsədlə X26 ayrılmış torpaq sahəsinin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivi Quba rayon filialının xx.xx.2014-cü il tarixli, 1405 saylı arxiv arayışlarlına əsasən Bələdiyyə Fonduna ayrılmış torpaq sahəsindən həyətyanı məqsədlə X23 mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaqayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlandığı üçün onun adına “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədə müvafiqdir. İş materiallarında olan Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin xx.xx.2014cü il tarixli arayışından görünür ki, X23 adında Rustov İƏD-də həyətyanı torpaq sahəsi yoxdur. Onun öhdəsində 60 kv.m-dən ibarət torpaq sahəsində tikili vardır. İş materiallarında olan Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin xx.xx.2018ci il tarixli arayışından görünür ki, X20 xx.xx.1992-ci il tarixdə vəfat etdikdən sonra onun vərəsələri – qızı Şeydayeva (Nuriyeva) Gülnarə Sirac qızı və qızı Məmmədova (Nuriyeva) Nərminə Sirac qızı qalmışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X21 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Nərminə Nuriyevaya “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli arxiv arayışından görünür ki, Quba rayonu Rustov kənd X12 İcraiyyə Komitəsinin Baxça əli kəndi üzrə 1938 -1939-cu illərə aid təsərrüfatbaşına kitabında vət. X27 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1 yaşayış evi və şəxsi istifadəsində 0,37 ha həyət ətrafı torpaq sahəsi olduğu qeyd edilmişdir. Quba rayonu Rustov kənd X12 İcraiyyə Komitəsinin 1948-1950-ci illərə aid Yektar kəndi üzrə təsərrüfatbaşma kitabında vət. X28 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1878-ci ildə tikilmiş yaşayış evi 2,2 peyə binası və şəxsi istifadəsində 1948- 1949-cu illərdə 2500 kv. m. həyətyanı torpaq sahəsi olduğu yazılmışdır. Quba rayonu Rustov kənd X12 İcraiyyə Komitəsinin 1960-1962-ci illərə aid Baxça-əli kəndi üzrə təsərrüfatbaşına kitabında vət. X28 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1925-ci ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində 0,07 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin xx.xx.2020ci il tarixli arayışından görünür ki, Cavabdeh1 mülkiyyətində Rustov kənd İnzibati ərazi dairəsinin Baxçaəli kəndində 17 nömrəli təsərrüfatbaşına kitabın 96-cı sərməsi in 1325 saylı şəxsi hesabla 0,21 hektar həyətyanı torpaq sahəsinin ərazisində 1918-ci ildə tikilmiş ümumi sahəsi 47,0 kvadrat metr, yaşayış sahəsi 32,0 kvadrat metr olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi Cavabdeh1 mərhum atası X10 miras qalmışdır. İş materialarında olan Rustov Bələdiyyə sədri Aydın Kazımov, Bağça-Əli kənd sakini Firuz Nuriyev və ərizəçi Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktın surətindən görünür ki, Cavabdeh1 məxsus Quba rayonu Baxçaəli kəndində yerləşən, 0.21 ha həyətyanı məqsədilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinə yerində baxış keçirilmiş və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. X=297338.1807, X=297350.0577, X=297338.1766, X=297330.1809, X=297304.4773, X=297297.8224, X=297297.2752, X=297299.7500, X=297300.0377, X=297303.5480, X=297315.2823, X=297335.6058, X=297330.0525, X=297324.7969, X-297329.7944, Y=4567783.3844, Y=4567762.4146, Y=4567752.6167, Y=4567752.3512, Y=4567767.8213, Y=4567769.9920, Y=4567780.9784, Y=4567783.1613, Y=4567797.1651, Y=4567806.4218, Y=4567824.7942, Y=4567808.0990, Y=4567799.7826, Y=4567786.8066, Y=4567786.6511. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş kadastr planında göstərilən kordinatlar və ölçülər faktiki göstərilən topraq sahəsinin kordinatlarından və ölçülərindən fərqlidir. Lakin vətəndaş Aqrar islahat qərarı ilə əldə etdiyi torpaq sahəsini həmin vaxtdan etibarən faktiki istifadə vəziyyətində olduğu kimi istifadə edir və torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. Yuxarıda göstərilən uyğunsuzluqların aradan qaldırılması məqsədilə və torpaq sahəsində qonşular arasında heç bir mübahisənin olmadığını nəzərə alaraq göstərilən koordinatlar daxilində Quba rayonu Baxçaəli kəndində yerləşən, 0.21 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi məqsədəuyğun hesab edirlər. İş materiallarında olan **********834 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Bağçalı kəndində yerləşən 0,21 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan X25 notariat qaydasında təsdiqlənmiş ərizəsindən görünür ki, onların ata və baba evləri bacısının iddia ərizəsində qeyd etdiyi ərazidə deyil, 3 km aralıda başqa ərazidə mövcud olmuş, lakin yaşayış olmadığından uçulub dağılmışdır. Ərizəsinin nəzərə alınaraq obyektiv qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan X38, X14 və X29 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş ərizədən görünür ki, Azərbaycan Sovet Sosialist Respublikasının müvafiq icra orqanı tərəfindən Quba rayonu, Rustov kəndinin Baxçaəli ərazisinin sakini, mərhum X15 qanuni istifadəsinə verilmiş Rustov kəndinin Baxçaəli ərazisində yerləşən 2 mərtəbəli binanın ½ hissəsində, 2007-ci ilə qədər kənd ibtidai məktəbi istifadə etmişdir. Onlar həmin ibtidai məktəbdə 2007-ci ilə qədər müəllim vəzifəsində işləmişlər. İş materiallarında olan lisenziya və plan bölmələrindən görünür ki, Cavabdeh1 məxsus Quba rayonunun Bağçalı kəndində yerləşən mövcud “yaşayış evi” tikinti obyektinin layihəsinin memarlıq – planlaşdırma və tikinti ərazisinin baş plan bölmələri “xxxx” MMC tərəfindən hazırlanmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2014-cü il tarixdə verilmiş 1405 nömrəli arxiv arayışına əsasən Quba rayonu Rustov kənd sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında X6 adına qeydə alınmış Quba rayonu Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli kəndində 60 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş edir. Lakin məhkəmə araşdırması zaman cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə iddianın təmin ediməməsi üçün əsas olan mötəbər sübutlar təqdim etmişdir. Belə ki, iş materiallarında olan **********834 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsəsən, Quba rayonu, Bağçalı kəndində yerləşən 0,21 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin cavabdehin atasına məxsus olduğunu həmin tikilinin ibtidai məktəb kimi istifadə olunan zaman orada müəllim vəzifəsində işləyən müəllimlərdə təsdiq etmişlər. Bundan başqa, mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində yerləşən evin cavabdehin atasına məxsus olduğunu təsdiq edən hüquq müəyyənedici sənədlər mövcuddur. Beləki, Quba rayonu, Rustov İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 mülkiyyətində Rustov kənd İnzibati ərazi dairəsinin Baxçaəli kəndində 17 nömrəli təsərrüfatbaşına kitabın 96-cı sərməsi in 1325 saylı şəxsi hesabla 0,21 hektar həyətyanı torpaq sahəsinin ərazisində 1918-ci ildə tikilmiş ümumi sahəsi 47,0 kvadrat metr, yaşayış sahəsi 32,0 kvadrat metr olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi Cavabdeh1 mərhum atası X10 miras qalmış və hal-hazırda fərdi yaşayış evi Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının atası vəfat etmiş, hazırkı iş üzrə isə mübahisə predmeti olan fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması, onun mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəl predmeti üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakının dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, hesab edir ki, iddiaçının xx xxxx 2014-cü il tarixdə verilmiş 1405 nömrəli arxiv arayışına əsasən Quba rayonu Rustov kənd sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında X6 adına qeydə alınmış Quba rayonu Rustov İnzibati Ərazi Dairəsinin Bağçaəli kəndində 60 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi qanunsuz və əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış alınmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar