Məhkəmə qərarları › İş №2(027)-71/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-71/2022

18.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-71/2022 18.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən payların ayrılması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-328, kod 30301004 Dövlət Aktına əsasən 1.40 ha torpaq sahəsindən onlara düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X6 ərizəni müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-328, kod 30301004 Dövlət Aktına əsasən onlara və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Quba şəhəri ərazisindən 1,40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri X5 onların nənəsidir. Nənəsi 17 aprel 2006-cı ildə vəfat etmişdir. Nənəsindən qalmış miras əmlakın qəbul edilməsi üçün Notariat Kontoruna müraciət etsələr də, atası yəni birinci növbəli vərəsələr olduğu halda onlara miras əmlakdan pay verməkdən imtina etmişlər. Dövlət Aktına əsasən hər birinə 0,17 ha torpaq sahəsi düşür. Onlar dəfələrlə cavabdehlərə onlara düşən torpaq payının naturada ayrılıb verilməsini xahiş etsələr də, cavabdehlər onlara torpaq sahəsi düşmədiyini, ona görə də onlara torpaq sahəsi verilmədiyini bildirmişlər. Dövlət Aktına əsasən onlara düşən torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal edərək gəlir qazanmaq, ailəni saxlamaq istəyirlər. Göstərilənləri nəzərə alaraq, Torpağa Mülkiyyət Hüququna dair JN-328 KOD 30301004 Dövlət Aktına əsasən 1,40 hä torpaq sahəsindən bizə düşən payın müəyyən edilməsi və onlara düşən torpaq sahəsinin naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etmişdilər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməylərinin üzrlü səbəbləri barədə məlumat verməmişdilər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-328, kod 30301004 Dövlət Aktının surətindən görünür ki, Quba rayonu AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən 1.40 ha torpaq sahəsi Quba şəhər sakini Cavabdeh1 və onun ailə üzvlərinnin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.11.2021-ci il tarixli 10/5959 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiat İdarəsinin 16.09.2021-ci il tarixli, A-220 №-li arayışına əsasən mübahisə predmeti olan torpaq sahəsinin payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan tərəflər arasında naturada bölünməsi mümkün deyildir. İş materiallarında olan AZE 001****** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Torpağa Mülkiyyət Hüququna dair JN-328, kod 30301004 Dövlət Aktına əsasən Quba rayonu AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən 1.40 ha torpaq sahəsi Quba şəhər sakini Cavabdeh1 və onun ailə üzvlərinnin mülkiyyətinə verilib. İddiaçılar İddiaçı1, Tağıyev X1 Mülkiyyət Hüququna dair JN-328, kod 30301004 Dövlət Aktına əsasən 1.40 ha torpaq sahəsindən onlara düşən torpaq sahəsinin naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan tərəflər arasında naturada bölünməsi mümkün deyildir. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən payların ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən payların ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar