Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-698/2022 15.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh “X4 Klubu” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X4 Klubu” MMC-yə qarşı “mülkiyyət hüququnun müdafəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə təqdim edilmiş barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X4 Klubu” MMC-nin nümayəndəsi X3 məhkəməyə təqdim edilmiş barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa, tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.
1. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər onların hər birinə məxsus, Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətində qeydə alınmış və müvafiq Çıxarışla koordinatları müəyyən edilmiş sərhədlər daxilində bir-birilərinin hüquqlarını tanıyır və ona hörmətlə yanaşmağı öhdələrinə götürürlər.
2. “X6 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəsinə götürür ki, İddiaçı məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyata alınmış 24.01 2022-ci il tarixli Çıxarışla müəyyən edilmiş koordinatlar daxilində 0,558 H torpaq sahəsinə olan mülkiyyət hüququnu tanıyır və İddiaçı həmin sərhədlər daxilində mülkiyyət hüququnu reallaşdırılmasına mane olan heç bir qanunsuz hərəkətə yol verməyəcəkdir. “X5 Klubu” MMC həmin əraziyə olan bütün iddialarından və bu iddialar üzrə Quba Rayon məhkəməsinin 08.12.2016cı il tarixli, 2(027)-119/2016 nömrəli qətnaməsi və digər instansiyaların qəbul etdiyi müvafiq qərarların icrasından imtina edir.
3. İddiaçı tərəf olaraq Quba Rayon Məhkəməsində “X6 Klubu" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” üzrə qaldırdığı iddiadan bu Barışıq Sazişinin bağlanması ilə əlaqədar imtina edir.
4. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsini məzmununa uyğun olaraq qəbul edirlər ki, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olacaqdır.
5. Tərəflər bu barışıq razılaşması qüvvəyə mindikdən sonra, biri-digərinə qarşı hər hansı iddia tələbi irəli sürməyəcəklərini bildirirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh “X4 Klubu” MMC-yə qarşı “mülkiyyət hüququnun müdafəsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər onların hər birinə məxsus, Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətində qeydə alınmış və müvafiq Çıxarışla koordinatları müəyyən edilmiş sərhədlər daxilində bir-birilərinin hüquqlarını tanıyır və ona hörmətlə yanaşmağı öhdələrinə götürürlər.
2. “X6 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəsinə götürür ki, İddiaçı məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyata alınmış 24.01 2022-ci il tarixli Çıxarışla müəyyən edilmiş koordinatlar daxilində 0,558 H torpaq sahəsinə olan mülkiyyət hüququnu tanıyır və İddiaçı həmin sərhədlər daxilində mülkiyyət hüququnu reallaşdırılmasına mane olan heç bir qanunsuz hərəkətə yol verməyəcəkdir. “X5 Klubu” MMC həmin əraziyə olan bütün iddialarından və bu iddialar üzrə Quba Rayon məhkəməsinin 08.12.2016cı il tarixli, 2(027)-119/2016 nömrəli qətnaməsi və digər instansiyaların qəbul etdiyi müvafiq qərarların icrasından imtina edir.
3. İddiaçı tərəf olaraq Quba Rayon Məhkəməsində “X6 Klubu" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun müdafiəsi” üzrə qaldırdığı iddiadan bu Barışıq Sazişinin bağlanması ilə əlaqədar imtina edir.
4. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsini məzmununa uyğun olaraq qəbul edirlər ki, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olacaqdır.
5. Tərəflər bu barışıq razılaşması qüvvəyə mindikdən sonra, biri-digərinə qarşı hər hansı iddia tələbi irəli sürməyəcəklərini bildirirlər. İddiaçı cavabdeh “X4 Klubu” MMC-yə qarşı “mülkiyyət hüququnun müdafəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rahim Həsənov