Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-677/2020 26.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X15, Cavabdehlərlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağahüseyn oğlunun iştirakı ilə İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağahüseyn oğluna qarşı “müqavilənin bağlanmış hesab edilməsi və çıxarışın verilməsi” tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X18 ilə Cavabdeh1,Cavabdeh2, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğlu arasında imzalanmış xx xxxxxxxx 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1.33 ha torpaq sahə dair X13 adına Çıxarışın verilməsini Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X22 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın xx xxxx 1999-cu il tarixli qərarı ilə ünvan 1i ərazisində yerləşən 1.33 ha torpaq sahəsi JN-8xx xxx 30319018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmişdir. Cavabdeh1 və digərləri ilə atası X18 arasında xx xxxxxxxx 2004-cü il tarixində imzalanmış yazılı alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi atasına satılmışdır. Həmin müqavilə şahidlərin iştirakı ilə imzalanmışdır. Qeyd olunan müqaviləyə görə satıcılar öz iradələrinə əsasən onlara məxsus olan torpaq sahəsini alıcıya təhvil vermiş alıcı isə bunun müqabilində 1.700.000 min köhnə Azərbaycan manatı satıcılara vermişdir. Həmçinin torpaq sahəsinə dair dövlət aktı müqavilə imzalanarkən 2 şahidin iştirakı ilə alıcıya təhvil verilmişdir. Müqavilə imzalandıqdan sonra torpaq sahəsi X13 istifadəsinə və sahibliyinə keçmiş 2014-cü ildə isə o, rəhmətə gedikdən sonra həmin torpaq sahəsi onun vərəsələrinin istifadəsində olmuşdur. Torpağa dair alğı-satqı müqaviləsi bağlandıqdan sonra dəfələrlə müraciətlərinə baxmayaraq cavabdehlər həmin alğı-satqı müqaviləsini notariat qaydada təsdiq etməkdən boyun qaçırmışlar. Satcılar hər dəfə bir bəhanə gətirərək eləcədə, bir araya yığışa bilmədiklərini əsas gətirərək notariata getməkdən imtina etmişlər. X8 2014-cü ildə rəhmətə getdikdən sonra onlara məlum olmuşdur ki, bu iş üzrə Cavabdeh1 onlara məxsus torpaq sahəsinə dair torpaq aktının nüsxəsini alınması üçün həmin sənədin itirilməsi barədə «Şəfəq» qazetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan yerləşdirmiş və həmin torpaq sahəsinə qanunsuz sahiblənmək istəmişdir. Belə olan halda onlar rəsmi olaraq Quba rayon polis şöbəsinə şikayət verərək, Daşınmaz əmlakın dövlət reyestr xidmətinin 5 saylı ərazi idarəsinə bu barədə xəbərdarlıq etmişlər. Sonradan satıcılar yəni Cavabdeh1 digərləri Quba Rayon Məhkəməsinə müraciət edərək qardaşı X17 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması və mülkiyyətçilərin sahibliyinə qaytarılması barədə iddia qaldırmışlar. Belə olan halda o, alğı-satqı müqaviləsi əsasında torpağın mülkiyyətçisi olan X13 vərəsəsi olaraq Azərbaycan Respublik Konstitusiyası ilə qorunan mülkiyyət hüququmun təmin olunması ilə bu iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Bundan öncə də Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və digərlərinə qarşı torpağa dair alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı X9 nümayəndəsi X21 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağahüseyn oğlu iddia tələbini qəbul etməyərək, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı və onun nümayəndəsi tərəfindən illərdir ki, zəbt olunduğunu, xx.xx.2004-cü il tarixdə bağlandığı qeyd olunan müqaviləsinin saxta olduğunu, həmin vaxt Cavabdeh5 hərbi xidmətdə olduğunu qeyd edərək, iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X18 vərəsəsi İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Quba rayon torpaq şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə X16 verilmiş seriya nömrəsi JN-856, KOD 30319018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha olan torpaq sahəsindən ibarət olmuşdur. İş materiallarında olan “ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X18 xx.xx.2014-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. İş materiallarında olan Quba rayonu, İ Nügədi Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, ünvan 1i ərazisində olan Cavabdeh1 və ailə üzvlərinin adına olan 1,33 ha və X5 adına olan 0,19 ha pay torpaqları 2004-cü ildən etibarən ünvan 1 sakini X18 tərəfindən 2014-cü ildən etibarən hal-hazıra kimi oğlu X21 tərəfindən əkilib becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5966/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1133/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbindən imtinasının təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğlu və X18 tərəfindən İ Nügədi kənd sakinləri X21, İskəndərov Rifat Mövlud oğlu və X7 şahidlikləri ilə tərtib edilmiş müqaviləyə əsasən, Ağahüsenyovlar ailəsinə - Ağahüseyn, Mehriban, Kamilə, Pənah, Pərvizə 10/X-2001- ci il tarixdə Dövlət Yerqurlayihə İnstitutu tərəfindən verilmiş JN-868 saylı, kod 30319018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus olan ünvan 1ində yerləşən 0,80 ha əkin sahəsi 0.53,2 ha bağ sahəsi olmaqla cəmi 1,33 ha torpaq sahəsini bir miloyn yeddi yüz min manata X2. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağahüseyn oğluna Quba rayon AİKnın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Cavabdeh5 Ağahüseyn oğluna məxsus “hərbi bilet”in surətindən görünür ki, Cavabdeh5 Ağahüseyn oğlu xx.xx.2004-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2005-ci il tarixədə Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş “Sənəd rekvizitlərin tədqiq” ekspertizasının 5/408 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2004-cü il tarixli müqavilədə montaj əlamətləri müəyyən edilməmişdir. Bu tələb üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Lakin, işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin müqavilə tərtib edilən zaman Cavabdeh5 Ağahüseyn oğlu həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa, digər cavabdeh X1 həmin müqavilədə imzası qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır - hazırkı iş üzrə isə iddiaçının, faktiki mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 147-ci maddəsinə əsasən, təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Belə ki, iş üzrə İddiaçı mərhum atası X18 ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2004-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsinin xx.xx.2004-cü il tarixdə bağlanmasına baxmayaraq iddiaçının atası X3 həmin müqaviləni notariat qaydasıda rəsmiləşdirməmiş, alğı-satqı müqaviləsi əsasında istifadələrində olan ünvan 1ində yerləşən 1.33 ha torpaq sahənə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Belə olan halda iddiaçının atası sağlığında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı prosessual hərəkəti həyata keçirmədiyindən, hazırki, iş üzrə iddiaçının həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur. Məhkəmə araşdırması ilə sübuta yetirilmişdir ki, X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağahüseyn oğluna Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Yəni, mübahisəli torpaq sahəsi cavabdehlərin birgə mülkiyyətindədir. İddiaçı mərhum atası X18 ilə cavabdehlər arasında müqavilə əsasında ünvan 1ində yerləşən 0,80 ha əkin sahəsi 0.53,2 ha bağ sahəsi olmaqla cəmi 1,33 ha torpaq sahəsinin iddiaçının atasına satılmasının sübutu kimi məhkəməyə xx.xx.2004-cü il tarixdə bağlanmış müqaviləni təqdim etsə də, müəyyən olunmuşdur ki, ilk öncə həmin müqavilə bağlanan zaman Cavabdeh5 Ağahüseyn oğlu həqiqi hərbi xidmətdə olmuş və o, 2005-ci il tarixdə ehtiyyata buraxılmışdır. Daha sonra, cavabdeh X6 xx.xx.2004-cü il tarixli müqavilədə imzası qeyd olunmamışdır. Belə olan halda, cavabdehlər Cavabdeh5 Ağahüseyn oğlunun və X1 iştirakları və razılıqları olmadan həmin müqavilə tərtib edilmişdir. Bundan başqa X3 qeyd edilən müqavilənin rəsmiləşdirilməsi üçün heç bir hərəkət aparmamışdır. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi cavabdehlər Cavabdeh5 Ağahüseyn oğlunun və X1 birgə mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bundan başqa, alğı-satqı müqaviləsi tərtib edilərkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinin tələblərinə riayət edilməmiş və müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X18 ilə Cavabdeh1 Cavabdeh2, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğlu arasında imzalanmış xx xxxxxxxx 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1.33 ha torpaq sahə dair X13 adına Çıxarışın verilməsini Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X22 həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-677/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-677/2020
26.10.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver