Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-675/2022 06.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı Quba rayon Tüləkəran bələdiyyəsinin sədri X2 iştirakı ilə, İddiaçı Quba rayon Tüləkəran bələdiyyəsinin Cavabdeh qarşı “özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Quba rayon Tüləkəran bələdiyyəsi Cavabdeh qarşı “özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq ərizə verərək, Cavabdeh tərəfindən özbaşına tutulmuş İddiaçınə məxsus 1 ha torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ümumilikdə 1 ha torpaq sahəsini 1997-ci ildən özbaşına tutaraq, qeyri-qanuni istifadə etmişdir. Həmin 1 ha torpaq sahəsinin 0.34 ha sahəsi icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmiş, həmin torpaq icarə müqaviləsinin də müddəti 01.01.2020-ci il tarixdə birmişdir. Bundan sonra cavabdeh ona torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət etməmiş və bələdiyyə tərəfindən torpağın cavabdehə verilməsi barədə qərar qəbul edilməmişdir. Habelə torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə əldə olunmamışdır. Cavabdeh heç bir hüquqi əsas olmadan bələdiyyə torpağından istifadə etmiş, yəni bələdiyyə torpağını özbaşına tutmuşdur. Məhkəmə iclasında iddiaçı Quba rayon Tüləkəran bələdiyyəsinin sədri X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: torpaq sahəsinin icarəyə verilməsi haqqında 04.06.2005-ci il tarixli 04 saylı müqavilədən görünür ki, icarəverən X3 ilə icarəçi Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya tərəvəz əkmək üçün 15 il müddətinə 0,34 ha torpaq sahəsi icarəyə verilmişdir; Quba rayon Tüləkəran bələdiyyəsinin 18.01.2021-ci il tarixli 70 nömrəli məktubundan görünür ki, Cavabdeh ilə Möhüc Bələdiyyəsi arasında 04.06.2005-cı il tarixli 06 saylı protokol qərarı əsasında 04.06.2005-cı il tarixli 04 saylı icarə müqaviləsi bağlanmışdır. 01.01.2020-ci il tarixdə müqavilənin bitməsinə baxmayaraq 0,34 ha torpaq sahəsini Bələdiyyəyə təhvil verilməmişdir. Cavabdeh torpaq sahəsinin boşaldaraq Bələdiyyəyə təhvil verilməsi tələb olunmuş, əks halda barəsində aidiyyatı üzrə orqanlara məlumat veriləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4.0.1-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətinə malikdirlər; 6.2-ci və 55-ci maddələrə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin yerli qurumları və yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin, kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair isə yalnız X1 Təşkili üzrə Dövlət Agentliyinin yerli qurumlarının) rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir; 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunla müəyyən olunmuş müddətdə ərizəyə baxır və torpaqayırma sənədləri hazır olduqdan sonra torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər; 9.1-ci maddəsinə əsasən torpaq sahəsini hərrac və ya müsabiqə qaydasında əldə edə bilərlər; 16.1-ci və 16.2-ci maddələrinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır; Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh 04.06.2005-ci il tarixdə tərəvəz əkmək üçün Quba rayon Möhüc Bələdiyyəsi tərəfindən 15 il müddətinə 0,34 ha torpaq sahəsi icarəyə verilmiş və həmin tarixdə bununla bağlı müqavilə bağlanmışdır. Göründüyü kimi, müqavilənin tarixi 01.01.2020-ci il tarixdə bitmiş, lakin cavabdehə icarəyə verilmiş 0,34 ha torpaq sahəsi Bələdiyyəyə təhvil verilməmişdir. İddiaçı tərəf tələbində “1 ha torpaq sahəsinin geri qaytarılmasını” tələb etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə predmeti olan 0,34 ha torpaq sahəsidir. Həmin torpaq sahəsi iddiaçıya məxsusdur və cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin sahəni onun qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh həmin torpaq sahəsini geri qaytarmamışdır. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan qeyd edilən torpaq sahəsindən istifadə etməyi iddiaçının hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin sahədən qanunsuz sahibliyinə son qoyulmalı, cavabdeh şəxs qeyd edilən torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən özbaşına tutulmuş İddiaçınə məxsus olan 0,34 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçı qanuni sahibliyinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən özbaşına tutulmuş İddiaçınə məxsus olan 0,34 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçı Quba rayon Tüləkəran bələdiyyəsinin qanuni sahibliyinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-675/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-675/2022
06.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver