Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-698/2021 19.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi iştirakı ilə İddiaçı «xxxx» BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə «xxxx» BOKT MMC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: «xxxx» BOKT MMC iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 68 saylı fərdi yaşayış evi üzrə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» BOKT MMC-nin nümayəndəsi X3 iddia tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Seriya MA ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında «xxxx» BOKT MMC-nin nümayəndəsi Novruzov Aydın Ələkbər oğlu iddia tələbini müdafiə edərək, iddianı onunla əsaslandırmışdır ki, xx xxx 2010-cu il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestir Xidməti tərəfindən, Daşınmaz Əmlak Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA №0057932 nömrəli çıxarışa əsasən, Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 68 saylı fərdi yaşayış evi “xxxx” BOKT MMC-yə məxsusdur. Lakin həmin mənzil «xxxx» BOKT MMC-nin adına keçərkən, evin qeydiyyatında olan və bu iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 halhazıradək qeydiyyatdadırlar və həmin evdə yaşayırlar. Cavabdehlər kredit borcunu ödəmədiklərindən məhkəməyə müraciət olunmuşdur. Hazırda cavabdehlər kredit borcunun müəyyən hissəsini ödəmişlər. Ona görə də iddia tələbinin həcmini azaldaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış MA ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 68 nömrəli fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən yerləşən fərdi yaşayaş evi tam mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə «xxxx» QBKT-nin adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyriqanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 68 saylı fərdi yaşayış evi «xxxx» BOKT MMC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, evdən istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər həsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yuxarıda göstərilən qanun normalarına istinad edərək, məhkəmə hesab edir ki, ipoteka predmeti olmuş Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 68 saylı fərdi yaşayış evinə iddiaçı «xxxx» BOKT MMC-nin mülkiyyət hüququ olduğundan və cavabdehlər hazırda heç bir hüquqi əsas olmadan həmin evə qanunsuz sahiblik edib, evdən istifadə etdiklərindən və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilərək, iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdehlər Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 68 saylı fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsini, dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən «xxxx» BOKT MMC-nin mülkiyyətində olan Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 68 saylı fərdi yaşayış evi üzrə istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, qət e t d i: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən «xxxx» BOKT MMC-nin mülkiyyətində olan Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 68 saylı fərdi yaşayış evi üzrə istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-698/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-698/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver